İzahlı lüğət

ERKƏKLƏŞMƏK (ID - 11947)

f 1. Kişi xasiyyəti almaq, kişi kimi olmaq (qadın haqqında).
2. məc. dan. Kobudlaşmaq, qabalaşmaq.

ERKƏKLİK (ID - 11948)

is. 1. Erkək insan və ya heyvanın hal və sifəti.
Yaşa dolma, həddi-büluğa çatma, yetkinlik.
dan. Qabalıq, kobudluq, qanmazlıq, tərbiyəsizlik. Erkəkliyinə salmaq (qabalıq etmək, qanmazcasına hərəkət etmək).

ERKƏN (ID - 11949)

zərf. 1. Səhər tezdən, sübhdən, ertə. Erkən yola düşmək. Erkən durmaq.
Qara .. hər səhər erkən evə gəlib qarıya baş çəkərdi. Ə.Əbülhəsən. Maya yuxudan erkən qalxdı. M.Ibrahimov. [Kamil] səhər erkən, hamıdan tez durar,...

ERQ (ID - 11950)

[yun.] fiz. İş və enerji ölçüsü vahidi. Erq bir dina qüvvənin (hərəkət istiqamətində) bir sm məsafədə gördüyü işdir. “Fizika”.

ERMƏK (ID - 11951)

f 1. Çatmaq, yetişmək, vasil olmaq. Mənzilə ermək. - Qurbani der: vüsalına ermədim. Qurbani.
Nail olmaq, əldə etmək, yetmək, çatmaq. Arzusuna ermək. Muradına ermək.

ERMƏNİ (ID - 11952)

is. Ermənistan Respublikasının əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Ermənilər hind-Avropa mənşəli xalqdır, amma onların dili türk dillərinin güclü təsirinə məruz qalmışdır. - Erməninin qocalanı köpəyə,...

ERMƏNİCƏ (ID - 11953)

sif. və zərf. Erməni dilində. Ermənicə kitab. Ermənicə danışmaq. - Biri rusca, o biri ermənicə, bir başqası da ukraynaca oxudu. M.Hüseyn.

EROTİ (ID - 11954)

K sif [yun.] Erotikaya aid, erotika ilə dolu; şəhvani hisslər ifadə edən. Erotik şeir. - ..Azərbaycan şairləri arasında əsərlərinin çoxu erotik məzmun daşıyan Dilsuz, Raci, Qumri, Dəxil və başqaları məşhurdur. F.Köçərli.

EROTİKA (ID - 11955)

[yun.] Eşq və şəhvani hissləri ifadə və təsirə qarşı meyil, maraq.

EROZİYA (ID - 11956)

[lat.] 1. geol. Torpağın, Yer qabığının axar sular, buz və ya külək təsiri ilə dağılması prosesi. Axar suların yuyucu fəaliyyətinə geologiya elmində eroziya, kimyəvi fəaliyyətinə isə korroziya deyilir. M.Qaşqay.
2. tex....

EROTİZM (ID - 11957)

ERTƏ (ID - 11958)

zərfi 1. Sübhdən, tezdən, səhər tezdən, erkən, erkəndən. Ertə durmaq. Səhər ertədən işləmək. - Sübh çox ertə oyanardı qarı; Durğuzar idi hamı xidmətkarı. A.Səhhət. Qurbanqulu çox işsevən bir cavan idi. Sübh hamı qonşularından...

ERTƏDƏN (ID - 11959)

zərfi. Tezdən, sübhdən, erkən. Ertədən işini görüb qurtarmaq. - Nəbi ertədən öz səngərini möhkəmlətmişdi. “Qaçaq Nəbi”. Lotubaşı ertədən yolu bələdləyib xəzinənin yarılmasını axşama qoydu. “Aşıq Qərib”.

ERTƏLƏMƏK (ID - 11960)

fi 1. Ertə günə qoymaq.
2. Başqa zamana buraxmaq.

ERTƏSİ (ID - 11961)

zərfi. Bir günün, həftənin, ayın, ilin ardınca gələn gün, həftə, ay, il. Bayramın ertəsi yola düşdülər. Ertəsi gün işə başladılar. - [Qorxmaz:] Ertəsi gün isə aldığın son bir parça çörəyi özün yeməyib, dünən sənə...

ESER (ID - 11962)

[“sosialist-revolyusioner” sözlərinin ixtisar edilmiş baş hərflərinin adından] tar. siyasi. bax sosialist-revolyusioner.

ESES (ID - 11963)

[alm. SS (mühafizə dəstəsi) ixtisarı] Alman-faşist mühafizə dəstələri və ya faşist-alman ordusunun xüsusi hissələri.

ESESÇİ (ID - 11964)

is. Eses dəstələrində və ya hissələrində xidmət edən adam.

ESKADRA (ID - 11965)

[fr.] Hərbi dəniz, ya hava flotu gəmilərinin böyük birləşməsi.

ESKADRİLYA (ID - 11966)

[fr.] Bir neçə təyyarə dəstəsindən ibarət olan hərbi aviasiya. Bombardmançı eskadrilya.

ESKADRON (ID - 11967)

[fr[ Piyada qoşundakı rotaya bərabər süvari qoşun hissəsi. Buna görə də onu Seyidhəmzə ziyarətgahından çıxarmaq üçün bir eskadron kazak göndərildi. M.S.Ordubadi.

ESKALATOR (ID - 11968)

[ing.] Adamları qaldırıbendirmək üçün durmadan hərəkət edən pilləkən. Biletlərimizi hərəkətedici pilləkənlər (eskalator) başında durmuş milisionerə göstərərək, ayaqlarımızı ilk pilləyə basırıq vəpilləkən tez bizi...

ESKİMO (ID - 11969)

[fr.] Üstü şokoladlı dondurma.

ESKİMOS (ID - 11970)

Şimali Amerikanın qütb sahilində, Qrenlandiyada və Asiyanın şimalşərq qurtaracağında yaşayan xalq və bu xalqa mənsub adam.

ESKİZ (ID - 11971)

[fr.] 1. Bir şəklin, rəsmin və ya onun bir hissəsinin ilk qaralaması. // Heykəltəraşlıq əsərinin kiçildilmiş miqyasda hazırlanan ilk nümunəsi, modeli, taslağı. // Bir musiqi əsərinin, ədəbi əsərin və ya onların hissələrinin...

ESMİNES (ID - 11972)

[rus.] Minadaşıyan eskadra gəmisi. Odessada o yaralanandan iki gün əvvəl həmin esminesdə onun atası həlak olmuşdu. Ə.Əbülhəsən.

ESPERANTİST (ID - 11973)

[fr.] bax esperantoçu.

ESPERANTO (ID - 11974)

[fr.] Ən çox yayılmış Avropa dilləri materialı əsasında düzəldilmiş süni beynəlxalq dil.

ESPERANTOÇU (ID - 11975)

is. Esperanto dilindən istifadə və onu təbliğ edən adam.

ESSE (ID - 11976)

is. [fr. essai - təcrübə, sınaq, oçerk] Problemi sərbəst şəkildə şərh edən kiçik həcmli əsər.

ESTAFET (ID - 11977)

[fr. əsli ital.] idm. Komandaların qaçış, üzgü və s. yarışı (bu yarışda iştirakçılar müəyyən mənzillərdə bir-birini əvəz edir və bir-birinə müəyyən şey ötürürlər). // Bu yarış zamanı yarışçıların mənzillərdə...

ESTAKADA (ID - 11978)

is. [fr.] Hərəkət çox olan yerlərdə nəqliyyatın hərəkətini, gəmilərin yan almasını, yaxud yükləmə və boşaltma işlərini yüngülləşdirmək üçün körpü şəklində qurğu. // Dənizin dibindən neft və qaz çıxarmaq üçün...

ESTET (ID - 11979)

[yun.] Gözəllik, bədiilik pərəstişkarı, estetizmə mail olan, estetizm tərəfdarı.

ESTETCƏSİNƏ (ID - 11980)

zərf Estet kimi, estetə xas, estetizm mövqeyindən. Məsələyə estetcəsinə yanaşmaq.

ESTETÇİ (ID - 11981)

bax estetik 1-ci mənada. [C.Cabbarlı] formalist və estetçi yazıçıları tənqid edərək yazırdı. M.Arif.

ESTETÇİLİK (ID - 11982)

b ax estetizm. Lakin [Cabbarlının dramaları] estetçilikdən, formalizm ədabazlığından uzaqdır. M.İbrahimov.

ESTETIK1 (ID - 11983)

is. [yun.] 1. Bax estet.
2. dan. İncəsənət nəzəriyyəçisi.

ESTETIK2 (ID - 11984)

sif [yun.] Estetikaya aid olan, estetika ilə bağlı olan. Estetik zövq. Estetik duyğu.

ESTETİKA (ID - 11985)

[yun. aisthetikos - duyan, həssas] 1. İncəsənət haqqında, bədii yaradıcılıqda, təbiətdə və həyatda gözəllik, gözəl formalar haqqında fəlsəfi nəzəriyyə. Estetika tarixində alman klassik fəlsəfəsinin xüsusi rolu olmuşdur....

ESTETIZM (ID - 11986)

[yun.] kit. 1. Gözəlliyə, bədiiliyə, incəliyə pərəstişkarlıq, maillik; gözəlliyə məftunluq.
2. İncəsənətdə əsərin ideyasına, məzmununa fikir verməyib, zahiri formalara, gözəlliyə həddindən artıq meyil göstərmə; estetikada...

ESTON (ID - 11987)

Fin-uqor dillərinin fin qrupuna daxil olan dillərdən biri və həmin dildə danışan adamın adı. Eston dili. Eston ədəbiyyatı.

ESTONCA (ID - 11988)

sif və zərf. Eston dilində. Estonca-rusca lüğət. Estonca danışmaq.

ESTRADA (ID - 11989)

[fr.] 1. Kütlə qabağında çıxış edən artistlər üçün tikilən açıq səhnə, taxta meydança. [Səbri] ..ürəyi bərk döyünə-döyünə estradanın yanındakı ağ məhəccərə söykənərək oğrun-oğrun tamaşaçılara baxırdı. M.Hüseyn....

EŞAFOT (ID - 11990)

is. [fr.] 1. Qətli icra etmək üçün düzəldilən səhnə.
2. Dar ağacı.

EŞDİRİLMƏ (ID - 11991)

"Eşdirilmək” dən f.is.

EŞDİRİLMƏK (ID - 11992)

“Eşdirmək” dən məch.

EŞDİRMƏ (ID - 11993)

“Eşdirmək” dən f.is.

EŞDİRMƏK (ID - 11994)

“Eşmək” dən icb. Ipi eşdirmək.

EŞELON (ID - 11995)

[fr.] 1. hərb. Cəbhə dərinliyində və ya girintili-çıxıntılı vəziyyətdə mövqe tutan və bu qaydada yeriyən qoşun hissəsi. Bir neçə gün idi ki, hərbi eşelonlar Qardaban-Qarayazı stansiyalarında dayanıb yol gözləyirdilər. İ.Şıxlı....

EŞELONLAMA (ID - 11996)

“Eşelonlamaq” dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed