Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

XIRDALAMA (ID - 17612)

“Xırdalamaq” dan f.is. Dərman bitkilərinin tədarükü işi aşağıdakı: toplama, qurutma, xırdalama, saxlama və qablama mərhələlərindən keçir. R.Əliyev.

XIRDALAMAQ (ID - 17613)

f 1. Bıçaq və ya başqa kəsici alətlə bir şeyi xırda-xırda eləmək, doğramaq, kəsmək, parçalamaq. Əti çəkmək üçün xırdalamaq. Pendiri xırdalamaq. ..Ətyeyən heyvanın, məsələn, pişiyin dişlərinin hamısı iti bıçaq kimidir....

XIRDALANMA (ID - 17614)

“Xırdalanmaq” dan f.is.

XIRDALANMAQ (ID - 17615)

1. məch. Xırda-xırda edilmək, doğranmaq, tikə-tikə edilmək.
t-siz. Parça-parça olmaq, xırda-xırda olmaq, tikə-tikə olmaq; ovxalanmaq. Səhərdən bəri lopa-lopa yağan qar indi xırdalanıb şəkər kimi ələnirdi. B.Bayramov.
məch....

XIRDALAŞDIRILMA (ID - 17616)

“Xırdalaşdırılmaq” dan f.is.

XIRDALAŞDIRILMAQ (ID - 17617)

məch. Kiçildilmək, balacalaşdırılmaq.

XIRDALAŞDIRMA (ID - 17618)

“Xırdalaşdırmaq” dan

XIRDALAŞDIRMAQ (ID - 17619)

f. Kiçiltmək, balacalaşdırmaq.

XIRDALAŞMA (ID - 17620)

“Xırdalaşmaq” dan f.is.

XIRDALAŞMAQ (ID - 17621)

f. Balacalaşmaq, kiçilmək, xırda olmaq. Onun yuxusuzluqdan xırdalaşıb qızarmış gözləri dostlarının üzündə gəzir, elə bil onların qəlbinə nüfuz edirdi. M.Hüseyn. Əlikram stolun arxasında yastılanmışdı, yamanca xırdalaşmışdı....

XIRDALAYICI (ID - 17622)

is. Bir şeyi xırdalayan, doğrayan maşın. // Sif. mənasında. Xırdalayıcı maşın. - Bitki materialını toz halına salmaq üçün müxtəlif növ dəyirmanlardan və mürəkkəb quruluşlu xırdalayıcı maşınlardan .. istifadə edilirdi....

XIRDALƏÇƏK (ID - 17623)

is. bot. Rütubətli yerlərdə bitən, gövdəsində və yarpaqlarında aşı maddəsi olan bitki. Xırdaləçək .. zibilliklərdə, rütubətli yerlərdə bitir. Gövdələri və yarpaqlarında aşı maddəsi vardır. M.Qasımov.

XIRDALIQ (ID - 17624)

is. Həcmcə, ölçücə, boyca xırda olma; balacalıq, kiçiklik. Naxışların xırdalığı. Əlin xırdalığı. // Balacalıq, kiçiklik (yaşca). Xırdalığına, həm də çox çevikliyinə görə “Ciniş” ləqəbini qazanmış oğlan pərt...

XIRDAMEYVƏ(Lİ) (ID - 17625)

sif Meyvələri xırda, kiçik olan (gilənar, qarağat və s.). Xırdameyvə ağaclar.

XIRDA-MIRDA (ID - 17626)

bax xırdavat. Xırdamırda satmaq.
top. Hər cür xırda şeylər. Xırda-mırdanı bir küncə yığmaq. // Sif. mənasında. Keşiş xırda-mırda ev şeylərini satıb köçünü yüngül elədi. “Əsli və Kərəm”.
Az, cüzi. Xırda-mırda...

XIRDA-PARA (ID - 17627)

sif 1. Xırda, kiçik. Köç vaxtı, özün bilirsən ki, xırda-para şeylər çox olur və tərəkəmə əhlində də insaf olmaz, əlinə hər nə gəlsə, ağırlığına, yüngüllüyünə baxmayıb, atır dilsiz-ağızsız heyvanın üstə.. F.Köçərli....

XIRDASÜNBÜL(LÜ) (ID - 17628)

sif. Sünbülləri xırda, balaca. Xırdasünbüllü taxıl.

XIRDAVAT (ID - 17629)

is. Metaldan, sümükdən, dəridən və s.-dən hazırlanan xırda şeylər (kəmər, düymə, daraq və s. kimi). [Kişi:] Əldə xırdavat satmağa üç yüz manat pul düzəldib buraya gəldim ki, mal alıb aparam. S.S.Axundov. [Kişinin] xırdavat...

XIRDAVATÇI (ID - 17630)

is. Xırdavat mallar satılan yer. Xırdavatçı dükanı. // Xırdavat satan adam. [Cavanşir bəy Nəcəf bəyə:] Mənə xırdavatçılar süfirəsindən pay lazım deyil. Ə.Məmmədxanlı.

XIRDAVATÇILIQ (ID - 17631)

is. Xırdavatçının işi, peşəsi. Xırdavatçılıq eləmək.

XIRDAYARPAQ(LI) (ID - 17632)

sif. bot. Yarpaqları xırda olan. Xırdayarpaqlı kol. Xırdayarpaqlı ağac.

XIRDIM-XIRDIM (ID - 17633)

bax xıncım-xıncım. [Salam dayı] ayna tək parıldayan başını aşağı dikib eynəyinin üstündən içəri girmiş adama baxdı. Eynəyinin şüşələri xırdımxırdım olmuşdu. Q.İlkin.

XIRXALAMA (ID - 17634)

“Xırxalamaq” dan f.is.

XIRXALAMAQ (ID - 17635)

f. Ayağının altına salıb əzmək, əzişdirmək; xırpalamaq. [Kəndlilər] ho... ho... ho - deyib baxmağa başladılar. - Əgər cöngə kişini xırxalayıb öldürməsə?! S.Rəhimov.

XIR-XIR (ID - 17636)

1. sif Səsi xırıltılı. Xırxır adam.
Bu çolaq, xır-xır qocanı görəsən niyə cəzalandırmışlar? S.Vəliyev.
2. is. Xırıltılı səs, xırıltı. Ancaq yabana hürən köpəklərin xır-xırı, hürüşü kəsməkəsmə eşidilirdi....

XIRILDAMA (ID - 17637)

“Xırıldamaq” dan f.is.

XIRILDAMAQ (ID - 17638)

f. 1. Aydın olmayan, boğuq, tutqun səs çıxarmaq; xırıltı səsi çıxarmaq. Ölmək ölməkdir, xırıldamaq nə deməkdir. (Məsəl). [Dəli:] “uşaqları gözləyin, uşaqları gözləyin” deyə-deyə epileptik adamlar kimi yerə dəydi,...

XIRILTI (ID - 17639)

is. Boğulan, yaxud çətin nəfəs alan adamın boğazından çıxan spesifik səs; xır-xır səsi. [Dərviş:] Qulağımıza xırıltı gəldi. A.Divanbəyoğlu. [Məstan bəy] boğazındakı xırıltını rəf etmək üçün iki-üç dəfə öskürdü....

XIRILTILI (ID - 17640)

sif Xırıltı ilə, boğuq, tutqun, xırıldayan. [Yaşlı kişi:] Birdən-birə mənə tanış gələn xırıltılı bir səs qışqırmağa başladı. S.Hüseyn. Kişi oğlunun üzünə baxıb, xırıltılı səslə güldü. İ.Şıxlı.

XIRIM-XIRDA (ID - 17641)

is. 1. Çox işlədilən, tez-tez lazım olan hər cür xırda şeylər, ev şeyləri. Xırım-xırdanı yeşiyə yığmaq. - Nərgiz, Nərgizcan! - deyə [Rəşid] cəld irəli addımlayıb Nərminə xanımın xırım-xırdası ilə yüklü qollarını...

XIRIP-XIRIP (ID - 17642)

is. Heyvanların otu dişlərilə qırparkən çıxan səs.

XIRLAMA (ID - 17643)

“Xırlamaq” dan f.is.

XIRLAMAQ (ID - 17644)

f Xır salmaq, başdan-başa bostan eləmək.

XIRLI1 (ID - 17645)

sif Yivli (tüfəng, top, tapança).

XIRLI2 (ID - 17646)

sif 1. məh. Varlı, pullu. Xırlı adam.
2. Köklü, əsaslı, yerində. Sözü deyər xırlı deyər. (Məsəl).

XIRLIQ1 (ID - 17647)

is. Xır salınmış yer, bostan yeri.

XIRLIQ2 (ID - 17648)

is. Çınqıllıq, daşlıq. Xırlıqda ot bitməz. (Ata. sözü). Get-gedə güney yerləri sel yuyub xırlığa çevirdi. S.Rəhimov.

XIRLI-PIRLI (ID - 17649)

zərf dan. Əməlli-başlı, lazımınca, əsaslı surətdə. [Səfər:] Döyülməyinə döyüləcəyəm, qoy xırlı-pırlı, ağıllıbaşlı döyülüm. C.Cabbarlı.

XIRMAN (ID - 17650)

is. [fars.] 1. Dəni sünbüldən ayırma əməliyyatı. ..Xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. S.S.Axundov. [Rəşid:] Qurbanqulu uşağı görər-görməz xırman çəkdiyi atı buraxır və quyunun yanına qaçır....

XIRMANALTI (ID - 17651)

is. Xırman sovrularkən qalan qalıq. Xırmanaltını bir yerə yığmaq.

XIRMANCIQ (ID - 17652)

is. Kiçik xırman.

XIRMANÇI (ID - 17653)

is. Xırmanda taxıl döyən, xırmanda işləyən adam. Kənardan baxan xırmançılar buraya yüyürür, “ho-ho-hoş” deyib səs-küy salırdılar. S.Rəhimov. Indi sovruq yeli təzəcə qalxdığına görə xırmançılar əlayağa düşmüşdülər....

XIRMANDÖYƏN (ID - 17654)

bax xırmançı.

XIRMANLIQ (ID - 17655)

is. Xırman salmağa, xırman döyməyə yarar yer. Xırmanlıq hazırlamaq.

XIRNİK (ID - 17656)

is. Subtropik və mülayim iqlimli yerlərdə bitən portağalaoxşar iritumlu, ətli, şirin meyvə (canlı dildə buna yanlış olaraq çox vaxt “xurma”da deyilir).

XIRP (ID - 17657)

təql. 1. Adətən feillərdən sonra gələrək, onların ifadə etdiyi işin, prosesin birdən, qəfıldən, ani olaraq kəsildiyini bildirir. Faytonçunun səmimi, yanıqlı bir səslə oxuduğu gözəl mahnı birdən xırp kəsildi. M.Hüseyn. Kim...

XIRPADAN (ID - 17658)

zərf dan. Birdən, gözlənilmədən; büsbütün. [Qurban Telliyə:] ..Telli, çağa Yazgülün səsini eşidən kimi xırpadan səsini kəsdi. Ə.Məmmədxanlı.

XIRPALAMA (ID - 17659)

“Xırpalamaqdan” f.is.

XIRPALAMAQ (ID - 17660)

f 1. Boğazından yapışmaq, boğazlamaq. Mehdi qapını döyüb Əsədi çağırdı. Əsəd tələsik qapını açan kimi Nəbi onu xırpaladı. “Qaçaq Nəbi”.
2. məc. Üzmək, əzmək, əzişdirmək, mənəvi əzab və iztirab vermək. Bu...

XIRPALANMA (ID - 17661)

“Xırpalanmaq” dan f.is.

Bu səhifə 24 dəfə baxılıb