Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

FIRILDAMAQ (ID - 14095)

b a x fırlamaq.

FIRILDATMA (ID - 14096)

“Fırıldatmaq” dan f.is.

FIRILDATMAQ (ID - 14097)

bax fırlatmaq.

FIRLAĞAN (ID - 14098)

bax fırfıra. Hacıyev sağ əlini göyə qaldıraraq, fırlağan oynadırmış kimi havada neçə dəfə tərpətdi. Mir Cəlal.

FIRLAMA (ID - 14099)

“Fırlamaq” dan f.is.

FIRLAMAQ (ID - 14100)

1. B ax fırlatmaq. Tahirsükanı qaba və kəskin hərəkətlərlə o yan-bu yana firlayır, maşının .. hərəkətinə mane olurdu. M.Hüseyn.
2. f Yerindən oynamaq, pırtlamaq. Gözləri yerindən firladı.

FIRLANDIRICI (ID - 14101)

sif. Bir şeyi öz oxu ətrafında fırlandıran, hərlədən, dolandıran. Fırlandırıcı qurğu. - Qaldırıcı və firlandırıcı mexanizmlər buruq içərisində, nasoslar və energetik qurğular isə buruğun yanında tikilmiş saraylarda yerləşdirilir....

FIRLANDIRMA (ID - 14102)

“Fırlandırmaq” dan f.is.

FIRLANDIRMAQ (ID - 14103)

bax fırlatmaq 1-ci mənada. Çarxı firlandırıb yerinə salmaq.

FIRLANĞIC (ID - 14104)

is. 1. Üfüqi və ya şaquli fırlanan attraksion növü. Fırlanğıca minmək. Böyük birfirlanğıc uşaqları, yeniyetmə oğlanları, qızları böyük sürətlə havada firladır.
B ax fırfıra.
xüs. Qazma qurğusunun fırlanan mili....

FIRLANMA (ID - 14105)

“Fırlanmaq” dan f.is.

FIRLANMAQ (ID - 14106)

f 1. Öz oxu ətrafında dairəvi hərəkət etmək, dolanmaq, hərlənmək, dövr etmək. [Qüdrət:] Baxıram, təkərlər firlanır, motorlar işləyir, hər şey hərəkət edir. C.Cabbarlı. Dəyirman pərləri elə firlanır ki, görmək olmur....

FIRLATMA (ID - 14107)

"Fırlatmaq” dan f.is.

FIRLATMAQ (ID - 14108)

f. 1. Fırlandırmaq, dolandırmaq, hərləndirmək. Maşının sükanını firlatmaq. - Vaqif başını aşağı salıb barmağındakı əqiq üzüyü firladırdı. Çəmənzəminli. Şahmar bu fikirdə idi ki, adam istəsə yeri tərsinə fırlada bilər....

FIRLI (ID - 14109)

sif. 1. Fırı olan (bax fır 1-ci mənada). Fırlı ağac.
2. Hörgüclü, güvənli.

FIRTIQ (ID - 14110)

is. Burundan axan selik.

FIRTIQLI (ID - 14111)

sif 1. Fırtıqla dolu, fırtığı axan. Uşaq fırtıqlı burnunu çəkib məyus nəzərlərini anasına dikdi.. M.İbrahimov.
2. Fırtığa bulaşmış, fırtığa batmış.

FIRTINA (ID - 14112)

is. 1. Güclü küləklə dənizin şiddətlə dalğalanması; qasırğa, tufan. Dənizdə fırtına var. - Elə bu vaxt fırtına; Daha da bərk gurladı. İ.Səfərli. Sakit görünsə də çox zaman dəniz; Orda çovğun da var, firtına da var. H.Arif....

FIRTINALI (ID - 14113)

sif. 1. Fırtınası olan, boranlı, qasırğalı, coşqun. Fırtınalı hava. Fırtınalı okean. - Fırtınalı göylərimi yaxmaq istər ildırımlar; Nə zaman ki qərib ruhum yad ellərdən cana doyar. Ə.Cavad. Divarlarda firtınalı dəniz batan...

FISILDAMA (ID - 14114)

“Fısıldamaq” dan f.is.

FISILDAMAQ (ID - 14115)

FISILDAŞMA (ID - 14116)

“Fısıldaşmaq” danf.is.

FISILDAŞMAQ (ID - 14117)

qarş. Fısıldamaq, fısıltı səsi çıxarmaq (çoxları haqqında).

FISILTI (ID - 14118)

is. Ağır nəfəs alan adamın birbirinə qapanmış dişləri arasından çıxardığı səs; fıs-fıs səsi. Yatan yoldaşların xorultusu, fısıltısı otağı bürümüşdü. A.Şaiq. Cahandar ağanın dişləri kilidləndi. Onun fısıltısını...

FISQIRIQ (ID - 14119)

1. Bax fit. Ortada bir sükut vardı. Yalnız elektrik qatarının bir-birini təqib edən əsəbifısqırığı eşidilirdi. S.Hüseyn.
2. məc. Hay-küy, qiyamət, həngamə, qalmaqal. Fısqırıq qalxmaq. - [Gilə] qapını açıb bayırı Əvəzə...

FISQIR(T)MA (ID - 14120)

“Fısqır(t)maq” dan f.is.

FISQIR(T)MAQ (ID - 14121)

f dan. Çəkmək (papiros, siqaret və s.). Siqaret fısqırtmaq. - Molla Qafar isə bol yeməyi gördükdə rahatca bardaş qurub, .. çubuğunu təmizləyərək fısqırtdı, tənbəki ilə doldurub, damağına aldı. S.Rəhimov. [Xəlil:] Mənim o...

FISTIQ (ID - 14122)

is. bot. Hamar açıq-boz qabığı və bərk oduncağı olan qollu-budaqlı iri ağac. Dərənin hər iki tərəfində bitmiş yüzillikpalıd və fistıq ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətdədir. M.F.Axundzadə.

FISTIQKİMİ(LƏR) (ID - 14123)

cəm bot. Fıstıq, palıd, şabalıd və s.-nin daxil olduğu bitki fəsiləsinin adı.

FISTIQLIQ (ID - 14124)

is. Çoxlu fıstıq ağacı əkilmiş və ya bitmiş yer, fıstıq meşəsi.

FIŞILDAMA (ID - 14125)

"Fışıldamaq” dan f.is.

FIŞILDAMAQ (ID - 14126)

f. 1. Fışıltı səsi çıxarmaq (bax fışıltı 1-ci mənada). Bir az irəlidə, yolun üst tərəfində yer fışıldayır, ağ bir fəvvarə göyə qalxırdı. S.Rəhimov.
2. Fışıltı səsi çıxarmaq (bax fışıltı 2-ci mənada). İlanlar...

FIŞILTI (ID - 14127)

is. 1. Bax fışqırtı. Borulardan fışıltı ilə qalxan buxar göy üzündə əriyib yox olurdu. H.Seyidbəyli. // Şırıltı. Şamo uca dağların geniş ətəklərini yalayıb gedən bu şıltaq suyun fışıltısı altında dayanıb ətrafa boylandı....

FIŞQIRIQ (ID - 14128)

bax fit 1 və 2-ci mənalarda. Gecə saat iki idi, küçədə binanın qarşısında bir faytonun dayandığı hiss edildi, iki dəfə də fışqırıq səsi gəldi. M.S.Ordubadi. Bir fışqırıq səsi eşidib haman; Gözətçi şəkləyir qulaqlarını....

FIŞQIRMA (ID - 14129)

“Fışqırmaq” dan f.is.

FIŞQIRMAQ (ID - 14130)

f. Dar bir yerdən təzyiq altında şiddətlə sıçramaq, çıxmaq, vurmaq. Yüzbaşı yerə yıxılmışdı, boynundan qan fışqırırdı. Çəmənzəminli. Dəlib daşın bağrını; O fışqıran suya bax! B.Vahabzadə.

FIŞQIRTI (ID - 14131)

is. 1. Fışqıraraq çıxan suyun, mayenin, qazın, buxarın və s.-nin çıxardığı xəfıf səs; fışıltı. Qazın fışqırtısı. - Məmməd bəy təpədə birisinə çatıb, arxadan qılıncı boynuna endirdi. Qan fışqırtı ilə atın yəhərəsbabına...

FIŞTIRIQ (ID - 14132)

bax fışqırıq. □ Fıştırıq çalmaq - b ax fışqırıq çalmaq (“fışqırıq”da).
Qaraş keyfi saz olduğundan .. fıştırıq çalaçala düşərgəyə getdi. M.İbrahimov.

FİASKO (ID - 14133)

is. [ital.] İflas, uğursuzluq.

FİBRA (ID - 14134)

is. [lat.] Toxuma.

FİDAN (ID - 14135)

is. Ağac və kolların kötüyündən göyərən və sonradan başqa yerdə əkilən cavan ağac. Körpə fidanlar; Deyir: - Qırmayın; Bizi, nadanlar! M.Seyidzadə. // Ümumiyyətlə, yenicə yetişən cavan ağac və ya kol. [Günəş] bağçada tut,...

FİDANLIQ (ID - 14136)

is. Çoxlu fidan göyərmiş və ya əkilmiş yer. [Gözətçi qadın Rüstəm bəyə:] Gecə atları buraxmışlar, bağçanı korlamış, fidanlığı alt-üst etmişdir. Çəmənzəminli.

FİDEİST (ID - 14137)

[fr.] Fideizm tərəfdarı. Fideistlər elmin təsir dairəsini məhdudlaşdırırlar.

FİDEİZM (ID - 14138)

[fr. əsli lat. fides - inam və ...ism] Dini etiqadı elmi idrakdan üstün tutan, etiqadın (inamın) ağıldan üstün olduğunu iddia edən dünyagörüşü və elmi dinə tabe etməyə, elmi biliklərdən dini ehkamların müdafəsində istifadə...

FİDYƏ (ID - 14139)

is. [ər.] köhn. Girov tutulmuş, yaxud əsir alınmış bir adamı azad etmək üçün verilən pul və s.

FİKİR (ID - 14140)

is. [ər.] 1. Düşünmə, düşüncə, təfəkkür; təfəkkür prosesi.
Niyyət, məqsəd, məram. Fikrini başa düşmək. Fikrini anlatmaq. Getməkfikrindən daşınmaq. - [Süleyman:] Yaxşı, xala, bəs sənin fikrin? Ü.Hacıbəyov. Qızın...

FİKİR-XƏYAL (ID - 14141)

is. [ər.] bax fikir. [Ataş Mürsələ:] Mən qorxuram, biz tətili qurtarandan sonra da sən fikir-xəyaldan aralanmayasan. Ə.Vəliyev. Ümid başını aşağı salıb fikir-xəyalı ilə əlləşirdi. B.Bayramov.

FİKİRLƏŞMƏ (ID - 14142)

“Fikirləşmək” dən f.is.

FİKİRLƏŞMƏK (ID - 14143)

f. 1. Bir şey və ya iş haqqında düşünmək, götür-qoy etmək, ölçüb-biçmək. Bir qədər fikirləş, sonra cavab ver. Bu barədə yaxşı fikirləşmək lazımdır. - Əhməd tacirbaşı bir az fikirləşdi, o, necə deyərlər, ölçdü-biçdi,...

FİKİRLİ (ID - 14144)

sif. Fikri bir şeylə məşğul, fikrə dalmış; dalğın. Fikirli adam. Niyə belə fikirlisən? O, gözümə çoxfikirli görünür. - [Humay] susdu, üzü yenə də fikirli və tutqun bir ifadə aldı. İ.Əfəndiyev. // zərf Fikirli halda, fikirli-fikirli,...

Bu səhifə 137 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla