İzahlı lüğət

ÖLKƏ

is. 1. Məmləkət, diyar; yer, ərazi. İsti ölkələr. Mərkəzi Aflrikadakı ölkələr. Ölkə bütün dağlıqdır. - Var isticə ölkələr; Qışda bizə xoş gələr. A.Səhhət. [Vaqif:] Nadir ölkədə sağ yer qoymadı, hər yer xarabaya döndü. Çəmənzəminli.
Bir dövlətin idarəsi altında olan yerlər; dövlət. Qonşu ölkələr. Xalq demokratiyası ölkələri. Yaxın Şərq ölkələri. Xarici ölkələrlə dostluq əlaqəsi.
Tərkibində muxtar vilayət olan böyük inzibati-ərazi bölgü. Krasnodar ölkəsi. Primorsk ölkəsi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......