İzahlı lüğət

ELAT

top. köhn. Bir yurdda, bir yerdə yaşayan camaat, xalq, el. ..Qazax mahalının vəkili Pənah ağanın zamanında bir para şuriş və inqilabın vüquinə görə Qazax mahalından bir neçə elat köçüb Qarabağ vilayətinə, Ibrahim xanın təhti-himayəsinə keçibdir. F.Köçərli. // Başlıca olaraq maldarlıqla məşğul olan köçəri kənd əhalisi. Yaz ayı elat dağa çıxanda Nəbi dəstəsiynən gəlmişdi Qırxlar dağına. “Qaçaq Nəbi”. [Şəhrəbanu xanım:] ..Müsyö Jordana qaymaq gərək, yağ gərək, axşama plov gərək, bozartma gərək ki, gedib öz ölkəsində deməsin ki, Qarabağ elatının arvadları mərifiətsiz olurlar. M.F.Axundzadə. Bir dəfə [Hacı Rüstəmin] yolu yaylağa gedən elata düşdü. Köç mənzil eləyib, heyvanları düzə buraxmışdı. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed