Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

F (ID - 13795)

Azərbaycan əlifbasının səkkizinci hərfi. bax fe.

FA (ID - 13796)

[ital.] Musiqi qammasının "do” dan başlayan dördüncü səsi; bu səsi ifadə edən not.

FABRİK (ID - 13797)

[lat. fabrica - emalatxana] Xammaldan maşınla müxtəlif məmulat hazırlanan sənaye müəssisəsi. Tikiş fabriki. Fabrikin istehsalatplanı. - Pambıq çoxaldıqca fabrik canlanır; Kollektiv güclənir, birlik canlanır. M.Müşfiq. Ehtiyat xala...

FABRİKANT (ID - 13798)

[lat.] Fabrik sahibi olan fabrikçi.

FABRİKÇİ (ID - 13799)

bax fabrikant [Mirağa:] Mülkədar, fabrikçi və tacir zəhmət çəkmir. Mir Cəlal.

FABRİK-MƏTBƏX (ID - 13800)

[lat. fabrica və ər. mətbəx] Mexaniki üsulla çoxlu yemək hazırlanan iri ictimai iaşə müəssisəsi. Qabaqcıl fabrik-mətbəx. Bakıda ilk fabrikmətbəx 1930-cu ildə işə salınmışdır.

FABULA (ID - 13801)

[lat. fabula - təmsil, nağıl]
ədəb. Bədii əsərin qısa məzmunu, hadisələrin ardıcıl ifadəsi. Romanın fabulası çox mürəkkəbdir.
2. hüq. Cinayət hadisəsinin məzmunu.

FACİƏ (ID - 13802)

is. [ər.] 1. Dəhşətli, ağır nəticəli hadisə, fəlakət, müsibət, bədbəxtlik. Başına faciə gəlmək. Alkoqolizm faciə ilə nəticələnir. - Mirzağanın faciəsi ictimai bir faciə idi. S.Hüseyn. [Şəndə:] İnamı itirmək fəlakətdir...

FACİƏLİ (ID - 13803)

sif Faciə ilə dolu; müsibətli, faciəyə səbəb olan, faciə ilə nəticələnən;
dəhşətli, fəci. Alagöz öz daxili aləmi ilə bir cəzirə kimi yaşayan evdən qaçmış, həyatın faciəli səhnəsinə düşmüşdü. S.Rəhimov. Uşaq...

FAGIR (ID - 13804)

is. və sif [ər.] 1. Aciz, yazıq, məzlum; dinc, sakit. Fağır kişi. - [Nəbi pristav Mehdi bəyi görcək deyinir:] Ə, bu fağırı niyə qəhr edirsən? “Qaçaq Nəbi”. [Hacı Qara:] ..Mən bir fağır adamam, peşəm sövdəgərlikdir. M.F.Axundzadə....

FAĞIRLAŞMA (ID - 13805)

“Fağırlaşmaq” dan f.is.

FAĞIRLAŞMAQ (ID - 13806)

FAĞIRLIQ (ID - 13807)

is. 1. Acizlik, yazıqlıq, məzlumluq.
Yoxsulluq, kasıblıq.

FAĞIR-FÜQƏRA (ID - 13808)

top. [ər.] Cəmiyyətin aşağı, yoxsul təbəqələri, varı olmayanlar, kasıblar, yoxsullar. Qoçular, quldurlar qatar taxırlar; Fağır-füqəraya yan-yan baxırlar. Aşıq Ələsgər. [Hacı:] Fağır-füqəraya əl tutmuşam. Mir Cəlal.

FAHİŞƏ (ID - 13809)

is. [ər.] Özünü pula satan, fahişəliklə məşğul olan qadın. //məc. Son dərəcə alçaq, prinsipsiz, satqın adam haqqında.

FAHİŞƏXANA (ID - 13810)

is. [ər. fahişə və fars. ...xanə] Fahişələrin yaşadıqları və gələnləri qəbul etdikləri ev, mənzil.

FAHİŞƏLİK (ID - 13811)

is. Qadınların özlərini pula satması. [Qətibə qəlbində Səba xanıma acıqlanaraq:] ..Sən elə bilmə ki, tədbirli, bacarıqlısan.. Səni mənə üstün gətirən bir şey varsa, o da sənin fahişəliyindir. M.S.Ordubadi.

FAXİR (ID - 13812)

sif [ər.] köhn. 1. Fəxr edən, öyünən, lovğalanan.
2. Gözəl, qiymətli, parlaq. Hacı Kamyab libaslarının ən faxirini geyib Xudayar xanın vüruduna hazırlaşdı. Ə.Haqverdiyev.

FAİL (ID - 13813)

sif. [ər.] köhn. 1. İşləyən, edən.
Təsir edən. is. Ərəb qrammatikasında feli sifət modeli.

FAİZ (ID - 13814)

is. [ər.] 1. Hər hansı ədədin tam (vahid) kimi götürülən yüzdə biri (% işarəsi ilə göstərilir). Sadə faiz düsturu. - [Bəhlul:] Nənəmin gözündə onca faiz işıq vardı. B.Bayramov. Kapitalın hər yüz manatından əldə edilən...

FAİZLİ (ID - 13815)

sif Faiz verən, faiz (gəlir) gətirən. Faizli istiqraz.

FAİZSİZ (ID - 13816)

sif Üstünə faiz gəlməyən, faizi olmayan, faizlə gəlir verməyən. Faizsiz istiqraz. Faizsiz borc.

FAKS (ID - 13817)

is. [ing.] 1. Elektron rabitə cihazı.
2. Qrafik məlumatın qəbulu və verilməsi üsulu.

FAKSİ MİLE (ID - 13818)

[lat.] 1. Əlyazması, sənəd, imza və s.-nin fotomexaniki reproduksiya yolu ilə çıxarılmış dəqiq surəti. Faksimile şəklində çap olunmuş əsər. Əlyazmasının faksimilesi.
Birinin əli ilə çəkilmiş imzasını təkrarlamaq üçün...

FAKT (ID - 13819)

[lat. factum - edilmiş, baş vermiş] Həqiqətən olmuş hadisə, əhvalat, qəziyyə. Bu deyilənlər uydurma deyil, faktdır. Hər kəs bildiyi faktı deyir, üçlükdə müzakirə edib o birinə keçirdilər. B.Bayramov. // Nümunə, misal. Faktı...

FAKTIK (ID - 13820)

sif [lat.] Gerçək, həqiqi, faktlara əsaslanan. Faktik vəziyyət.
□□ Faktik nikah hüq. - qanunun müəyyən etdiyi qaydada qeyd olunmamış nikah.

FAKTOQRAFİYA (ID - 13821)

[lat. factum və yun. grapho - yazıram] kit. Faktların (olmuş hadisələrin) təhlil edilmədən, ümumiləşdirilmədən və ya bədii cəhətdən işlənilmədən təsvir edilməsi.

FAKTOR (ID - 13822)

[lat. factor - edən, düzəldən] Hər hansı prosesin, hadisənin gedişini şərtləndirən moment, fakt; amil.

FAKTORİYA (ID - 13823)

[lat.] 1. Avropa tacirlərinin müstəmləkə ölkələrində ticarət kontoru və yaşadıqları yer.
2. Ucqar ovçuluq rayonlarında ticarət və təchizat məntəqəsinin adı. Şimalda xəzli heyvan faktoriyası.

FAKTÜRA (ID - 13824)

[lat. factura - quruluş] 1. xüs. İncəsənət əsərlərində bədii üsulun xüsusiyyəti. Şerin fakturası. Simfoniyanın fakturası.
xüs. Hər hansı bir materialın (məs.: parçanın, şüşənin və s.-nin) zahiri görünüşünü müəyyən...

FAKULTATİV (ID - 13825)

sif. [fr.] Məcburi olmayan, könüllü, öz arzusu ilə seçilən. Mühazirələrin fakultativ kursu.

FAKÜLTƏ (ID - 13826)

[alm.] Ali məktəblərin tədris obyektinə görə bir-birindən ayrılan şöbələrindən hər biri. Kimya fakültəsi. Hüquq fakültəsinin dekanı. - [Həsən] riyaziyyat fakültəsinə .. daxil oldu. I.Əfəndiyev.

FAQOT (ID - 13827)

[ital.] Konusvari kanalı və ikiqat qamış dilçəyi olan, nəfəsli musiqi aləti. Faqotun konusvari gövdəsi. Faqot ağcaqayından düzəldilir.

FAL1 (ID - 13828)

is. [ər.] 1. Falçıların noxuda, suya, güzgüyə, kitaba və s.-yə baxmaqla gələcəkdən və ya keçmişdən xəbər verməsi. Fala inanma, falsız da qalma. (Məsəl). Fal göstərirdi ki, dan ulduzunun karvanqıran ilə ötüşüb qovuşmağı...

FAL2 (ID - 13829)

is. Toyuğun başqa yerdə deyil, müəyyən olunmuş yerdə yumurtlaması üçün ora qoyulan yumurta. Yumurtlamadı, yumurtlamadı, falını bəs neylədi? (Ata. sözü). [Şahpəri:] Bu qıza yüz dəfə demişəm ki, toyuğa fal qoy, yenə dəyadından...

FAL3 (ID - 13830)

is. Dilim. Bir fal çörək.

FAL4 (ID - 13831)

is. [holl.] Yelkəni qaldırmaq üçün istifadə edilən kəndir.

FALABAXAN (ID - 13832)

bax falçı.

FALAQQA (ID - 13833)

is. Molla məktəblərində şagirdləri cəzalandırmaq üçün işlədilən alət. Kimisi dərs oxuyur, kimisi falaqqadan təzə çıxmış ayaqlarını ovuşdurub ağlayır.. Ə.Haqverdiyev. [Əmiraslan:] Dədə, mən məktəbə getməyəcəyəm. Orada...

FALANQA (ID - 13834)

[yun.] 1. Fransız utopik sosialisti Şarl Furyenin (1772-1837) layihəsində: ideal cəmiyyətin ilkin özəyi olan əmək icması, kollektiv təsərrüfat.
2. Franko İspaniyasında hakimiyyət başında olmuş faşist partiyasının adı.

FALANQAÇI (ID - 13835)

is. Falanqa üzvü (bax falanqa 2-ci mənada).

FALÇI (ID - 13836)

is. Falabaxan, fal açmaqla, falçılıqla məşğul olan adam. Falçı falçıya fənd vurmaz. (Ata. sözü). Xanbibim falçı, nənəm bağtoxuyan; Bizdə, haşa, yox idi bir oxuyan. M.Ə.Sabir. // Sif. mənasında. Gəzir qapıları falçı qadınlar;...

FALÇILIQ (ID - 13837)

is. Falçının işi, peşəsi. [Yarməmməd] atasının mollalığını, anasının falçılığını gizlətdiyi üçün onu maarif şöbəsindən qovmuşdular. M.Ibrahimov.

FAMİLİYA (ID - 13838)

is. [lat.] 1. Atadan (bəzən də anadan) övladlarına keçib şəxs adlarına əlavə edilən nəsli, ailəvi ad. Qızlıq familiyasını saxlamaq. Familiyasını dəyişmək. Teymurun dindirdiyi sürücünün familiyası Cüməzadə idi. H.Seyidbəyli....

FAMİLİYALI (ID - 13839)

sif. Familiyası olan, müəyyən familiya daşıyan.

FANATİK (ID - 13840)

[lat. fanaticus - azğın] 1. Dindarlığı həddini aşaraq, başqa dinlərə düşmən münasibət bəsləyən adam; qatı mövhumatçı. Bağdad Şərq dünyasını təmsil edən əfsanəvi bir şəhər kimi, öz fanatik cah-cəlalı ilə bütün dünyanı...

FANATİK (ID - 13841)

sif [lat.] Fanatizm mahiyyətində olan; mütəəssib. Fanatik adamlar. Fanatik görüşlər.

FANATİZM (ID - 13842)

[lat.] Fanatik adamın düşüncə və hərəkət tərzi; başqa etiqadlara düşmən münasibət bəsləyib öz inandığına hədsiz sədaqət göstərmə, sevmə, öz əqidəsinə qeyri-adi sədaqət; təəssübkeşlik. // Mövhumatçılıq. Fanatizmlə...

FANER (ID - 13843)

is. [alm.] 1. Yaraşıq üçün taxta şeylərin üzünə yapışdırılan nazik taxta təbəqəsi.
2. Çarpaz yapışdırılmış bir neçə təbəqə nazik ağac qatından ibarət taxta növü. Faner lövhələrin qalınlığı. - Kamal özünə...

FANİ (ID - 13844)

sif [ər.] Həmişəlik olmayan, axırı puç, axırı olmayan; müvəqqəti, keçici, qalmayan. Dost tutma dünyanı, fanidir, fani; Aldanıb özünü xar eyləməynən. Aşıq Ələsgər. Ey bizə fani cahanın dövlətindən dəm vuran; İstəyirsən,...

Bu səhifə 2557 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla