Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

E1 (ID - 11497)

Azərbaycan əlifbasının altıncı hərfi və bu hərflə işarə olunan saitin adı.

E2 (ID - 11498)

nida Etiraz, narazılıq bildirir (adətən, uzadılaraq deyilir). E, yenə gəldin! E, bu sözü yenə təkrarladın!

EBONIT (ID - 11499)

ECAZ (ID - 11500)

is. [ər.] 1. klas. Möcüzə, misli görünməmiş şey, xariqə. [İkinci kəndli:] Minası demə! Onun işi ecazdır, ecaz! Ə.Haqverdiyev. Dünyada sənətin yeddi ecazından biri olan “Tac Mahal” məqbərəsi də buradadır. M.İbrahimov. Ecazlar...

ECAZKAR (ID - 11501)

sif. [ər. ecaz və fars. ...kar] Xariqüladə, möcüzələr yaradan, hər kəsi heyrətə salan. ..[Kərim xanın] sağlam vücudu ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. M.İbrahimov. Bu daxili həyəcan, ecazkar bir qüdrətlə...

EDADI (ID - 11502)

[ər.]: edadı məktəb - 1917-ci il aprel inqilabından sonra ibtidai və rüşdiyyə məktəblərindən sonra gələn və şagirdləri ali məktəbə hazırlayan məktəbin köhnə adı. [Rzaqulu xan:] 24 sinlərinə qədər Fransanın ibtidai və edadı...

EDADİYYƏ (ID - 11503)

[ər.]: edadiyyə məktəbi b ax edadı. Mirzə Səfərin iki oğlu edadiyyə məktəbinin beşinci sinfində oxuyurdu. Ə.Haqverdiyev.

EDAM (ID - 11504)

is. [ər.] Yüksək məhkəmə cəzası üsulu olaraq öldürmə; ölüm cəzası, dar ağacından asma. Edam cəzası. - Qətibənin Fəxrəddinə qarşı hazırladığı sui-qəsd və Gözəlin oğlanlarının edamı üçün etdiyi təşəbbüslər...

EDİ (ID - 11505)

məh. bax ağı2

EDİCİ (ID - 11506)

is. məh. köhn. Yasxanada ağı deyən; ağıçı. - Dün o da bir şübhəli kəslə danışıb. Kim deyirdi? - Edici Xansənəm arvadın əri. M.Ə.Sabir.
...edici Bəzi sözlərə qoşularaq, mürəkkəb sifətlər əmələ gətirir; məs.: təsiredici,...

EDİLƏMƏK (ID - 11507)

f məh. Edi demək, ağı demək, ağız açmaq.

EDİLƏŞMƏ (ID - 11508)

“Ediləşmək” dən f.is.

EDİLƏŞMƏK (ID - 11509)

qarş. məh. köhn. Ağız-ağıza verib edi söyləmək, ağı demək.

EDİLMƏ (ID - 11510)

“Edilmək” dən f.is.

EDİLMƏK (ID - 11511)

“Etmək” dən məch. Güllələr atılır, hədələr edilir, amma yaxın gəlməyə cürət edən bir adam görünmürdü. Mir Cəlal.

EDİLMİŞ (ID - 11512)

f.sif. Yerinə yetirilmiş, əmələ gətirilmiş, görülmüş. Edilmiş cinayət.

EDİŞ (ID - 11513)

is. Etmək işi, etmə. Onu təqib edişim hər halda münasib bir hərəkət deyildi. S.Hüseyn.

EFFEKT (ID - 11514)

[lat.] 1. Təsir, nəticə. [Hüseyn:] Indi görürsənmi, heyvanı necə boğmaq lazımdır ki, effekt olsun? Ə.Haqverdiyev. Hər hansı hərəkətin, fəaliyyətin və ya səbəbin nəticəsi. Iqtisadi effekt. Istehsalat effekti.

EFFEKTİVLİK (ID - 11515)

is. Təsirlilik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Tamaşanın effektivliyi. // Nəticə, nəticəlilik. Tədbirin effektivliyi. Əmək məhsuldarlığının effektivliyi.

EFFEKTLİ (ID - 11516)

sif. 1. Təsirli, güclü təsir, effekt bağışlayan, effekt yaradan. Xüsusən fınalda bol meyvəli alma ağaclarının bir-birinin dalınca səhnəyə doğru enməsi əsərin məzmunu ilə həmahəng və effektlidir. M.Arif.
2. Lazımi nəticə...

EFİR (ID - 11517)

[yun.] 1. Qədim yunanların təsəvvürüncə: havanın ən yuxarı, sadə, təmiz və şəffaf təbəqəsi.
Dünyanı əhatə edən hava, radiodalğalarının yayıldığı fəza. Efır iclas salonunun təntənəli səsini xəbər verdi. Ə.Vəliyev....

EFİRLİ (ID - 11518)

sif. Tərkibində efir olan. Efirli maddələr. Efirli bitkilər. Efirli dərman.

EH (ID - 11519)

nida. 1. Kədər, təəssüf, ümidsizlik, həsrət kimi hissləri ifadə edir. [Şərəfnisə:] Eh, heç vaxt deyə bilmənəm ki, nədən ötrü ağlayırdım. M.F.Axundzadə. ..[Kərim baba:] çiyinlərini silkələyərək: - Eh! Adam qocalanda belə...

EHKAM (ID - 11520)

is. [ər. “hökm” söz. cəmi] 1. Hər hansı bir nəzəriyyənin (əsasən dini nəzəriyyənin) əsas qanunu. İslam dininin ehkamları. - Peymani-fərhəngin ehkamından hər gün nədimlər padşaha oxurdular. M.F.Axundzadə. O kəs ki “Cameyi-Abbas”...

EHKAMPƏRƏST (ID - 11521)

sif. [ər. ehkam və fars. ...pərəst] Qeyri-tənqidi düşünərək, hər şeyi ehkam kimi qəbul edən.

EHKAMPƏRƏSTLİK (ID - 11522)

is. Qeyri-tənqidi düşünərək, hər şeyi ehkam kimi qəbul etmə.

EHMAL (ID - 11523)

[ər.] 1. zərf Yavaş, yavaşca, sakit, asta, üsullu. Qapını ehmal açmaq. Sözü ehmal demək. - Bir para söz də deyir ehmal kişi! Ağzıdualı, qoca baqqal kişi! M.Ə.Sabir. Novruzəli kağızı ehmal qoydu qoynuna.. C.Məmmədquluzadə. Başımı...

EHMALCA (ID - 11524)

bax ehmallıca. Ehmalca ayağa qalxmaq. Ehmalca gülmək. - Sözü lazımdır ehmalca demək, “pişiyim-pişiyimnən” demək.. C.Məmmədquluzadə. Ana ehmalca uşağı qucağına aldı. M.Hüseyn. Bir az sonra dizinin üstündə huşa getdiyini gördükdə...

EHMALDAN (ID - 11525)

zərf Yavaşdan, astadan, yavaş, asta, üsulluca. Ehmaldan danışmaq.
Bəhram məktubu büküb gərəksiz bir vəsiqə kimi kitabların üstünə tulladı və çox ehmaldan dilləndi.. Ə.Vəliyev.

EHMALLI (ID - 11526)

bax ehmal 1-ci mənada. Ehmallı tərpənmək. Ehmallı gəlmək. Şeyləri ehmallı düşürmək. - O, daşıqçılara yüklərin ehmallı düşürülməsini tapşırdı. S.Rəhimov. Sıralarda oturan sakit, top kimi sağlam kənd çocuqları müəllimlərinin...

EHMALLICA (ID - 11527)

zərf Sakitcə, astadan, yavaş-yavaş, ehtiyatla, üsulla. Ehmallıca çıxıb getmək. Ehmallıca qapını döymək. - At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar....

EHMALLIQ, EHMALLILIQ (ID - 11528)

is. Sakitlik, yavaşlıq, üsulluluq, ehtiyatlılıq. ..[Salman kişinin] üslubunda kənd sakitliyi və ehmallılığı hakimdir. Mir Cəlal.

EHMALSIZ (ID - 11529)

zərf Ehtiyatsız, ehtiyat gözləmədən, üsulsuz. Müqim bəy əlinin içi kimi bilirdi ki, ehmalsız tərpənib, deyinə-deyinə yuxuya gedən Zərrintac xanımı oyatsa, araya qan düşəcəkdir. S.Rəhimov.

EHMALSIZLIQ (ID - 11530)

is. Ehtiyatsızlıq, ehtiyat gözləməmə, üsulsuzluq.

EHRAM1 (ID - 11531)

is. [ər.] Qədim Misirdə: fironların nəhəng məqbərəsi, sərdabəsi; piramida.

EHRAM2 (ID - 11532)

is. [ər.] 1. din. Hacılıq ziyarətinə gələnlərin Məkkəyə daxil olmaları və tələb olunan gerimə bürünmə mərasimi. . Səfayikuyinə ehram bağlayan aşiq; Yeri var etməsə, ey şux, Kəbə içrə məqam. S.Ə.Şirvani. // Ərəblərin...

EHSAN (ID - 11533)

is. [ər.] 1. din. Ölmüş adamın adına, xatirəsinə verilən yemək; xeyrat. Ehsan vermək. - Rəsul atasını layiqincə dəfn etdikdən sonra başladı ehsan verməyə. “Aşıq Qərib”. Vəqta ki qopur bir evdə matəm; Təşkil edilir büsati-ehsan....

EHSANÇI (ID - 11534)

is. Savab məqsədi ilə ehsan verən, ehsan edən adam. Müdir ehsançı və səxavətli qadınla həddindən artıq maraqlanırdı. M.S.Ordubadi.

EHSAS (ID - 11535)

is. [ər.] kit. Duyma, hiss etmə; duyğu, hiss. Ehsas etmək (duymaq). - Gözlərim bu qədər cinayəti görməkdən, beynim isə ehsas etmək və duymaqdan yorulmuşdu. M.S.Ordubadi.

EHSASAT (ID - 11536)

is. [ər. “ehsas” söz. cəmi] kit. Hisslər, duyğular. XVI əsrdə Azərbaycan dili hər cür fəlsəfi fikirləri və dərin ehsasatı ifadə edəcək yüksəkliyə qalxmışdı. M.İbrahimov. “Könüldə fırtına “ (şeirlər kitabı) pis...

EHTİKAR (ID - 11537)

is. [ər.] Mal, ərzaq və s.-ni ucuz qiymətə alıb sonradan baha qiymətlə satma işi. “Taxıl, taxıl” deyib də, çox çığırma zəngəzurlu tək; Bəyin, xanın, xanın, bəyin əlində ehtikarı gör. M.Ə.Sabir. Novruz bəy özünün ehtikarındakı...

EHTİKARÇI (ID - 11538)

is. Ehtikarla məşğul olan adam (bax ehtikar). Bəhayi dininə sadiq olanlar isə əksəriyyətlə böyük-kiçik tacir, ehtikarçı, dükançılardır. M.S.Ordubadi. // Qanunsuz olaraq mal alıb varlanmaq məqsədi ilə onu baha qiymətlə satmaqla...

EHTİKARÇILIQ (ID - 11539)

is. Ehtikarla məşğul olma, möhtəkirlik etmə; alverçilik.

EHTİMAL (ID - 11540)

is. [ər.] 1. Bir şeyin ola bilməsi, baş verə bilməsi, mümkünlüyü. Onun bu gün gəlməyinə ehtimal azdır. - Natəvandır ol, bu təklifə yoxdur ehtimal. Füzuli. Əziz balalar!.. Həmin bağlı otaqda 30-40 nəfər adam bir neçə vaxt davam...

EHTİMAM (ID - 11541)

is. [ər.] köhn. Səylə çalışma, səy göstərmə.

EHTİRAQ (ID - 11542)

is. 1. Alışma, tutuşma.
2. Bir səyyarənin Günəşə yaxınlaşması, Günəşlə bir bürcdə olması.

EHTİRAM (ID - 11543)

is. [ər.] Dərin hörmət, sayğı. ..Qasım əminin kənddə artıq ehtiramı vardı. Ə.Haqverdiyev. Kazım kişi bu ehtirama görə razılıq elədi və yenə fikrində durub dedi ki, öz işimdə qalmaq istəyirəm. Mir Cəlal. Ailədəki bu qarşılıqlı...

EHTİRAMƏN (ID - 11544)

[ər.] klas. Ehtiramla, hörmətlə. Ehtiramən səni hər gündə ziyarət edərəm. M.Ə.Sabir.

EHTİRAMLA (ID - 11545)

zərf Hörmətlə, hörmət və nəzakət qaydalarını gözləyərək. Dilbər, ehtiramla, mərhəmət ilə; Yanıma gəldiyin yadıma düşdü. Aşıq Dilqəm. Içəri daxil olcaq Dəmirov .. ehtiramla başını əydi və salam verdi. S.Rəhimov. □...

EHTİRAMLI (ID - 11546)

sif. 1. Hörmət göstərən, hörmətcil, mərifətli, nəzakətli, qanacaqlı. Ehtiramlı adam. Hörmətli.

Bu səhifə 237 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif