Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

FAYDASIZ (ID - 13895)

sif və zərf Heç bir faydası, xeyri, nəticəsi olmayan; səmərəsiz, xeyirsiz, nəticəsiz. [Tahirin] fikrincə, hər addımda xudpəsəndliyə qapılmaq, .. narazılıq eləmək faydasız bir işdi. M.Hüseyn. Ataş burada dayanıb Hürü ilə uzun-uzadı...

FAYDASIZLIQ (ID - 13896)

is. Faydası, xeyri, nəticəsi, səmərəsi olmama; xeyirsizlik, səmərəsizlik.

FAYDEŞIN (ID - 13897)

[fr. faille de Çhine - Çin fayı] Yüksəknövlü ipək parça, fayın növlərindən biri. // Həmin parçadan tikilmiş. Faydeşin paltar.

FAYTON (ID - 13898)

[yun. əfsanəvi addan] 1. Üstü açılıb-örtülən dörd bucaqlı at arabası. [Dilbər:] Mən həmişə oradan evə faytonla gəlirdim. C.Cabbarlı. [Telli:] Səni yaxşıca geyindirirlər, bəzəyirlər, sonra faytona mindirib Allah-Allah ilə aparırlar....

FAYTONÇU (ID - 13899)

is. 1. Bax faytonsürən. Faytonçuların bir hissəsi müsəlman idi.. Ə.Haqverdiyev. Bu çinarın dövrəsi yay fəslində buradan ötüb-keçən arabaçıların, faytonçuların düşərgə yeri olmuşdu. S.Rəhimov. Fayton qayıran usta.

FAYTONÇULUQ (ID - 13900)

is. Faytonla aparıbgətirən şəxsin sənəti. Faytonçuluq etmək. [Arazın atası] ..yoxsul bir kəndli idi. Bunların hamısını faytonçuluqla qazanmışdı. A.Şaiq.

FAYTONSÜRƏN (ID - 13901)

is. Faytonçuluqla məşğul olan adam, fayton sürən; faytonçu.

FAZA (ID - 13902)

[yun. phasis - zahir olma] 1. Hər hansı bir hadisənin, prosesin və s.-nin inkişafında ayrıca mərhələ, dövr, moment. İşin son fazası.
geol. Süxurların nə xarakterdə olduğunu müəyyən edən kiçik vaxt vahidi.
astr. bax səfhə...

FAZİL (ID - 13903)

sif. [ər.] Fəzilət sahibi, fəzilətli. [Saib:] Bizdə çoxdur, sanırım, fazil adam; Qalmamış gizli həqiqət əsla. H.Cavid. [Xangili] bu fazil şəxs üçün əllərindən gələni əsla əsirgəmirdilər. S.Rəhimov.

FAZOMETR (ID - 13904)

[yun. phasis - görünmə və metron - ölçürəm] Dəyişən cərəyan qurğularında güc əmsalını və ya fazalardakı dəyişikliyi, yəni enerjinin fazaları arasındakı fərqi və dövrədəki gərginliyi ölçmək üçün cihaz.

FE (ID - 13905)

“f’ hərfinin və bu hərflə işarə olunan samitin adı.

FEDERAL (ID - 13906)

[fr.] bax federativ 2-ci mənada.

FEDERALIST (ID - 13907)

[fr.] Federalizm tərəfdarı.

FEDERALIZM (ID - 13908)

[fr.] 1. Dövlət quruluşunun federativ sistemi; federasiya prinsipinə əsaslanan quruluş.
2. Belə sistem yaratmağa çalışan siyasi cərəyan.

FEDERASİYA (ID - 13909)

is. [fr.] 1. İttifaq, birləşmə.
Müstəqil dövlətləri özündə birləşdirən dövlət. Rusiya Federasiyası.
Ayrı-ayrı cəmiyyətlərin, təşkilatların birliyi. Ümumdünya Həmkarlar Ittifaqları Federasiyası. Beynəlxalq Futbol...

FEDERATIV (ID - 13910)

1. “Federasiya” dan sif. Federativ müşavirə.
2. Federasiya şəklində olan; federal. Federativ Respublika.

FEİL (ID - 13911)

is. [ər.] 1. İş, əməl, hərəkət. // Quru sözdən ibarət olmayıb həqiqi mənada olan iş. Feli ilə qövlü düz gəlmir.
qram. İş, hal və hərəkəti bildirib zaman, şəxs və kəmiyyətcə təsriflənən nitq hissəsi.
məc....

FELDMARŞAL (ID - 13912)

[alm.] 1917-ci il inqilabından əvvəlki rus ordusunda və bir sıra dövlətlərin quru qoşunlarında yüksək general rütbəsi; habelə bu rütbəni daşıyan adam.

FELDMARŞALLIQ (ID - 13913)

is. Feldmarşal rütbəsi.

FELDŞER (ID - 13914)

[alm.] Orta tibb təhsili olan həkim köməkçisi. Növbətçi feldşer. Baytarlıq feldşeri. - [Gülqönçə:] Axı mən o feldşerdən pis deyiləm. H.Seyidbəyli.

FELDŞERLİK (ID - 13915)

is. Feldşerin işi, sənəti, peşəsi, ixtisası. Feldşerlik etmək. Feldşerlik məktəbi.

FELƏN (ID - 13916)

zərf [ər.] Sözlə deyil, işlə, həqiqətdə (qövlən ziddi). Bacarığını felən sübut etdi.

FELİ (ID - 13917)

sif. [ər.] 1. Həqiqətən icra olunan, həqiqətən olan, sözlə deyil, işlə olan.
2. qram. Tərkibində feil olan, yaxud feildən düzəldilmiş (bax feil 2-ci mənada). Feli cümlə. Feli söz birləşməsi. Feli isim. Feli sifət.

FELYETON (ID - 13918)

[fr.] Nöqsanları, çirkin əməlləri istehza edib pisləyən qəzet və ya jurnal məqaləsi. Cəlil Məmmədquluzadənin felyetonları. “Kirpi” jurnalında çap olunmuş felyeton.

FELYETONÇU (ID - 13919)

is. Felyeton yazan jumalist. C.Məmmədquluzadə görkəmli felyetonçu idi.

FEMİ (ID - 13920)

DA is. [yun.] 1. Qədim yunan mifologiyasında ədalət ilahəsi, sonralar ədalət mühakiməsinin mücəssəməsi. Femida gözübağlı və əlində çəki daşları tutmuş vəziyyətdə təsvir olunurdu.
məc. Ədalət.

FEMİMZM (ID - 13921)

is. [ər.] Qadın hərəkatı. Feminizm tərəfdarları.

FEN (ID - 13922)

is. [ing.] Saç qurutmaq üçün elektrik alət.

FENİKS (ID - 13923)

is. [yun.] Bir sıra qədim xalqların mifologiyasında əfsanəvi quş, simurq. Guya feniks qocalanda özünü yandırır, küldən cavanlaşmış və təzələnmiş şəkildə dünyaya gəlir. Feniks əbədi dirçəliş rəmzidir.
2. Səməndər...

FENOLOGİYA (ID - 13924)

[yun. phaino və logos] Biologiyanın, ilin fəsillərinin dəyişməsilə əlaqədar bitki və heyvanların həyatında vaxtaşırı baş verən hadisələri (bitkilərin çiçəklənməsini, quşların köçüb gəlmə müddətini və s.-ni) öyrənən...

FENOLOJİ (ID - 13925)

sif. Fenologiyaya aid, fenologiya ilə əlaqədar olan. Fenoloji müşahidələr. Fenoloji qanunauyğunluqlar.

FENOLOQ (ID - 13926)

[yun. phaino və logos] Fenologiya mütəxəssisi.

FENOMEN (ID - 13927)

is. [yun.] Müstəsna, qeyri-adi şəxsiyyət, hadisə.

FEODAL (ID - 13928)

[lat.] 1. Feodalizm dövründə hakim sinfın nümayəndəsi; təhkimçi mülkədar. ..Havayı gəlir mənbəyi olan kəndlərini itirmək qorxusu ilə titrəyən feodallar dünyanın hər yerində qara qüvvədir. M.İbrahimov.
Feodala, feodalizmə...

FEODALİ (ID - 13929)

ZM is. [lat. feodum - malikanə.] Orta əsrlərdə xüsusilə Qərbi Avropada torpağın, istehsal vasitələri və kəndlilərin tək bir feodalın ixtiyarında olmasına əsaslanan, ümumdünya tarixi tərəqqinin gedişində ictimai-iqtisadi formasiyaların...

FERMA1 (ID - 13930)

[fr.] 1. Heyvandarlığın müəyyən sahəsi ilə məşğul olan ixtisaslaşdırılmış ayrıca təsərrüfat. Atçılıq ferması. Quşçuluq ferması. Fermaların yarışı. - [Gülsənəm arvadın] qaş qaralanda, fermada sağını qurtarıb evə...

FERMA2 (ID - 13931)

[fr.] xüs. Bir-birilə birləşdirilmiş metal tirlərdən, dirəklərdən ibarət mühəndis qurğusu. Körpünün ferması. Fermanın hissələrini qaynaq etmək. - [Kamil] sütunları göstərən qara nöqtələrin üstündə şəbəkə fermalar,...

FERMAÇI (ID - 13932)

is. Ferma icarəçisi və ya sahibi; fermer (bax ferma1

FERMENT (ID - 13933)

[lat. fermentum - maya] biol. kim. Canlı hüceyrənin əmələ gətirdiyi və orqanizmdə kimyəvi reaksiyanın sürətlənməsinə kömək edən üzvi maddə. Ferment reaksiyası. Fermentlər həyat fəaliyyətinin bütün proseslərində mühüm rol...

FERMENTASİYA (ID - 13934)

[lat. fermentare - qıcqırtma] xüs. Qıcqırma prosesi. Tütünün fermentasiyası. Çay yarpaqlarının fermentasiyası.

FERMER (ID - 13935)

[ing.] bax fermaçı.

FERMERLİK (ID - 13936)

is. Təsərrüfatda ferma sistemi.

FESTİVAL (ID - 13937)

[fr. festival - bayram] İncəsənətin hər hansı növünü nümayiş etdirən ictimai bayram. Musiqi festivalı. Teatr festivalı. Gənclərin ümumdünya festivalı.

FETİ (ID - 13938)

0 [fr.] 1. İbtidai insanların təsəvvürüncə guya fövqəltəbii sehrkar qüvvəyə malik olan və buna görə də sitayiş obyektinə çevrilən cansız şey; sənəm, büt. Fetişlər cürbəcür olur: daş, ağac parçası, təsvirlər.
2....

FETİŞİZM (ID - 13939)

[fr.] 1. Fetişlərə (bütlərə) sitayiş; qədim din formalarından biri; bütpərəstlik. Fransız maarifçiləri fetişizmə dinin arxaik forması kimi baxırdılar.
2. məc. Bir şeyə kor-koranə inanma, sitayiş etmə.
□□ Əmtəə...

FETİŞLƏŞDİRMƏ (ID - 13940)

"Fetişləşdirmək” dən f.is.

FETİŞLƏŞDİRMƏK (ID - 13941)

f. Fetiş hesab etmək, fetiş halına salmaq, fetiş kimi baxmaq (b ax fetiş 1 -ci mənada); ilahiləşdirmək.

FETR (ID - 13942)

[fr.] Şlyapa, keçə çəkmə və s. hazırlanan ən zərif və əla keçə növü. // Bu keçədən hazırlanmış. Fetr şlyapa.

FEVRAL (ID - 13943)

[lat.] Təqvim ilinin ikinci ayı. Fevral inqilabı - Rusiyada: 1917-ci ilin fevralında başlayan ikinci burjua demokratik inqilabı.

FEYXOA (ID - 13944)

is. [isp.] bot. Mərsin fəsiləsindən kol bitkisi. Astara rayonunun limon, naringi, feyxoa, xurma bağlarında məhsul toplanır. (Qəzetlərdən). // Həmin kolun bitkinin çiyələk, ananas və banan iyi verən meyvəsi. Feyxoanın meyvəsi açıq-yaşıl...

Bu səhifə 145 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla