Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

XAR3 (ID - 17162)

sif. Yumşaq, boş, məsaməli. Xar buz.

XARA (ID - 17163)

is. Özündən naxışları olan parlaq ipək parça. Gün vurduqca ağacların yarpaqları rəngdən-rəngə düşür, xara parça kimi bir anda cürbəcür rəngə çalırdı. Ə.Vəliyev. [Sərvinaz Şahmara:] Ata-babamız öz üstünə çəkməyə...

XARAB (ID - 17164)

sif [ər.] 1. Pis, yaman. [Kərbəlayı Cəfər:] ..İndi əsr çox xarabdı. Hanı indi elə bir Allah bəndəsi ki adamın əlini tutsun... Məmmədquluzadə. [Əvvəlinci kəndli:] Həkim birgünlük yolda olur; yollarımız xarab, azarlını nə arabada...

XARABA (ID - 17165)

[ər.] 1. is. Dağılmış, uçulmuş, viranə qalmış şəhərin, tikilinin və s.-nin qalığı; yarı yıxıq ev və s.; xarabalıq. Bizdən sonra kəndlilər Pəri arvadı və uşağını xarabadan çıxartmışdılar. C.Məmmədquluzadə. Bayquş...

XARABAXANA (ID - 17166)

bax xarabalıq. [Bəyməmməd:] O yel vurub, yengələr oynayan xarabaxana? Bəs atam nə deyər. S.Rəhimov.

XARABALANMA (ID - 17167)

“Xarabalanmaq” dan f.is.

XARABALANMAQ (ID - 17168)

f Xarabalığa dönmək, xaraba qalmaq, dağılmaq, bərbad olmaq, viranələnmək.

XARABALAŞDIRMA (ID - 17169)

“Xarabalaşdırmaq” dan f.is.

XARABALAŞDIRMAQ (ID - 17170)

f Xaraba halına gətirmək, dağıtmaq, viranə etmək, viran qoymaq.

XARABALAŞMA (ID - 17171)

“Xarabalaşmaq” dan f.is.

XARABALAŞMAQ (ID - 17172)

b a x xarabalanmaq.

XARABALIQ (ID - 17173)

is. Xarabaya çevrilmiş yer, dağılmış, sökülmüş, viran qalmış yer; viranəlik. Kənddə təsərrüfat alətləri yay-qış uçuq-sökük, qar-yağış tökülən bir xarabalıqda saxlanılırdı. M.İbrahimov. Ay işığında [yolçu] bir xarabalıq...

XARABAZAR (ID - 17174)

is. [ər. xərabə və fars. ...zar] klas. Xarabalıq, viranəlik, xaraba qalmış yer. [Mirzə Sadıq Fərhada:] Oğlum, xarabazarlar arasında abadlıq axtarma. Cabbarlı. [Qurd Kərim:] Hər yana baxırsan xarabazardır; Dolub dilənçiylə küçə...

XARABAZARLIQ (ID - 17175)

b a x xarabalıq. Xəyalımda bizim Şərq nağıllarında təsvir edilən xarabazarlıqlar canlandı. M.İbrahimov. Dağınıq və uçuq evləri, .. küçələrə tökülmüş
sınıq qab-qacaqları görərkən, dağılmış insan yurdunun bu xarabazarlığı...

XARABÇILIQ (ID - 17176)

is. dan. Pislik, murdarlıq.

XARABEDİCİ (ID - 17177)

sif. Xarab edən, dağıdıcı, viranedici.

XARABLAMA (ID - 17178)

"Xarablamaq” dan f.is.

XARABLAMAQ (ID - 17179)

XARABLAŞDIRMA (ID - 17180)

“Xarablaşdırmaq” dan f.is.

XARABLAŞDIRMAQ (ID - 17181)

f Xarab eləmək, korlamaq, pisləşdirmək, bərbad hala salmaq. // Ağırlaşdırmaq, kəsifləşdirmək. Insanların tənəffüs zamanı havaya buraxdıqları karbon qazı, habelə yaş və ya çirkli paltardan qalxan buxar, toz binanın havasını...

XARABLAŞMA (ID - 17182)

“Xarablaşmaq” dan f.is.

XARABLAŞMAQ (ID - 17183)

f Pisləşmək, daha da xarab olmaq, fənalaşmaq, korlanmaq. [Həsənqulu bəy:] Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır, yəni mən onu demək istəyirəm ki, bu dünya getdikcə xarab olur. U.Hacıbəyov. Kişinin ovqatı...

XARABLIQ (ID - 17184)

is. Xarab şeyin halı, keyfiyyəti; pislik, bərbadlıq, fənalıq.

XARAKTER (ID - 17185)

[yun.] 1. Bax xasiyyət. Zeynalda xudkam bir sənətkar xarakteri vardı. S.Hüseyn. Mahnı xalqın milli xarakterini canlı surətdə ifadə edən böyük bir ilham məhsuludur. Ə.Bədəlbəyli.
ədəb. inc. Tip, surət, obraz. M.F.Axundzadənin...

XARAKTER, XARAKTERİK (ID - 17186)

sif. [yun.] bax səciyyəvi. Xarakterik cəhət. - Qlier Azərbaycan mövzusunda [“Şahsənəm”] opera yaradarkən folklorumuzun bütün melodiya zənginliyindən istifadə edə bilməmiş, Azərbaycan musiqisinin lad, vəzn və nüanslarının bütün...

XARAKTERİSTİKA (ID - 17187)

[yun.] 1. Bir şəxsin və ya şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri.
Birinin əmək və ictimai fəaliyyəti haqqında məlumat verən rəsmi sənəd, xasiyyətnamə.
riyaz. Onluq loqarifmin bütöv hissəsi.
xüs. Bir şeyin...

XARAKTERİZƏ (ID - 17188)

xarakterizə etmək xarakteristika vermək, fərqləndirici xüsusiyyətlərini müəyyənləşdirmək; səciyyələndirmək.

XARAKTERLİ (ID - 17189)

sif Xarakterə malik olan, səciyyəvi xüsusiyyətlərə malik olan; səciyyəvi. Cəngavər xarakterli tiplər yaratmaq.

XARAKTERSİZ (ID - 17190)

sif Möhkəm xarakteri, heç bir səciyyəvi xüsusiyyəti olmayan, çox tez təsir altına düşən, zəif iradəli. Xaraktersiz surətlər.

XARAKTERSİZLİK (ID - 17191)

is. Möhkəm xarakteri olmama, çox tez təsir altına düşmə; iradə zəifliyi.

XARAL (ID - 17192)

is. İri torba (kisə), bardan. Nənəm qarala, qoyun! Bənzər marala, qoyun! Çoban yununu qırxıb; Basar xarala, qoyun! (Bayatı). Oz vaxtında ayırmadın şahini sardan; Az qoşmadın boş xarallar şəninə dastan. M.Araz.

XARÇO (ID - 17193)

is. [gürcücə] Qoyun ətindən bişirilən bozbaşaoxşar ədviyyəli xörək, şorba.

XARDAL (ID - 17194)

is. 1. bot. Xaççiçəklilər fəsiləsindən xırda sarı çiçəkləri və meyvəsi olan
ot bitkisi. Xaççiçəklilər fəsiləsinə bir sıra kələm, turp, vəzəri kimi qiymətli tərəvəz bitkiləri, xardal kimi yağlı bitkilər, mixəkgülü,...

XARDALLI (ID - 17195)

sif Tərkibində xardal olan.

XARIBÜLBÜL (ID - 17196)

is. [fars. xar - tikan və bülbül.] Azərbaycanda bitən bitki növü. Açma xarıbülbül, açma, sən bu il; Görürsən, bu bahar bizimçün deyil. B.Vahabzadə.

XARILDAMA (ID - 17197)

“Xarıldamaq” dan f.is.

XARILDAMAQ (ID - 17198)

f Ayaq altında tapdalanan qardan xar-xar səsi çıxmaq. Işıq düşər qar üstünə parıldar; Tapdalayan vaxtda onu xarıldar. A.Səhhət. Qar atların ayaqları altında qəribə bir səslə xarıldayırdı. M.Hüseyn.

XARILDAŞMA (ID - 17199)

“Xarıldaşmaq” dan f.is.

XARILDAŞMAQ (ID - 17200)

f Küləyin təsirilə yarpaqların, budaqların bir-birinə dəyməsindən çıxan səs haqqında - xışıldamaq. Külək əsdikcə yarpaqlar xarıldaşırdı. - Meşəni çulğayan dərin uğultu bir neçə saniyə kəsilmədi. Ağaclar xarıldaşdı....

XARILTI (ID - 17201)

bax xışıltı. Xarıltı səsi. □ Xarıltı ilə - xarıltı səsi çıxararaq, xışıltı ilə. [Məryəm:] Sən məni unutsan da, amma mən səni unutmaram, - deyə işvəkar qadınlara məxsus bir şivə ilə fırlanıb ipək paltarlarını xarıltı...

XARİC (ID - 17202)

is. [ər.] 1. Bayır, dışarı; bayır tərəf (daxil əksi). Binanın xarici. Bu evin xarici daxilindən gözəldir. - Sonra birdən o, xaricdən gələn səslərə qulaq asmağa başlayır. S.Rəhman. □ Xaric etmək - qovmaq, kənar etmək, çıxarmaq....

XARİCİ (ID - 17203)

sif [ər.] 1. Xaricə aid, zahiri (daxili ziddi). Xarici əlamət. - Mahmuda xarici görünüşünə görə paxıllıq edənlər də olurdu. S.Vəliyev. // Bir şeyin xaricində, xaric tərəfində olan. Xarici tərəf Xarici mühit. - Qəhrəman o qəbil...

XARİCİYYƏ (ID - 17204)

is. [ər.] Xarici işlər nazirliyinin köhnə adı. Osmanlının xariciyyə vəziri gəlib sultana ərz edəndə ki, sultan sağ olsun, Yevropa hökumətləri Kriti hazırlaşırlar versinlər yunan padşahına, Sultan Əbdülhəmid yunanlı hərəmini...

XARİQƏ (ID - 17205)

is. [ər.] 1. İnsanda heyranlıq doğuran şey, hadisə; möcüzə. bax xariqüladə.
məc. Adama xariqə kimi görünən, xariqə sayıla bilən şey, qeyri-adi, görünməmiş şey. İnsanın zəkası xariqələr yaradır. [Nəcməddin] Böyük...

XARİQƏLİ (ID - 17206)

sif Xariqüladə, xariqələrlə dolu, ecazkar, möcüzəli, görünməmiş. Burada xariqəli bir şey yoxdur.

XARİQÜLADƏ (ID - 17207)

sif [ər.] 1. Qeyri-adi, qeyri-təbii, bu vaxta qədər misli görünməmiş, təbiət xaricində olan. Xariqüladə qüvvələr. Xariqüladə hadisələr. Xariqüladə qəhrəmanlıq.
Adi qaydadan xaric, qeyri-adi, fövqəladə. Boşanmaq təklifi...

XARİQÜLADƏLİK (ID - 17208)

is. Qeyri-adilik, fövqəltəbiilik, fövqəladəlik; ecazkarlıq. Hadisənin xariqüladəliyi.

XARLAMA (ID - 17209)

“Xarlamaq” dan f.is.

XARLAMAQ (ID - 17210)

f Bərkimək (qar, ərgin şəkər haqqında). [Qırmızı qan ləkələri] xarlamış qar üzərində nar dənələri kimi qızarır, sağda-solda bir ovuc mərcan kimi göyümtül rəngə çalan qar üzərinə səpələnirdilər. Ə.Məmmədxanlı....

XARLANDIRMA (ID - 17211)

“Xarlandırmaq” dan f.is.

Bu səhifə 18 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif