İzahlı lüğət

EKVATORİAL (ID - 11647)

sif. [lat.] Ekvatora aid olan, ekvatorda olan, ekvatora yaxın, ekvator rayonlarına xas olan. Ekvatorial axınlar. Ekvatorial koordinatlar.

EKVİVALENT (ID - 11648)

[lat.] 1. is. iqt. Başqa bir əmtəənin dəyərini təmsil edən əmtəə. ..Müəyyən bir əmtəənin ekvivalent forması onun başqa əmtəəyə bilavasitə mübadilə edilə bilməsi formasıdır. K.Marks (“Kapital”, tərcümə).
2. sif...

EKVİVALENTLİK (ID - 11649)

is. Bərabərlik, eyni qiymətdə, eyni qüvvədə, eyni mənada olma.

EKZEMA (ID - 11650)

[yun.] tib. Irinli səpkilər, suluqlar şəklində təzahür edən dəri xəstəliyi.

EKZEMALI (ID - 11651)

sif. Ekzeması olan. Ekzemalı xəstə. Ekzemalı ayaq. - Mollayev .. birdən ekzemalı barmaqları ilə [Lalənin] qolundan yapışdı.. M.Hüseyn.

EKZOQAMİYA (ID - 11652)

[yun. exo - xaric və gamos - evlənmə] etnoqr. Öz tayfasından, öz qohum-əqrəbasından, öz ictimai qrupundan evlənməyi qadağan edən adət.

EKZOTERMİK (ID - 11653)

sif [yun. exo - xaric və thermos - isti] kim. Istilik çıxması ilə bağlı olan, istilik verən. Ekzotermik proses.

EKZOTİK (ID - 11654)

sif [yun.] 1. Avropa ölkələri üçün qeyri-adi olan, onlara xas olmayan. Ekzotik ölkələr (avropalılar üçün qeyri-adi olan mədəniyyətə, təbiətə və s.-yə malik ölkələr; məs.: tropik ölkələr).
2. məc. Ümumiyyətlə, qeyri-adi,...

EKZOTİKA (ID - 11655)

[yun.] Avropalılar üçün qeyri-adi görünən hər şey (təbiət, məişət, adət, mədəniyyət və s). 0ərq ekzotikası. Qazma sahibinin ekzotikaya olan meyli o dərəcəyə yetişmişdi ki, bir metr uzunluğunda, yarım metr enində olan qapıya...

EQOİST (ID - 11656)

sif [fr. əsli lat.] Özünü bəyənən, özünü yüksək tutan, ancaq özünü, öz mənafeyini düşünən adam; xudbin. [Süleyman:] Mən hələ ömrümdə bunun kimi eqoist adam görməmişəm. M.Ibrahimov.

EQOİSTLİK (ID - 11657)

is. Eqoist adamın xassəsi, ancaq özünü, öz mənafeyini düşünmə; xudbinlik.

EQOİZM (ID - 11658)

[fr. əsli lat.] bax eqoistlik.

EL1 (ID - 11659)

is. 1. Camaat, xalq, adamlar. El üçün ağlayan gözsüz qalar. (Ata. sözü). Baharfəsli el şad olur sərasər; Hərgiz məndən özgə yoxdur mükəddər. Q.Zakir. Fələyin cəbrindən, el tənəsindən; Dərdim artıb bir ümmana dönübdür....

El (ID - 11660)

anası, el atası - elin başçısı, hamının qayğısını çəkən, dərdinə şərik olan, işinə yarayan, xeyir-şərində iştirak edən adam. [Mirzə Heydər:] A başına dönüm, axır mənim təqsirim nədir? Mən deyəndə bir el anasıyam,...

EL2 (ID - 11661)

“L” hərfinin adı.

ELAM (ID - 11662)

is. [ər.] klas. Bildirmə, anlatma, xəbərdar etmə. Elam etmək. Elam qılmaq.
Bəhərhal, hər nə ki muradınızdır, mənə elam edin! “Mehri-mah”. [Şah Abbas:] Sonra üzün hərəmlərə tutub xitab elədi: ..Mən kəmaliəfisus ilə...

ELAMNAMƏ (ID - 11663)

is. [ər. elam və fars. namə] klas. Elam yazılmış rəsmi vərəqə, bildiriş vərəqəsi. Mötəbər üləma vilayətlərə elamnamələr göndərirdi ki, bundan sonra bir kimsənə cürət etməsin ki, şaha və ümənayidövlətə .. peşkəş...

ELAN (ID - 11664)

is. [ər.] 1. Yazılı, çap olunmuş bildiriş, xəbər, məlumat. Qəzet elanı. Divara elan vurmaq. Dərslərin başlanması haqqında elan. - Üç gün qabaqdan divarlara böyük, rəngli elanlar vurulmuşdu. Mir Cəlal. Elan etmək - 1) hamının...

ELASTİK (ID - 11665)

sif. [yun.] Sıxılıb buraxıldıqda əvvəlki şəklini alan, möhkəm, lakin sıxıldıqda yığıla bilən. Elastik rezin. Elastik yay. Elastik parça. Elastik əzələlər.

ELASTİKİ (ID - 11666)

b ax elastik. Elastiki cisimlər.

ELASTİKİYYƏT (ID - 11667)

köhn. bax elastiklik. Müəyyən sabit mərkəzə cəzb edən və o mərkəzdən məsafiə ilə düz proporsional dəyişən qüvvəyə çox təsadüfi edilir. Belə qüvvəyə elastikiyyət qüvvəsi misal ola bilər. Z.Xəlil.

ELASTİKLİK (ID - 11668)

is. Elastik şeyin hal və keyfiyyəti. Bir elementin müxtəlifizotopları bir-birindən bir çox fiziki xassələri, xüsusən çəkisi, elastikliyi və ərimə temperaturuna görə cüzi də olsa fərqlənir. A.Qarayev.

ELAT (ID - 11669)

top. köhn. Bir yurdda, bir yerdə yaşayan camaat, xalq, el. ..Qazax mahalının vəkili Pənah ağanın zamanında bir para şuriş və inqilabın vüquinə görə Qazax mahalından bir neçə elat köçüb Qarabağ vilayətinə, Ibrahim xanın təhti-himayəsinə...

ELBAŞI (ID - 11670)

is. tar. Eli idarə edən, elə başçılıq edən şəxs. [İldırım:] Altay, elbaşı sən idin, deyilmi? C.Cabbarlı.

ELBAŞILIQ (ID - 11671)

is. tar. Elbaşının işi, vəzifəsi; başçılıq, rəhbərlik. [İldırım:] Ən baş bir qanun vardır ki, o da hər kəsin başqaya zərərsiz azad istəyidir. “Ellik” işlər üçün isə el özü sıra ilə elbaşılıq edir. C.Cabbarlı.

ELBƏYİ (ID - 11672)

is. tar. El başçısı, el böyüyü; qəbilə, tayfa başçısı. Halbuki Iranda hakimlərin, elbəyilərin, kətxudaların və dövlət məmurlarının nəinki elmi yoxdur, hətta adi savadı da yoxdur. M.F.Axundzadə. [Sönməz:] El talanmışdır....

ELCARI (ID - 11673)

zərf 1. Elliklə, hamılıqla, bütünlüklə, başdan-başa. Yüzlərcə gözəl başqa vilayətdə də çoxdur; Amma bizim ölkə bütün elcarı gözəldir. Ə.Vahid.
2. Birlikdə, bütün elin iştirakı ilə. Elcarı iş görmək.

ELÇİ (ID - 11674)

is. 1. dipl. Bir dövləti başqa bir dövlətdə təmsil edən diplomatik nümayəndə; səfir.
Oğlan və ya onun adamları tərəfindən qız istəmək üçün qız evinə göndərilən şəxs. [Səkinə xanım:] Söz açıq gərək, [Ağa Həsən]...

ELÇİLƏMƏ (ID - 11675)

"Elçiləmək” dən f.is.

ELÇİLƏMƏK (ID - 11676)

f Elçi düşmək, elçiliyə getmək, qız istəmək.

ELÇİLİK (ID - 11677)

is. 1. Elçinin vəzifəsi, işi. // Elçinin idarəsi. Elçilikdə qəbul.
2. Elçi getmə, qız istəmə. [Gülpəri:] Hacı, qadan alım, mənim elə saçım elçilikdə ağarmayıbdırmı? Ə.Haqverdiyev. [Toğrul:] Adə Yaşar, mən istəyirəm...

ELDARŞAMI (ID - 11678)

is. bot. Azərbaycanın Eldar deyilən yerlərində bitən şam ağacı növü. Eldarşamı .. enli çətirli, gövdəsi düz və ya əyilmiş olan, 18-20 metrə qədər hündürlüyündə ağacdır. Iynələri qısa budaqlar üzərində ikişər yerləşir....

ELDAŞ (ID - 11679)

is. Biryerli, həmyerli, həmvətən. Təyyarənin qanadı toxunur buludlara; Eldaşlarımız gəlir boşluğu yara-yara. R.Rza.

ELEGİYA (ID - 11680)

[yun.] ədəb. 1. Mərsiyə tərzində yazılmış şeir. Elegiya qəmli, kədərli, hüznlü lirik şeir deməkdir. Ölənlərin xatirəsinə yazılmış bu şeirlərdə, bizim mərsiyələrdə olduğu kimi, ağı ünsürləri əsas yer tuturdu. Ə.Sultanlı....

ELEKTRIÇKA (ID - 11681)

[rus.] dan. Elektrik dəmiryol qatarı (vaqonu). Bakı ilə mədən rayonları arasında elektriçka işləyir.
elektro... Mürəkkəb sözlərin, elektrik mənasında olan birinci hissəsi; məs.: elektroaparat, elektrobur, elektrovoz.

ELEKTRIK (ID - 11682)

[yun.] 1. Materiyanın, yüklü hissəciklərdən: elektronlardan, pozitronlardan, protonlardan və s.-dən ibarət forması. Elektrik haqqında nəzəriyyə.
Xalq təsərrüfatının bütün sahələrində və məişətdə işlədilən enerji növlərindən...

ELEKTRİK (ID - 11683)

[fr. əsliyun.] 1. Bax elektrotexnik.
2. Elektrotexnika sahəsində, elektrik sənayesində işləyən, elektriki tədqiq edən şəxs.

ELEKTRİKKEÇİRMƏ (ID - 11684)

is. fiz. Cismin elektrik cərəyanını keçirmə qabiliyyəti. Metalın elektrikkeçirmə qabiliyyəti.

ELEKTRİKLƏNDİRİLMƏ (ID - 11685)

“Elektrikləndirilmək” dən f.is.

ELEKTRİKLƏNDİRİLMƏK (ID - 11686)

məch. fiz. Elektrik yükü ilə yüklənmək.

ELEKTRİKLƏNDİRMƏ (ID - 11687)

“Elektrikləndirmək” dən f.is.

ELEKTRİKLƏNDİRMƏK (ID - 11688)

f fiz. Cismi elektrik yükü ilə yükləmək. Metalı elektrikləndirmək.

ELEKTRİKLƏNMƏ (ID - 11689)

“Elektriklənmək” dən f.is.

ELEKTRİKLƏNMƏK (ID - 11690)

f fiz. Elektrik yükü qəbul etmək.

ELEKTRİKLƏŞDİRİLMƏ (ID - 11691)

“Elektrikləşdirilmək” dən f.is. Kənd təsərrüfatının elektrikləşdirilməsi. Dəmiryollarının elektrikləşdirilməsi. - Mingəçevir eyni zamanda kəndlərimizin elektrikləşdirilməsinə imkan yaratmışdır. I.Əfəndiyev. Azərbaycanın...

ELEKTRİKLƏŞDİRİLMƏK (ID - 11692)

“Elektrikləşdirmək” dən məch.

ELEKTRİKLƏŞDİRMƏ (ID - 11693)

“Elektrikləşdirmək” dən f.is. // Elektrik enerjisinə keçirmə, elektrik enerjisi tətbiq etmə.

ELEKTRİKLƏŞDİRMƏK (ID - 11694)

fi Xalq təsərrüfatının bütün sahələrinə elektrik energiyasını tətbiq etmək; hər şeyi elektrik qüvvəsinə keçirmək. Ölkənin başdan-başa elektrikləşdirilməsi. - [Eyvaz:] Dəyirmanı elektrikləşdirmək üçün balaca bir layihə...

ELEKTRİKLƏŞMƏ (ID - 11695)

“Elektrikləşmək” dən f.is.

ELEKTRİKLƏŞMƏK (ID - 11696)

bax elektriklənmək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed