İzahlı lüğət

XUTOR (ID - 18012)

[rus.] 1. İçərisində sahibinin evi və təsərrüfatı olan ayrıca mülk.
2. Kazak stanitsalarından köçüb gələnlərin saldıqları kənd.

XUTORÇU (ID - 18013)

is. tar. 1. Xutor (1-ci mənada) sahibi. Xutor (2-ci mənada) əhalisindən olan; xutorlu.

XUTORLU (ID - 18014)

bax xutorçu 2-ci mənada.

XÜLASEYİ-KƏLAM (ID - 18015)

bax xülasə 1-ci mənada. Xülaseyi-kəlam, bu işin üstündən tamam üç il keçdi. E.Sultanov. Xülaseyi-kəlam, camaat bir vaxt gözünü açdı, gördü ki, Xudayar bəy katdadı ki, katdadı. C.Məmmədquluzadə.

XÜLASƏ (ID - 18016)

is. [fars.] 1. Müxtəsər, bir sözlə, uzun sözün qısası. Xülasə, daha nə deyim, baharın bu gözəl ayında bizim ölkə kimi gözəl ölkə az tapılar.. E.Sultanov. Xülasə, faytonçu yarım saat məni səhra ilə gətirdi. Ə.Haqverdiyev....

XÜLƏFA (ID - 18017)

is. [ər.] köhn. Xəlifələr. [Həqiqət:] Mənim şəfəqim Misir fironlarının, Roma qeysərlərinin, Kəyaniyan və Sasaniyan şahənşahlarının, Bəni-Umməyyə, Bəni-Əbbasiyyə xüləfasının qəsrlərinə, turan və türk xalqlarının qəsrlərinə...

XÜLQ (ID - 18018)

is. [ər.] Xasiyyət, təbiət. Sənətkar xülqünə hopmuşdu onun; Təlim-tərbiyənin zövqü, ahəngi. Şəhriyar.

XÜLUS (ID - 18019)

is. [ər.] köhn. 1. Xalislik, saflıq. Hər kəs öpər əlimdən; İzhar edər xülusi.. A.Səhhət.
2. Səmimilik. Vətən uğrunda, millət eşqində; Bəzli-can et xülusi-niyyət ilə! M.Ə.Sabir. Kişinin ki, əqidəsi möhkəm oldu və xülusü...

XÜLYA (ID - 18020)

[ər.] Xəyal, xəyalət, xamxəyal, fantaziya. Birdən lap qulağının dibində eşidilən qəfil bir qışqırıq Qadiri bu xülyalarından ayırdı. Ə.Əbülhəsən. Haman bu Yalınçaq bəy də Baniçiçəyi almaq xülyasına düşmüşdü. M.Rzaquluzadə....

XÜLYAÇI (ID - 18021)

b a x xəyalçı.

XÜLYAÇILIQ (ID - 18022)

b a x xəyalçılıq.

XÜLYAPƏRVƏR, XÜLYAPƏRƏST (ID - 18023)

[ər. xülya və fars. ...pərəst] bax xəyalpərəst. Ögey qardaşı uşaqlarından başqa heç bir kəsi olmayan bu müəllim xəyalpərvər bir adam idi. M.İbrahimov.

XÜLYAPƏRVƏRLİK, XÜLYAPƏRƏSTLİK (ID - 18024)

bax xəyalpərvərlik. Onlar əksərən xəyalpərəst gənclər, geniş ictimai fəaliyyət meydanı axtaran və həqiqi azadlıq üçün çırpınan gənc tələbələr idi. M.İbrahimov.

XÜMS (ID - 18025)

is. [ər. “beşdə bir”] İslam dinində: varlı adamın öz gəlirinin, qazancının beşdə bir hissəsi miqdarında kasıblara verməli olduğu vergi. Camaatın, xüsusən sərvətdarların xümsü, zəkat və fitrəsi ağanın mübarək əlilə...

XÜRRƏM (ID - 18026)

sif. və zərf [fars.] klas. Şad, şən, qəm-qüssədən uzaq, sevinc, fərəh içində olan (çox zaman şad və xürrəm şəklində işlənir). Böyük xanım şad və xürrəm gümüş podnos içində iki istəkan kəmrəng çay gətirmişdi. M.S.Ordubadi....

XÜRUC (ID - 18027)

is. [ər.] klas. Çıxma, bayıra çıxma. □ Xüruc etmək - çıxmaq. .. o Iskəndər Rumi idi ki, Məqduniyyə adlı ufaq bir ölkədən xüruc eləmişdi və gəlmişdi Əcəm ölkəsindəki bütün atəşgədələri dağıtmışdı.. Ə.Məmmədxanlı....

XÜSUS (ID - 18028)

[ər.] 1. Xas olma, məxsus olma; məxsusluq, bir şeyə və ya şəxsə aid olma.
Nisbət şəkilçilərlə: xüsusda, xüsusunda - haqqında, barəsində; barədə, dair. Bu xüsusda sonra danışarıq. Bu xüsusda fikriniz nədir? Getmək xüsusunda...

XÜSUSƏN (ID - 18029)

[ər.] zərf 'Xüsusi olaraq, hamıdan artıq, ən çox, hər şeydən əvvəl, ayrıca, ələlxüsus. Xüsusən ev qulluqçuları, gədə, Almas və qulluqçu qız Pəri o gecə səhərə kimi yatmamışdılar. N.Nərimanov. Bu böyük itki, bu...

XÜSUSİ (ID - 18030)

sif. [ər.] 1. Ancaq ayrıca bir şəxsin özünə aid olan, özü ilə bağlı olan, özünə xas olan; şəxsi, fərdi. Xüsusi təşəbbüs. Başqasının xüsusi həyatına qarışmaq. - [Məcid Əfəndi:] Yaxşı ki gəldiniz, sizinlə xüsusi bir...

XÜSUSİLƏ (ID - 18031)

zərf [ər.] Ələlxüsus, xüsusən. [Mirzə Qədir] əlavə olaraq orasını da bildirdi ki, Nəsir evdə onun qardaşı isə də, həyatda, xüsusilə mətbəəsində qardaşı deyildir. S.Hüseyn. Xüsusilə qaragözlü qız həm maraq, həm də ürkək...

XÜSUSİLƏŞMƏ (ID - 18032)

is. 1. “Xüsusiləşmək” dən.
qram. Cümlə üzvlərinin bir qisminin xüsusi səs tonu ilə deyilib, məntiqi vurğu ilə o birilərindən fərqlənməsi halı. Cümlənin ikinci dərəcəli üzvlərinin xüsusiləşməsi. - ..Şagirdlər...

XÜSUSİLƏŞMƏK (ID - 18033)

f 1. Başqalarından, ümumilikdən ayrılmaq, xüsusi mövqe tutmaq.
qram. Xüsusiləşmə (2-ci mənada) əmələ gəlmək.

XÜSUSİLƏŞMİŞ (ID - 18034)

f.sif. qram. İntonasiyaya və cümlənin digər üzvlərinə münasibətə görə cümlənin nisbətən müstəqil tərkib hissəsinə çevrilmiş.

XÜSUSİLİK (ID - 18035)

is. Özünə məxsus olma, özünə aid olma, xüsusi mahiyyət daşıma, fərdi səciyyə daşıma, şəxsi xarakter daşıma. ..Məktubun xüsusiliyini nəzərə alaraq imkan vermişlərdi ki, Kaşani əvvəl özü oxusun. Qantəmir.

XÜSUSİYYƏT (ID - 18036)

is. 1. Hər hansı bir şeyi digərindən ayıran səciyyəvi cəhət, əlamət, keyfiyyət, xassə, spesifıklik. Şoran torpaqların xüsusiyyəti. Yaşayış xüsusiyyəti. “Qorxulu nağıllar”ın bir xüsusiyyəti də odur ki, müəllif heyvanlar...

XÜSUSİYYƏTÇİ (ID - 18037)

is. Bir şeyin sahibi, mülkiyyətçi; yiyə, sahibkar.

XÜSUSİYYƏTÇİLİK (ID - 18038)

is. Yiyə, sahibkar olma, mülkiyyətçilik.

XÜTBƏ (ID - 18039)

is. [ər.] din. Xətibin minbərdən camaata xitabən söylədiyi nəsihətamiz sözlər, nitq. Əmir İnanc xətibin qulağına pıçıldadıqdan sonra xətib təzə səfərbərlik haqqında bir söz danışmayaraq xütbəsini bitirdi. M.S.Ordubadi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed