ZE+education...

İzahlı lüğət

FƏRQ

is. [ər.] 1. Şeyləri, adamları birbirindən ayıran hər hansı xüsusiyyət, onları bir-birindən ayıran cəhət; təfavüt. Yaxşı ilə pisin fərqi. Hekayə ilə romanın fərqi. - Köhnə aşnalığın, təzə dostluğun; Fərqi var qış ilə yaz arasında. Aşıq Ələsgər. İki ədəd, məbləğ, kəmiyyət arasında təfavüt; dəyər ayrılığı. Hesabdarlıq Salehə ləzzət verir, bəzən bir hesabı beş dəfə sayğaca salır, nəhayət, yeddi qəpik fərqi tapıb ortalığa çıxardığı üçün qalib komandan kimi məğrur durub baxırdı. Ə.Vəliyev. Ancaq yaş fərqlərinin çox olmadığına baxmayaraq, Ağca qarı gözə ərindən bir az qoca dəyirdi. Ə.Əbülhəsən.
□□ Fərq edilmək - görünmək, seçilmək, nəzərə çarpmaq. Havanın üzü ləkəsiz olduğu üçün işıqlı ulduzlar ötədə-bəridə fərq edilirdi. S.Hüseyn. Fərq etmək - ayırmaq, seçmək, fərqli cəhətlərini görmək, fərqləndirmək, ayırd etmək. Fərq etməz fərqi yoxdur, təfavütü yoxdur, birdir, əhəmiyyəti yoxdur. [Gülsabah:] Fərq etməz. Bu gecə son imtahandır. C.Cabbarlı. Fərq qoymaq - ayrı-seçkilik etmək. Adamlara fərq qoymaq. Fərq olmaq - aralarında təfavüt olmaq, bir-birindən ayrılmaq, seçilmək, fərqlənmək. Nola ki, fərq ola namərdlikdən mərd dünyada. Qövsi. Fərqi nədir? - Bir deyilmi? Nə fərqi var? Nə təfavütü var? Fərqi yoxdur - bax fərq etməz. Gedən gedər, qəmi qalar bir içim; Fərqi yoxdu: ya üç mini, ya üçü... Məzar üstə çoxu ağlar görk üçün; Ağlayırsan, sağlığımda ağla sən. M.Araz. Fərqinə varmaq - incə və ya naməlum, gizli bir şeyi anlamaq, anlaya bilmək, dərk etmək. [Yaşlı kişi:] [Şirinnaz] birdən yarımçılpaq bir halda olduğunun fərqinə vardı. S.Hüseyn. Fərqinə varmamaq - çox fikir verməmək, əhəmiyyət verməmək, çox dərinə getməmək. Onun sözlərinin fərqinə varma. - Yedi, ləzzət aldı hər bir meyvədən; Ancaq heç fərqinə varmadı, nədən? M.Dilbazi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

FON

Ugur MM
Language dom
Alsat.az - ən rahat aliş-veriş saytı
Tereggi 1
Yeni video
TƏHSİL SƏVİYYƏSİ AŞAĞI DÜŞÜB. REPETİTOR YANINA GETMƏYƏ EHTİYAC QALMAYACAQ
TƏHSİL SƏVİYYƏSİ AŞAĞI DÜŞÜB. REPETİTOR YANINA GETMƏYƏ EHTİYAC QALMAYACAQ
Yeni video
Bioogiya. Dəri. Dərinin quruluşu və funksiyası.
Bioogiya. Dəri. Dərinin quruluşu və funksiyası.
Yeni video
Fizika. Gərginlik. Gərginliyin olculmesi. Elektrik cərəyan. Elektrik qüvvəsi
Fizika. Gərginlik. Gərginliyin olculmesi. Elektrik cərəyan. Elektrik qüvvəsi
Yarpaq. Yarpağın quruluşu. Daxili və xarici quruluş.
Yarpaq. Yarpağın quruluşu. Daxili və xarici quruluş.
Zülal. Zülalların funksiyaları. Zülalın quruluşu. Biologiya
Zülal. Zülalların funksiyaları. Zülalın quruluşu. Biologiya
Söz birləşmələri. İsmi birləşmələr. Feli birləşmələr
Söz birləşmələri. İsmi birləşmələr. Feli birləşmələr
......
YesNofirst box will be shown second NOT
Bağla
Yeni video
TƏHSİL SƏVİYYƏSİ AŞAĞI DÜŞÜB. REPETİTOR YANINA GETMƏYƏ EHTİYAC QALMAYACAQ
TƏHSİL SƏVİYYƏSİ AŞAĞI DÜŞÜB. REPETİTOR YANINA GETMƏYƏ EHTİYAC QALMAYACAQ
Yeni video
Bioogiya. Dəri. Dərinin quruluşu və funksiyası.
Bioogiya. Dəri. Dərinin quruluşu və funksiyası.
Yeni video
Fizika. Gərginlik. Gərginliyin olculmesi. Elektrik cərəyan. Elektrik qüvvəsi
Fizika. Gərginlik. Gərginliyin olculmesi. Elektrik cərəyan. Elektrik qüvvəsi
Yeni video
Cümlə. Cümlənin tərkibi. Cümlə üzvləri. Sadə və mürəkkəb üzvlər
Cümlə. Cümlənin tərkibi. Cümlə üzvləri. Sadə və mürəkkəb üzvlər
Yeni video
Zülal. Zülalların quruluşu. Amin turşuları. ATF. Biologiya
Zülal. Zülalların quruluşu. Amin turşuları. ATF. Biologiya
Yeni video
Şah I Abbas. Səfəvilər dövləti.
Şah I Abbas. Səfəvilər dövləti.

İzahlı video testlərə keç