ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

ÖLÇÜLMƏZ (ID - 31957)

b a x ölçüyəgəlməz.

ÖLÇÜLMƏZLİK (ID - 31958)

bax ölçüyəgəlməzlik.

ÖLÇÜLÜ (ID - 31959)

sif Ölçüsü olan.

ÖLÇÜLÜB-BİÇİLMƏ (ID - 31960)

“Ölçülüb-biçilmək” dən f.is.

ÖLÇÜLÜB-BİÇİLMƏK (ID - 31961)

məch. Hərtərəfli düşünülmək, götür-qoy edilmək.

ÖLÇÜLÜB-BİÇİLMİŞ (ID - 31962)

f.sif Hərtərəfli düşünülmüş, hərtərəfli düşünüldükdən sonra qəbul edilmiş. Ölçülüb-biçilmiş qərar.

ÖLÇÜSÜZ (ID - 31963)

sif Ölçüsü olmayan; çox böyük, geniş, ölçüyəgəlməz. Həyat ona nə böyük; Nə ölçüsüz (z.) görünür; Birdən qapıda əziz; Mehriban üz görünür. R.Rza. □ Ölçüsüz corab - müəyyən ölçüsü olmayıb hər bir ayağa gələn...

ÖLÇÜSÜZ-BİÇİMSİZ (ID - 31964)

zərf Ölçüb-biçmədən, götür-qoy etmədən, fikirləşmədən. [Hacı Əliqulu] ölçüsüz-biçimsiz söz danışan adam deyil. Qantəmir.

ÖLÇÜSÜZLÜK (ID - 31965)

is. Ölçüsü olmama; çox böyüklük, ölçüyəgəlməzlik.

ÖLÇÜYƏGƏLMƏZ (ID - 31966)

sif Heç bir ölçü ilə ölçülə bilməyən; çox böyük, saysız-hesabsız, çox yekə, ucsuz-bucaqsız. Ölçüyəgəlməz miqdar. Ölçüyəgəlməz sahə.

ÖLÇÜYƏGƏLMƏZLİK (ID - 31967)

is. Heç bir ölçü ilə ölçülə bilməmə; son dərəcə çoxluq, böyüklük, irilik, ölçülməzlik.

ÖLDÜ-QALDI (ID - 31968)

is. Başına gələn hadisə; tale, aqibət. [Hacı Murad:] ..Öldü-qaldısından da xəbərimyoxdur. S.S.Axundov. ..Alagözün öldü-qaldısından xanıma səhih bir xəbər gətirə bilmirdi. S.Rəhimov.

ÖLDÜRMƏ (ID - 31969)

“Öldürmək” dən f.is.

ÖLDÜRMƏK (ID - 31970)

f 1. Cismən məhv etmək, həyatdan məhrum etmək, ölümünə səbəb olmaq; qətl etmək. ..[Mələyin] sevimli nişanlısını .. gecə oğurluqda öldürmüşdülər. A.Divanbəyoğlu.
məc. Çox yormaq, çox üzmək, əziyyət vermək, əldən...

ÖLDÜRTMƏ (ID - 31971)

“Öldürtmək” dən f.is.

ÖLDÜRTMƏK (ID - 31972)

icb. Öldürülməsinə səbəb və ya vasitə olmaq, başqasının əli ilə öldürmək. [Çopur:] Mən çox nahaq qanlara fitva verib adam öldürtmüşəm. S.Hüseyn.

ÖLDÜRÜCÜ (ID - 31973)

sif. 1. Ölümlə nəticələnə bilən, ya nəticələnən; məhvedici, yoxedici, həlakedici. Öldürücü zəhər. Günəş şüaları bakteriyalara öldürücü təsir göstərir.
məc. Son dərəcə ağır; dözülməz, müdhiş. Öldürücü...

ÖLDÜRÜLMƏ (ID - 31974)

“Öldürülmək” dən f.is.

ÖLDÜRÜLMƏK (ID - 31975)

məch. Cismən məhv edilmək, yox edilmək, aradan qaldırılmaq, qətl edilmək.

ÖLƏT (ID - 31976)

is. köhn. Öldürücü xəstəlik epidemiyası. [Hacı Qara:] Heç kəs malın üzünə baxmır. Deyəsən, ölətdən qırılanların sovxasıdır. M.F.Axundzadə. // Söyüş məqamında. [Yasavul:] Bəs niyə öldürmədin o öləti? S.Rəhimov.

ÖLƏZİK (ID - 31977)

sif. məh. Alovu azalmağa, sönməyə başlamış; sönmüş, közərmiş.

ÖLƏZİMƏ (ID - 31978)

“Öləzimək” dən fis.

ÖLƏZİMƏK (ID - 31979)

f məh. Alovu sönməyə, közərməyə başlamaq; işarmaq, közərmək. Karvansaranın bir tərəfində qalanmış ocaq gah yanır, gah öləziyirdi. Ə.Vəliyev. // Zəifləmək, azalmaq (işıq haqqında). Mənzilə ölgün bir işıq süzülür,...

ÖLGÜN (ID - 31980)

sif Canlılığı, təzəliyi, təravəti qalmamış; düşkün, solğun. İyirmi beş bahar görmüş bu adam altmış xəzan keçirmiş qoca kimi yorğun, xəstəhal və ölgün (z.) görünürdü. A.Şaiq. Aynada [Züleyxanın] sifləti çox ölgün...

ÖLGÜNLƏŞMƏ (ID - 31981)

“Ölgünləşmək” dən f.is.

ÖLGÜNLƏŞMƏK (ID - 31982)

f Ölgün hala gəlmək, ölgün kimi görünmək. Divardakı əcaib şəkillər Məşuqənin gözlərində ölgünləşirdi. S.Rəhimov. Yay günəşinin istisindən ölgünləşib, başını aşağı dikmiş yarpaqlar indicə tərpənib həzin-həzin...

ÖLGÜNLÜK (ID - 31983)

is. 1. Ölgün şeyin halı.
məc. Fəaliyyətsizlik, durğunluq, həyat əsərinin olmadığı hal. Şəhərin ölgünlüyünə baxmayaraq, yalnız bu zavod canlıdır. H.Nəzərli.

ÖLKƏ (ID - 31984)

is. 1. Məmləkət, diyar; yer, ərazi. İsti ölkələr. Mərkəzi Aflrikadakı ölkələr. Ölkə bütün dağlıqdır. - Var isticə ölkələr; Qışda bizə xoş gələr. A.Səhhət. [Vaqif:] Nadir ölkədə sağ yer qoymadı, hər yer xarabaya döndü....

ÖLKƏDAŞ (ID - 31985)

is. Bir ölkənin vətəndaşı olan adamlardan hər biri.

ÖLKƏŞÜNAS (ID - 31986)

is. Ölkəşünaslıq mütəxəssisi. Ölkəşünasların qurultayı.

ÖLKƏŞÜNASLIQ (ID - 31987)

is. Hər hansı bir ölkənin və ya onun müəyyən yerinin, rayonunun təbiəti, tarixi, iqtisadiyyatı və s. haqqındakı biliklərin məcmusu. Ölkəşünaslıq muzeyi.

ÖLMƏ (ID - 31988)

“Ölmək” dənf.is.

ÖLMƏ-DİRİL (ID - 31989)

zərf dan. Zorla-güclə, gücbəla ilə, əziyyətlə, zillətlə, çətinliklə. Ölmədiril yaşamaq. - Payızı və qışı ölmə-diril başa vurmuş kəndlilər yazın gəlməsini dördgözlə gözləyirdilər. Ə.Vəliyev.

ÖLMƏK (ID - 31990)

f 1. Həyatı tərk etmək, vəfat etmək; keçinmək. ..Evin kişisi bir neçə il bundan qabaq ölmüşdür. C.Məmmədquluzadə. Bir gün qoca bağban xəstələnib öldü. M.Hüseyn. // Qırılmaq, tələf olmaq, məhv olmaq (heyvanlar haqqında)....

ÖLMƏLİ (ID - 31991)

sif. dan. Ölməsi lazım olan; yaşamağa layiq olmayan, cəmiyyət üçün heç bir faydası olmayan. Mən hamayıl deyiləm; Ağlı zayıl deyiləm; Qoy ölsün ölməlilər; Sənə qayil deyiləm. (Bayatı). [Birisi:] Allah [Hacı Aslana] rəhmət...

ÖLMƏZ (ID - 31992)

sif 1. Həmişə yaşayan, heç bir vaxt ölməyən, yox olmayan; əbədi, həmişəlik. Xalq ölməzdir. - [Rizvan:] Ürəyimdə ölməz bir məhəbbət ilə ölümə gedirəm. Ə.Haqverdiyev. [Şiraslan düşünürdü:] Ölməz bir dastan yazmaq da...

ÖLMƏZLİK (ID - 31993)

is. Heç bir zaman ölməyib yaşama; ölümsüzlük, əbədilik. ..Xalqımız ölməzliyini böyük mübarizələrdə təcrübədən keçirdi. M.S.Ordubadi. Əbədiyyət və ölməzlik xalqdadır və xalqdandır. M.Ibrahimov.

ÖLMÜŞ (ID - 31994)

f.sif 1. Həyatı tərk etmiş, vəfat etmiş, keçinmiş. Bu səslər kimin isə, ölmüş bir adamın minacatını çəkirdi. Mir Cəlal. // Is. mənasında (adətən cəm şəklində). Ölü. Ölmüşlər və dirilər. - Belə ölmüşlərə fəda...

ÖLÜ (ID - 31995)

1. sif Ölmüş, həyatı tərk etmiş, cansız (diri ziddi). // is. Ölmüş adam, meyit, cənazə. Ölülər və dirilər. Ölünü yarmaq. Ölünü basdırmaq. - [Nazlı:] Ana, deyirlər bu gələn qonağımız ölüləri dirildir. C.Məmmədquluzadə.
sif...

ÖLÜB-DİRİLMƏ (ID - 31996)

“Ölüb-dirilmək” dən f.is.

ÖLÜB-DİRİLMƏK (ID - 31997)

f Bir işi görüncə çox əziyyət çəkmək, həddən artıq əzab və məşəqqət çəkməli olmaq, yaxud təhlükə keçirmək.

ÖLÜB-İTƏN (ID - 31998)

sif və is. Ölən, məhv olan, aradan çıxan, sıradan çıxan. Hamısı sağ-salamatdır, ölüb-itən yoxdur. - Körpə quzuların, xırda beçənin; Yoxdur ki, son zaman ölüb-itəni? H.K.Sanılı. [Dilən:] Yox, - dedi, gərək ölüb-itən olmasın....

ÖLÜB-ÖLDÜRMƏ (ID - 31999)

“Ölüb-öldürmək” dən f.is.

ÖLÜB-ÖLDÜRMƏK (ID - 32000)

f Bir-birini öldürməyə qalxışmaq, bir-birini öldürmək, vuruşmaq, qanlıbıçağa çıxmaq. Olmadılar razı onu bölməyə; Çıxdı iş axır ölüb-öldürməyə. Səhhət. Çox zaman bu dava ölüb-öldürməyə və ədavətə də çatardı....

ÖLÜXANA (ID - 32001)

is. Xəstəxanalarda və s.-də meyitlərin saxlandığı yer, bina; morq.

ÖLÜKSÜNMƏ (ID - 32002)

“Ölüksünmək” dən f.is.

ÖLÜKSÜNMƏK (ID - 32003)

bax ölüşkəmək.

ÖLÜM (ID - 32004)

is. 1. biol. Orqanizmin həyat fəaliyyətinin həmişəlik dayanması və onun məhv olması, orqanizmdə və ya onun bir hissəsində maddələr mübadiləsinin dayanması, kəsilməsi. Fizioloji ölüm. Hüceyrənin ölümü. Bitkinin ölümü.
İnsan...

ÖLÜMCÜL (ID - 32005)

sif. 1. Ölümlə nəticələnə bilən, ya nəticələnən, ölümə səbəb olan. Ölümcülyara. - [Mirzə Cəmil:] [Qönçənin] anası ölümcül naxoşdur, yanında qalıb keşiyini çəkir. Ə.Vəliyev. // Can verməkdə olan, ölmək üzrə olan....

ÖLÜMCÜLLÜK (ID - 32006)

is. Ölümcül vəziyyətdə olan adamın, ya heyvanın halı.

Bu səhifə 134 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.