Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

FƏNDBAZ (ID - 13995)

is. və sif. [fars.] Hiyləbaz, fırıldaqçı, fəndgir, fəndcil. [Əhməd:] Zalım oğlu nə fəndbazmış, a gədə! N.Vəzirov.

FƏNDBAZLIQ (ID - 13996)

is. Hiyləbazlıq, fırıldaqçılıq, fəndgirlik. Fəndbazlıq etmək.

FƏNDCİL (ID - 13997)

bax fəndbaz. Fəndcil adam.

FƏNDCİLLİK (ID - 13998)

b ax fəndbazlıq.

FƏNDGİR (ID - 13999)

[fars.] bax fəndbaz. Fəndgir adam.

FƏNDGİRLİK (ID - 14000)

bax fəndbazlıq.

FƏNƏR (ID - 14001)

is. [yun.] 1. Ətrafı və ya bir qismi şüşə, yaxud başqa şəffaf materialla örtülü işıq cihazı; fanus. Küçə fiənəri. Fənərə neft tökmək. Fənəri yandırmaq. - Məhərrəm əlindəki fiənəri yerə qoyub təkrar etdi.. H.Nəzərli....

FƏNƏRÇİ (ID - 14002)

is. köhn. 1. Küçə fənərlərinin sazlığına və yanmasına nəzarət edən adam; fənəryandıran. Qalmışdı həyətdə keçən axşamdan; Fənərçi unutmuş bala nərdivan. H.K.Sanılı.
Keçmişdə: gecə yolu işıqlandırmaq üçün...

FƏNƏRYANDIRAN (ID - 14003)

köhn. bax fənərçi
-ci mənada.

FƏNN (ID - 14004)

is. [ər.] 1. Elm, bilik sahəsi, tədris obyekti. Riyaziyyat fənni. Zoologiya fənni kabineti. - [Teymur müəllim] yalnız sinifdə deyil, kənarda da öz sevimli fənni coğrafiyadan saatlarla danışmağı sevərdi. Ə.Sadıq.
b a x fənd 1...

FƏRAQ (ID - 14005)

is. [ər.] Ayrılıq, hicran, firqət. Sevgililərin fəraqı. - Ələsgəri gözdən salma iraqa; Könül tab gətirmir dərdə, fəraqa. Aşıq Ələsgər. [Rüstəm Səriyyəyə:] Gözəl mələkim! Mən də fəraqında məcnunam. C.Cabbarlı. Fəraqı,...

FƏRAMUŞ (ID - 14006)

is. [fars.] klas. Unutma, yaddan çıxarma. □ Fəramuş etmək (qılmaq) - unutmaq, yaddan çıxarmaq. Bir mey mənə sun ki, məstü mədhuş; Daim özümü qılam fəramuş. Füzuli. [Lələ:] Kərəm qıl, sultanım, etmə fiəramuş; Müntəzirdi,...

FƏRAR (ID - 14007)

is. [ər.] Gizlicə qaçma. □ Fərar etmək - icazəsiz və gizlicə qaçmaq. O vaxtdan Seyid Cəmaləddin İstanbula fərar etdi. C.Cabbarlı.

FƏRARİ (ID - 14008)

is. [ər.] Hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi hissədən özbaşına gedən, fərar edən əsgər. [Nazir Ağagülə:] Bundan sonra fərariləri gizlədən bütün dağ kəndləri topa tutulacaq. Ə.Məmmədxanlı. // Sif. mənasında....

FƏRARİLİK (ID - 14009)

is. Əsgərlikdən qaçma və ya boyun qaçırma. [Ağagül nazirə:] İş tərsinə döndü, cənab nazir, yoldaşları qiyam qaldırıb Mustafanı qaçırtdılar və o gündən hissələrdə kütləvi fərarilik başlandı. Ə.Məmmədxanlı.

FƏRASƏT (ID - 14010)

is. [ər.] Dərhal anlama, başa düşmə, dərk etmə, qavrama bacarığı, zehin itiliyi; ayıqlıq. ..Bu qədər uşaq içində hər kəs Qəhrəmanın zehnindən, fərasətindən, dərsindən danışırdı. S.Rəhimov. Qızlar fərasətinə bələd...

FƏRASƏTLİ (ID - 14011)

sif. Dərhal anlayan, başa düşən, dərk edən, qavrayan; itizehinli, dərrakəli, ayıq. Fərasətli uşaq. - [Komandir:] Bilirsinizmi, komandir yaxşı əsgəri ana fərasətli balasını sevdiyindən daha çox sevir. M.İbrahimov. [Mirzə Cəmil:]...

FƏRASƏTSİZ (ID - 14012)

sif. Fərasəti olmayan, dərrakəsiz, bacarıqsız, zehni küt. Fərasətsiz adam.

FƏRD (ID - 14013)

is. [ər.] 1. Ayrıca adam, şəxsiyyət. Qəm yemə, xəstə Vidadi, görüb ədanı kəsir; Haqqa ixlas ilə meydanə girən fərd olmaz. M.V.Vidadi.
Müstəqil halda mövcud olan orqanizm; varlıq. Saf (təmiz) halda çoxaltma üsulunda cütləşdirilən...

FƏRDİ (ID - 14014)

sif. [ər.] 1. Yalnız bir fərdə (şəxsə) xas olub onu başqalarından fərqləndirən; şəxsi. Fərdi üslub. Xüsusi istifadədə olan; ümumi olmayan; şəxsi. Fərdi avtomaşın. Fərdi təsərrüfat. Fərdi həyətyanı sahə. Kollektiv tərəfindən...

FƏRDİLƏŞDİRMƏ (ID - 14015)

“Fərdiləşdirmək” dən f.is.

FƏRDİLƏŞDİRMƏK (ID - 14016)

f. Səciyyəvi fərdi əlamətlərinə görə fərqləndirmək. Surətlərin dilini fərdiləşdirmək. // Ayrı-ayrı adamlar, şeylər üçün xüsusiləşdirmək. Şagirdlərlə məşğələni fərdiləşdirmək.

FƏRDİYYƏT (ID - 14017)

is. [ər.] 1. Bir şəxs və ya hadisəni başqalarından ayıran səciyyəvi və tipik xüsusiyyətlərin məcmusu. // Təklik.
Fərdi, özünə xas əlamət və xüsusiyyətləri olan şəxs; şəxsiyyət, fərd.

FƏRDİYYƏTÇİ (ID - 14018)

sif. Öz fikir tərzinə və hərəkətlərində fərdiyyətçiliyə meyil edən (adam). // Öz şəxsi mənafeyini cəmiyyətin, kollektivin mənafeyindən üstün tutan, birinci növbədə öz mənafeyini güdən (adam). Cabbarlı “Almaz” pyesində...

FƏRDİYYƏTÇİLİK (ID - 14019)

FƏRƏ (ID - 14020)

is. Cavan toyuq (kəklik). Çil fərə.
Şəhərdən gətirdiyim toyuğumun balaları böyümüş, tüklənmiş, xoruzu, fərəsi bəlli olmuşdu. A.Şaiq. Hindən çıxıb tez ağ fərə; Qaqqıldadı birdən-birə. M.Dilbazi.

FƏRƏC (ID - 14021)

is. [ər.] klas. Hüzn, kədər, məyusluqdan sonra gələn sevinc, şadlıq və yaxşı əhval.
□□ Allah (Yaradan, Tanrı) fərəc versin!
“Allah kömək eləsin”, “uğurlar olsun” mənasında xoş arzu bildirən ifadə. [Banıxanım:]...

FƏRƏH (ID - 14022)

[ər.] 1. is. Sevinc, şadlıq, könül açıqlığı. Analıq fərəhi. Fərəhdən ağlamaq. Insanın təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm, biri fərəh; ağlamaq əlaməti-qəmdir, gülmək əlaməti fərəhdir. M.F.Axundzadə....

FƏRƏHLƏNDİRİCİ (ID - 14023)

sif. Sevindirici, fərəh gətirən, könülaçan. Fərəhləndirici xəbər. Fevral inqilabı (1917) Azərbaycan teatrı və dramaturgiyasına fərəhləndirici bir şey gətirmədi. Ə.Haqverdiyev.

FƏRƏHLƏNDİRMƏ (ID - 14024)

“Fərəhləndirmək” dən f.is.

FƏRƏHLƏNDİRMƏK (ID - 14025)

f. Sevindirmək, şadlandırmaq, könlünü açmaq. Yaxşı iş adamı fərəhləndirir. Xoş xəbərlə fərəhləndirmək. - Al-əlvan çiçəklər öz gözəllikləri ilə cümləni fərəhləndirir idi. “Məktəb”.

FƏRƏHLƏNMƏ (ID - 14026)

“Fərəhlənmək” dən f.is.

FƏRƏHLƏNMƏK (ID - 14027)

f. Sevinmək, şadlanmaq, könlü açılmaq. Atan fərəhlənsin əməllərindən; Vətən çaylarından güc alsın səsin! Vahabzadə. Sərvinaz qarı evə dönüb hər şeyi hazır görəndə fərəhləndi. B.Bayramov.

FƏRƏHLİ (ID - 14028)

sif. 1. Sevindirici, fərəh gətirən, şadlıq gətirən; ürəkaçan, şadlandırıcı. Fərəhli hadisə. Fərəhli yaşayış. - [Eyvaz:] Bu sözlər bahar gecəsinin lal musiqisi kimi mənə fərəhli nəğmələr oxuyurdu. İ.Əfəndiyev.
Şad,...

FƏRƏHSİZ (ID - 14029)

sif. Fərəh, sevinc gətirməyən; sevincsiz, qəmli, kədərli, ağır. Fərəhsiz
mənzərə. - [Mehribanın] fərəhsiz fikirlər beynində bir-birini əvəz etdi.. H.Seyidbəyli.

FƏRQ (ID - 14030)

is. [ər.] 1. Şeyləri, adamları birbirindən ayıran hər hansı xüsusiyyət, onları bir-birindən ayıran cəhət; təfavüt. Yaxşı ilə pisin fərqi. Hekayə ilə romanın fərqi. - Köhnə aşnalığın, təzə dostluğun; Fərqi var qış ilə...

FƏRQLƏNDİRMƏ (ID - 14031)

“Fərqləndirmək” dən f.is.

FƏRQLƏNDİRMƏK (ID - 14032)

f. Göz və ya duyğu
ilə başqasından və ya başqalarından ayırmaq, seçmək. // Fərqli cəhətinə görə başqasından (başqalarından) ayırmaq, ayırd etmək. Yaxşı işçi ilə pis işçini fərqləndirmək.

FƏRQLƏNMƏ (ID - 14033)

“Fərqlənmək” dən f.is.

FƏRQLƏNMƏK (ID - 14034)

f. Ayrılmaq, seçilmək, aralarında fərq olmaq, bənzərlik olmamaq. Yarışda fərqlənmək.

FƏRQLİ (ID - 14035)

sif Aralarında fərq olan, müəyyən xüsusiyyəti ilə o birindən fərqlənən, ayrılan, seçilən, aralarında oxşarlıq olmayan. Fərqli cəhətlər. Fərqli dünyagörüşü. Qayəsiz, məqsədsiz keçən bir insan ömrü [Kərimxana] bir heç,...

FƏRQSİZ (ID - 14036)

sif. və zərf 1. Fərq qoymadan, ayırmadan, laqeyd. Fərqsizdir şəklində - fərqi yoxdur, təfavütü yoxdur, əhəmiyyəti yoxdur, birdir. Biz təhsilin, günəşin qapılarını insan yavrularına fərq qoymadan açdıq. Onlar onsuz da fərqsizdirlər....

FƏRLİ (ID - 14037)

sif. 1. Münasib, abırlı, layiqli, yaxşı, əməlli-başlı, yararlı. Fərli ev. Fərli həyət. Fərli bir şeyim yoxdur ki, bağışlayım.
..Mal-heyvanı saxlamaq üçün fərli bir tövlə yox idi. M.İbrahimov. [Babayev:] Heç olmazsa özünə...

FƏRLİ-BAŞLI (ID - 14038)

b ax ağıllı-başlı 1-ci mənada. Fərli-başlı geyim. - Bayılın neft verən mədəni, düzdür, çoxdur; Fərli-başlı ora ki getməyə bir yol yoxdur. Ə.Vahid.

FƏRMAN (ID - 14039)

is. [fars.] Ali hakimiyyət orqanının qanun qüvvəsində olan sərəncamı, qərarı. Azərbaycan Respublikası Prezidentinin fərmanı. // köhn. Hökmdarın, padşahın yazılı əmri. O aralıq Kərim xan fərman göndərib, Mehralı bəyi Qarabağ...

FƏRMAYİŞ (ID - 14040)

is. [fars.] köhn. Buyurma, əmr etmə; buyruq, əmr, qulluq. ...Başladılar ustanın fərmayişlərini birbəbir əmələ gətirməyə. C.Məmmədquluzadə. Onların başı üstündən kənarda durub baxan Firiduna müraciət etdi: - Ağa, fərmayişin...

FƏRRAŞ (ID - 14041)

is. [ər.] köhn. Müxtəlif tapşırıqları yerinə yetirən xidmətçi. [Şah xacəyə:] Bu saat fərraşı göndər, münəccimbaşını mənim hüzuruma gətirsin. M.F.Axundzadə. 0ah qəzəblə çağırdı fərraşın; Dedi: - Al tiği, kəs bunun...

FƏRRAŞBAŞI (ID - 14042)

is. köhn. Padşahların sarayında baş fərraş. İsmayıl kişi ağzını açmaq istəyirdi ki, bu an fərraşbaşının yoğun səsi eşidildi. P.Makulu.

FƏRSƏNG, FƏRSƏX (ID - 14043)

is. [fars.] köhn. Təxminən 5-6 kilometrlik məsafə. [Odabaşı:] Şəhərdən on-on beş fərsəng kənara sağ-sol göz işlədikcə ağanın əmlakı idi. Ə.Haqverdiyev. Ordu Gəncədən İsfahan kəndinə qədər olan on iki fərsəng yolu xalqın...

FƏRSİZ (ID - 14044)

sif Əlindən iş gəlməyən; bacarıqsız, qabiliyyətsiz, bivec, bifər. Fərsiz övlad. Fərsiz uşaq. - Fərsiz qoyunu qurdyeyər. (Ata. sözü). Qədim zamanda bir Əhməd adlı tacir var imiş. Bu tacirin Fəraməz adlı fərsiz bir oğlu var imiş....

Bu səhifə 198 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla