Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

XARİCİ

sif [ər.] 1. Xaricə aid, zahiri (daxili ziddi). Xarici əlamət. - Mahmuda xarici görünüşünə görə paxıllıq edənlər də olurdu. S.Vəliyev. // Bir şeyin xaricində, xaric tərəfində olan. Xarici tərəf Xarici mühit. - Qəhrəman o qəbil insanlardan idi ki, .. xarici aləmdə heç bir şey görməz və eşitməzdi. M.İbrahimov. Elə bil bu saat bütün xarici aləm yalnız sədrdən asılı idi. İ.Əfəndiyev.
2. Xarici dövlətlə olan münasibətlərə aid (daxili ziddi). Xarici siyasət. Xarici vəziyyət. Xarici ticarət. // Həmin dövlətin hüdudları xaricində olan. Daxili və xarici qiymətlər. Xarici bazar. Xarici düşmənlər. // Xarici ölkədən gəlmiş və ya gətirilmiş. Xarici qonaqlar. Xarici mal. // Başqa dövlətə, başqa ölkəyə mənsub olan, aid olan. Xarici təbəələr. Xarici valyuta. Xarici dillər. // Is. mənasında. Əcnəbi, xarici ölkə təbəəsi. Bakı neft yataqları xariciləri özünə çəkirdi. M.İbrahimov. // is. köhn. İslam aləmində qeyri-müsəlmanlara verilən ad; əcnəbi. [Hacı:] Hayıf olsun ki, siz də xaricilərə qoşulub məni yerdən götürməyə çalışırsınız. M.S.Ordubadi. Hacı Əliqulu, doğrudur, bir xarici ilə əl-ələ görüşəndə gəlib evdə əlini sabunla təmizlərdi. Qantəmir. Xaricilər qabağa düşdü tamam; Nə yaman günlərə qaldı islam. A.Səhhət.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla