İzahlı lüğət

FLAQMAN (ID - 14245)

[holl.] Böyük hərbi gəmi birləşməsinin (eskadra, diviziya, dəstə) komandanı, habelə həmin gəmi birləşməsi komandanının olduğu gəmi. Flaqman gəmisi.

FLANEL (ID - 14246)

[fr.] Xovlu yumşaq pambıq və ya yun parça. // Həmin parçadan hazırlanmış və ya tikilmiş. Flanel adyal. Flanel köynək.

FLEKSİYA (ID - 14247)

[lat. flexio - əyilmə, keçmə] dilç. Hallandıqda, təsrif edildikdə, habelə cins şəkilçiləri qəbul etdikdə dəyişən söz sonluğu. Sözlərin sonundakı şəkilçilərin dəyişməsi xarici fleksiya adlanır. □ Daxili fleksiya dilç....

FLEKTİV (ID - 14248)

flektiv dillər dilç. - fleksiya (o cümlədən daxili fleksiya) vasitəsilə qrammatik formalar əmələ gətirən dillər. Hind Avropa, sami-hami dilləri flektiv dillərə aiddir.

FLEQMATİK (ID - 14249)

is. [yun. phlegma - selik] Hippokratın aşkar etdiyi dörd temperamentdən biri; soyuqqanlı, laqeyd, süst, key adam haqqında.

FLEŞ (ID - 14250)

is. [fr.] bot. Çay kolunun təzə yarpağı.

FLEYTA (ID - 14251)

is. [alm.] Nəfəslə çalınan musiqi aləti. Yan fleyta. Şaquli fleyta. Fleytanın səsi aydın, şəffaf və güclüdür.

FLİ (ID - 14252)

GEL is. [alm.] Evin yanında əlavə tikili.

FLORA (ID - 14253)

[qədim Roma əsatirində çiçək, yaz və gənclik ilahəsinin adından] Hər hansı bir yerin və ya geoloji dövrün bitki aləmi, bütün bitki növlərinin toplusu; nəbatat. Azərbaycanın florası. Hər bir floranın əsasını onun növ və cins...

FLORİ (ID - 14254)

N is. [ital.] İtaliyada pul vahidi.

FOKSTROT (ID - 14255)

[ing.] Sürətlə oynanılan dördgedişli rəqs və həmin rəqsin musiqisi. Fokstrot oynamaq. - Orkestrin çaldığı fokstrot gur səslə ətrafa yayılırdı. M.Süleymanov.

FOKUS1 (ID - 14256)

[lat. focus - mənbə] 1. fiz. Sınmış və ya əks etmiş şüaların kəsişdiyi nöqtə. Hər optik sistemin iki fokusu olur.
fot. Fotoda şəkli çəkilən obyektin aydın əksinin alındığı nöqtə. Hər optik sistemin iki fokusu olur....

FOKUS2 (ID - 14257)

[alm. canlı dildə “foks”] bax gözbağlıca. Teatrda pərdə açılmayınca mən bu əqidədə idim ki, fokus göstərəcəklər. Ə.Haqverdiyev. // məc. Hoqqa, hoqqabazlıq, oyunbazlıq. Fokus çıxarmaq.

FOKUSÇU (ID - 14258)

is. Fokus göstərən artist (bax fokus2

FOKUSLAMA (ID - 14259)

“Fokuslamaq” danf.is.

FOKUSLAMAQ (ID - 14260)

f. 1. fiz. Şüaları fokusda birləşdirmək, bir nöqtəyə yığmaq (bax fokus1

FOLKLOR (ID - 14261)

is. [ing. folklore - xalq müdrikliyi] 1. Şifahi xalq yaradıcılığı. Musiqi folkloru. Folkloru tədqiq etmək. - Məndə uşaqlıqdan folklora maraq oyadan Yusifi əmi olmuşdur. A.Şaiq.
2. Hər hansı xalqın adət, ənənə, mahnı və s....

FOLKLORÇU (ID - 14262)

is. Folklor mütəxəssisi; folklorşünas. Folklorçu alim. - Zərdabi özü fədakar folklorçulardan biri kimi məşhurdur. “İncəsənət”.

FOLKLORÇULUQ (ID - 14263)

is. 1. Folklor haqqında elm. Folklorçunun sənəti, peşəsi, ixtisası. Folklorçuluqla məşğul olmaq.

FOLKLORŞÜNAS (ID - 14264)

bax folklorçu.

FOLKLORŞÜNASLIQ (ID - 14265)

bax folklorçuluq. Romantizmin inkişafı folklorşünaslığın yaranmasına təkan verdi.

FON (ID - 14266)

[fr. fond - zəmin, əsas] 1. Üzərində şəkil çəkilən, naxış salınan əsas rəng; zəmin, ton. Açıq fon. Şəkil mənzərəli birfonda çəkilmişdir. - Firidunun dostları və tanışları ilə çiçəklik fonunda çəkdirdiyi şəkil
ortada...

FOND (ID - 14267)

[fr.] 1. Hər hansı məqsəd üçün ayrılan pul və ya maddi vəsait. Valyuta fondu. Əmək haqqı fondu. Nobel fondu. İməcilikdən əldə edilən vəsait sülh fonduna keçirilmişdir. // Bir şeyin əsas ehtiyatını təşkil edən pul və ya maddi...

FONEM (ID - 14268)

[yun. phonema - səs] dilç. Hər hansı bir dilin (və ya dialektin) söz və ya morfeminin mənasını fərqləndirmək vasitəsi sayılan danışıq səsi. Hər bir dildə müəyyən sayda fonem olur.

FONENDOSKOP (ID - 14269)

[yun. phone - səs, endon daxilə və skopeo - baxıram] Ürək və ciyərlərə qulaq asmaq üçün stetoskopdan daha mükəmməl tibb aləti. Balacayev əvvəlcə stetoskopla, sonra qoşa rezinli fonendoskopla [Sübhanverdizadənin] sinəsini də yaxşı-yaxşı...

FONETİk (ID - 14270)

sif 1. Fonetikaya aid. Fonetik transkripsiya. Fonetik qanunlar.
2. İnsan nitqinə, onun səs quruluşuna aid olan. Sözün fonetik təhlili.

FONETİKA (ID - 14271)

[yun. phonetike - səsə aid]
Dilin səs quruluşu, səs tərkibi. Azərbaycan dilinin fonetikası.
Dilçiliyin, dilin səs tərkibini öyrənən bəhsi. Tarixi fonetika. Fonetikanın əsas tədqiqat obyekti.

FONETİ (ID - 14272)

ST [yun.] Fonetika mütəxəssisi.

FONOQRAF (ID - 14273)

[yun. phone - səs və grapho
yazıram] Səsi yazmaq və səsləndirmək üçün cihaz; səsyazan. Qrammofon və patefon da fonoqraf əsasında yaradılmışdı.

FONOQRAM (ID - 14274)

[yun. phone - səs və gramma - yazı] xüs. Plastinka, lent, plyonka və s.-yə keçirilmiş hər hansı səs yazısı. Mexaniki fonoqram.

FONOLOGİYA (ID - 14275)

[yun. phone - səs və logos - elm] Fonetikanın, dildəki fonemlərin sistemini və onların dəyişməsini öyrənən bəhsi. Dilin fonemlər sistemi fonologiya ilə müəyyənləşdirilir.

FONOLOJİ (ID - 14276)

sif Fonologiyaya aid. Fonoloji tədqiqat. Fonoloji sistem (fonemlər sistemi).

FONOMETR (ID - 14277)

[yun. phone - səs və metreo] Səsin gücünü ölçmək üçün alət, fonometrik cihaz.

FONOMETRIK (ID - 14278)

sif. Fonometriyaya aid. Fonometrik tədqiqat. □ Fonometrik cihaz
bax fonometr.

FONOSKOP (ID - 14279)

[yun. phone - səs və skopeo
baxıram] Nitqin fonetik xüsusiyyətlərini və danışarkən dodaqların, üz əzələlərinin hərəkətini öyrənmək üçün cihaz.

FONOTEKA (ID - 14280)

[yun. phone - səs və theke saxlanılan yer, anbar] Fonoqramların, səs yazılarının toplusu, arxivi. Tədris fonotekaları. Şəxsi fonoteka. Azərbaycan Dövlət Konservatoriyasının fonotekası.

FONTAN (ID - 14281)

[ital. fontana, əsli lat. fons bulaq] bax fəvvarə. Fontan armaturu. Fontan üsulu ilə neftçıxarma.

FORİNT (ID - 14282)

is. Macarıstanda pul vahidi.

FORMA (ID - 14283)

[lat. forma] 1. Şeyin xarici görünüşü, şəkli. Yarpağın forması. - Müsəlman papaqlarının ağırlığı, böyüklüyü və formaları Molla Nəsrəddinin dostlarına necə ki lazımdır, əyandır... C.Məmmədquluzadə. // İnsan bədəni...

FORMAL (ID - 14284)

sif. 1. Rəsmi, qanuni formaya uyğun olan. Formal sübut. Formal təsir.
Yalnız forma (zahir) üçün olan, işin həqiqi vəziyyəti ilə hesablaşmayan, rəsmiyyətçilik xatirinə olan. Canlı iş olduğu üçün buna qətiyyən formal (z.)...

FORMALI (ID - 14285)

sif. Müəyyən formada tikilmiş, müəyyən formada olan (bax forma 6-cı mənada). Formalı geyim. // Belə paltar geyinmiş. Əsgər formalı gənc.

FORMALİN (ID - 14286)

[lat. formica - qarışqa] Kəskin boğucu iyi olan dezinfeksiya maddəsi. Formalin iyi.

FORMALİST (ID - 14287)

[lat.] 1. İşin mahiyyətinin zərərinə olaraq bir şeyə formal münasibət bəsləyən adam; rəsmiyyətçi.
2. Formalizm tərəfdarı (bax formalizm 2-ci mənada). Formalistlər etikanın vəzifələri içərisindən əxlaq problemlərinin...

FORMALİZM (ID - 14288)

[lat.] 1. İşin mahiyyəti zərərinə olaraq, onun ancaq zahiri cəhətinə riayət etmə; bir şeyə ciddi formal münasibət; rəsmiyyət, rəsmiyyətçilik.
2. Məntiqdə, sənətşünaslıqda və s. elmlərdə ideya məzmunundan, obyektiv varlıqdan,...

FORMASIZ (ID - 14289)

sif. 1. Müəyyən forması, şəkli olmayan.
2. Forması (6-cı mənada) olmayan, forma geyməmiş. Formasız əsgər.

FORMASİYA (ID - 14290)

[lat. formatio - təşəkkül, növ] kit. Bir şeyin inkişafında müəyyən pillə, mərhələ; məhz həmin pilləyə, inkişaf mərhələsinə xas olan tip; quruluş. Geoloji formasiya.
□□ İctimai-iqtisadi formasiya fəls. iqt. insan cəmiyyətinin,...

FORMAT (ID - 14291)

[alm.] 1. Kitabın, səhifənin, kartoçkanın və s.-nin ölçüsü; əndazə. Böyük format. Kiçik format. Kiçik formatda fotoşəkil.
2. mətb. Nabor səhifəsinin uzunluğu və hündürlüyü, sətrin uzunluğu.

FORMUL (ID - 14292)

[lat. formula - forma, qayda] Düstur. Sərgidə çoxlu həndəsi fiqurlar, riyazi sxemlər və formullar vardır.

FORMULYAR (ID - 14293)

[alm.] 1. xüs. Hər hansı bir qurğu, mexanizm və s. haqqında əsas məlumatlar yazılan, onun işlənməsi, xarab olması, təmiri və s. müntəzəm surətdə qeyd
olunan xüsusi dəftər və ya blank. Təyyarənin formulyarı. Maşının formulyarı....

FORS (ID - 14294)

[fr. force - güc, əhəmiyyət] İddia, təkəbbür, lovğalıq, təşəxxüs. [Kərbəlayı:] Bu nəforsdur, ay Nabat xanım? S.Rəhimov. Fors eləmək (satmaq, atmaq) - bax forslanmaq. [Şahsənəm:] Məşədi İbadın arvadı Püstə əllərini belinə...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed