İzahlı lüğət

XIRPALANMAQ (ID - 17662)

məch. Mənəvi əzab və iztirab çəkmək. O, kədərli düşüncələrin ağırlığı altında xırpalanırdı. - [Qönçə:] İndi tamam iki aydır hər gecə əzilir, xırpalanıram. S.Hüseyn.

XIRSIZ1 (ID - 17663)

is. Oğru. [Birinci qulam:] Qanlı xırsızlar! İmdi burdan qaçan uğursuzlar! H.Cavid. Qaranlıqda kölgələnmə, gözəl qız! Cilvələnmə xırsızların içində. M.Müşfiq.
XIRSIZ2

XIRSIZLIQ (ID - 17664)

is. Oğruluq. Gördüyünüz bu hərif xırsızlıqlar yapardı. M.Rahim.

XIRT (ID - 17665)

təql. Doğranan, sınan, qopan, parçalanan kövrək şeydən çıxan səs; xırç. Qolu xırt eləyib yanına düşdü.

XIRTAXIRT (ID - 17666)

təql. Bıçaqla, dişlə və s. ilə kəsilən, doğranan bərk şeydən çıxan səs (prosesin davamlılığını göstərir). Uşaq qəndi xırtaxırt yeyir. - [Hidayət:] [Əlikram] adamın başını qatlayıb küt bıçaqla xırtaxırt kəsər, uf...

XIRT-XIRT (ID - 17667)

bax xırtaxırt. [Kərim baba:] Qoyunların xırt-xırt otlamasından gözlərimin qapaqları ağırlaşmışdı. A.Şaiq. [Nadir] utandığından qızarıb başını aşağı dikdi və atların xırt-xırtla (z.) arpa çeynəmələrinə tamaşa etməyə...

XIRTILDAMA (ID - 17668)

“Xırtıldamaq” dan f.is.

XIRTILDAMAQ (ID - 17669)

f Xırt-xırt səsi çıxartmaq. Quşbaşı qarların ağır-ağır yerə enməsi, ayaqların altında xırtıldaması adama ayrı ləzzət verir. M.Rzaquluzadə.

XIRTILDATMA (ID - 17670)

“Xırtıldatmaq” dan f.is.

XIRTILDATMAQ (ID - 17671)

f Dişlərilə sındıraraq, doğrayaraq, əzərək yemək, xırtıldada-xırtıldada yemək (bərk, kövrək şeyi). Qazmağı, qəndi xırtıldatmaq. - Soldat da bizim kökü xırtıldatmağımızı eşidib dedi.. S.Vəliyev.

XIRTILTI (ID - 17672)

is. Sınan, qəlpələnən şeydən çıxan səs.

XIS-XIS (ID - 17673)

bax xısın-xısın. Bir də gördülər ki, adamlar xıs-xıs danışırlar. Nəbi ev yiyəsindən soruşdu.. “Qaçaq Nəbi”.

XISILDAMA (ID - 17674)

“Xısıldamaq” dan f.is.

XISILDAMAQ (ID - 17675)

f Pıçıltı ilə, çox yavaş səslə, altdan-altdan demək, söyləmək. Dağbaşev Sübhanverdizadənin bu hərəkətindən qorxuya düşdü və onu qucaqlayan kimi: -Kimin? - deyə xısıldadı. S.Rəhimov. Məmməd, yumru alnının altından ifadəsi...

XISILTI (ID - 17676)

is. Çox yavaş, gizli danışıq səsi, pıçıltı. Kosa katibin qulağına əyilərək xısıltı ilə: - Öz aramızda, bir iş var, - dedi. S.Rəhimov. [Fərman bəy] bir an dinməyib ətrafı diqqətlə yoxlayandan sonra xısıltı ilə danışmağa...

XISIN-XISIN (ID - 17677)

zərfi Yavaş-yavaş, gizli-gizli, xəlvəti, altdan-altdan. Səttarın anası hələ xısın-xısın ağlayırdı. P.Makulu. Oradaburada, xısın-xısın danışıb-gülüşən tək-tək adamlar görünürdü. M.Süleymanov.

XISINLAŞMA (ID - 17678)

“Xısınlaşmaq” dan f.is.

XISINLAŞMAQ (ID - 17679)

qarş. Bir-birilə gizli, pıçıltı ilə danışmaq, xısın-xısın danışmaq, pıçıldaşmaq, xəlvəti danışmaq. Molla Qafar, Kərbəlayı Hətəmxan, bir də Hacı Səfiqulu kürklərinə birə düşmüş kimi yaman xısınlaşırlar. S.Rəhimov....

XIŞ (ID - 17680)

is. Yer şumlamaq üçün ibtidai kənd təsərrüfatı aləti. [Tarverdi] ..xışları, boyunduruqları, cüt qayışlarını yoxlayır, əlavə xış düzəldir, yerə salmaq istəyirdi. S.Rəhimov. ..Dağın lap ətəyində kəndli xışla yer şumlayırdı....

XIŞ-XIŞ (ID - 17681)

təql. Xışıltı səsi. Zərf mənasında. Xışıltı ilə. Yarpaqlar küçələr boyunca sürünüb gedən boz boğanaq içində xış-xış xışıldayır. Mir Cəlal. ..Yaşıl atlazdan don geyinmiş zəmilər xış-xış xışıldayaraq dalğalanırdı....

XIŞILDAMA (ID - 17682)

“Xışıldamaq” dan f.is.

XIŞILDAMAQ (ID - 17683)

f Xışıltı səsi çıxartmaq, xış-xış eləmək. Yay yağışlarından sonra yolların kənarında bitmiş uzun, yaşıl otlar külək əsdikcə dalğalanır və xışıldayırdı. M.Hüseyn. Dənizdən xəfif meh əsir, yarpaqlar xışıldayır,...

XIŞILDATMA (ID - 17684)

“Xışıldatmaq” dan f.is.

XIŞILDATMAQ (ID - 17685)

f “Xış-xış” səs çıxartmaq. Arabir xəfif külək əsir, xəzan yarpaqlarını xışıldadırdı. M.Hüseyn. Yaşıl ağaclarda saralan yarpaqların sayı günü-gündən artır, yerə tökülür və ara-sıra əsən yel də bu yarpaqları xışıldada-xışıldada...

XIŞILTI (ID - 17686)

is. 1. Bir-birinə dəyən, sürtünən şax şeydən və ya axan sudan çıxan xəfif səs, xış-xış səsi. Atlaz xalatların xışıltısı. Ay qara buludun dalına girdi, yerə qara pərdə çəkildi. Ocağın alovu söndü, meşədə xışıltı...

XIŞILTILI (ID - 17687)

sif Xışıltı səsi çıxaran, törədən. Xışıltılı bir yağış meşəyə səpələnməyə .. göylərdə şimşəklə oynamağa başladı. S.Rəhimov.

XIŞIRTI (ID - 17688)

b a x xışıltı.

XIŞLAMA (ID - 17689)

“Xışlamaq” dan f.is.

XIŞLAMAQ (ID - 17690)

f Torpağı (yeri) xışla sürmək, şumlamaq. Halbuki Cavahir ev işindən başqa, yəni mal-qaranı görmək, təzək qoymaq, xörək hazırlamaq, çörək yapmaqdan başqa, bağçanı suvarır, yer xışlayır, əkib-biçir, bir sözlə, hər bir...

XIŞLANMA (ID - 17691)

“Xışlanmaq” dan f.is.

XIŞLANMAQ (ID - 17692)

məch. Xışla sürülmək, şumlanmaq. Sahə başdan-başa xışlanmışdır.

XIŞLANMIŞ (ID - 17693)

f.sif. Xışla sürülmüş, şumlanmış.

XIŞMA (ID - 17694)

is. Adətən “bir” sözü ilə: bir xışma - ovucdolusu, bir ovuc. Bir xışma ot. Bir xışma buğda. - Qaşıq gəlincəyə qədər səbr etməyib [Ağasəfər] aşdan bir xışma götürdü. Ə.Əbülhəsən. Salam, atından enib qara torpaqdan...

XIŞMALAMA (ID - 17695)

“Xışmalamaq” dan f.is.

XIŞMALAMAQ (ID - 17696)

f. 1. Qamarlayıb götürmək, ovcu ilə götürmək, ovuclamaq. Əlyarov pulları cəld xışmalayıb stolunun orta siyirməsinə qoydu. M.Hüseyn. Kəndlilər toxumluq buğdanı xışmalayıb dəmyə yerlərə səpəndə şirin bir arzu ilə “ya bəxt”...

XIZIR (ID - 17697)

is. 1. İlyas peyğəmbərin adı.
məc. Xilaskar.

XİDMƏT (ID - 17698)

is. [ər.] 1. Bir idarədə, müəssisədə və s.-də maaşla qulluq etmə, işləmə, rəsmi vəzifə yerinə yetirmə. □ Xidmət etmək - bir idarədə, müəssisədə və s.-də maaşla işləmək, qulluq etmək, rəsmi vəzifə
yerinə yetirmək....

XİDMƏTÇİ (ID - 17699)

is. 1. Zehni və ya istehsalatla bağlı olmayan fiziki əməyin müxtəlif sahələrində maaşla xidmət edən adam; qulluqçu. Fəhlə və xidmətçilər. - Mirzəağa [Cəmiləni] istirahət evinin bir xidmətçisi və ya məsul bir işçisi zənn...

XİDMƏTÇİLİK (ID - 17700)

is. Maaşla bir idarədə və ya bir yerdə xidmət etmə, işləmə; xidmətçinin gördüyü iş.

XİDMƏTİ (ID - 17701)

sif. Xidmətlə, rəsmi vəzifə ilə, işlə bağlı olan. Xidməti işlər. Xidməti ezamiyyət. Xidməti maşın.

XİDMƏTKAR (ID - 17702)

is. [ər. xidmət vəfars. ...kar] Xidmətçi. Sübh çox ertə oyanardı qarı; Durğuzar idi hamı xidmətkarı. A.Səhhət. Nə keşikçilərdən, nə qapıçılardan, nə də sair xidmətkarlardan əsər-əlamət yox idi. M.Rzaquluzadə.

XİDMƏTKARLIQ (ID - 17703)

is. Xidmətçilik, birinin xidmətində olma. // məc. Qulluq göstərmə, xidmət göstərmə; nökərçilik.

XİDMƏTSEVƏN (ID - 17704)

sif 1. Yaxşı baxılmağı, yaxşı qulluq edilməyi, yaxşı xidmət edilməyi tələb edən. Çay çox xidmətsevən bitkidir.
2. məc. Öz işinə, vəzifəsinə həddən artıq can yandıran, lakin ona çox rəsmi yanaşan adam.

XİFFƏT (ID - 17705)

is. [ər.] Fikir, dərd, qəm, qüssə; fikir çəkmə. Qaldı mən dilxəstəyə ancaq məlalü xiffətin. S.Ə.Şirvani. Bəsdir mənə verdiyin bu xiffət. Natəvan. [İbrahim:] Gövhərtac .. xiffətdən, qüssədən müqəvvaya dönübdür. Ə.Haqverdiyev....

XİFFƏTLƏNDİRMƏ (ID - 17706)

“Xiffətləndirmək’dən f.is.

XİFFƏTLƏNDİRMƏK (ID - 17707)

f Xiffət çəkdirmək, kədərləndirmək, qəm-qüssə çəkdirmək.

XİFFƏTLƏNMƏ (ID - 17708)

“Xiffətlənmək” dən f.is.

XİFFƏTLƏNMƏK (ID - 17709)

f Xiffət çəkmək, kədərlənmək, qüssələnmək. Oğlunun dərdindən ana çox xiffətləndi.

Xİ-Xİ-Xİ! (ID - 17710)

nida. Yavaş gülüş bildirən səs təqlidi. [Allahyar:] Ə, Tarverdi, yaz. - Onun savadı var ki, yaza! Xi-xi-xi. S.Rəhimov. Uşaqlar “xi, xi, xi” edib açılışmağa başladılar. M.İbrahimov.

XİLAF (ID - 17711)

is. [ər.] 1. Zidd, əks. [Hakimi-şər:] Ağa Salman, deyirlər, Hacı Qafurun övladı qalıbdır. Sənin bu sözün xilafına isbatın varmı? M.F.Axundzadə. Usta Ramazan adətin xilafına səbirsizlik göstərdi. M.Hüseyn.
2. Yalan, qeyri-həqiqət....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed