İzahlı lüğət

EHSAN

is. [ər.] 1. din. Ölmüş adamın adına, xatirəsinə verilən yemək; xeyrat. Ehsan vermək. - Rəsul atasını layiqincə dəfn etdikdən sonra başladı ehsan verməyə. “Aşıq Qərib”. Vəqta ki qopur bir evdə matəm; Təşkil edilir büsati-ehsan. M.Ə.Sabir. Bu yeddi günün ərzində plov qurşağa çıxdı; şəhərin hamı mollaları, boynuyoğunları, arvadları, uşaqları hər gün ehsanda cəm olurdular. Ə.Haqverdiyev.
Savab məqsədi ilə bir şey (pul, yemək və s.) vermə. Ibrahimin anası, Hatəm, bir də Mələkəxatın o gecə səhərə kimi şadyanalıq elədilər. Bütün fağır-füqəraya ehsan verildi. (Nağıl). // Ehsan olaraq verilən, bağışlanan şey; bəxşiş, sədəqə. Şərqdə hər cümə axşamı məhbuslara ehsan gətirmək adət idi. M.S.Ordubadi. [Fərhad bəyin] heç ağlına gəlməyirdi ki, Mirzə Möhsün kimi bir müəllim onun ehsanı olan taxıl-dəni rədd etsin. Qantəmir.
klas. Lütf, mərhəmət, yaxşılıq. Yar cövr etməz mana, əğyar təlim etmədən; Billah, əğyar eləyən ehsanı yar etməz mana. Füzuli. Bu Xətayi xəstənin vergil muradın, ya ilah; Kim mənə lütf eylə ehsan, səndən özgə kimsə yox. Xətayi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed