Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ÖZÜL (ID - 32207)

is. Bünövrə, təməl, əsas. Binanın özülü. - Qoyuldu özüllər, boylandı tağlar; Tikildi divarlar, şumal dirəklər. M. Müşfiq. Binanın özülünü qoymaq üçün bütün hazırlıq işləri görülmüşdür. Z.Xəlil. // Məc. mənada....

ÖZÜLLÜ (ID - 32208)

sif. Özülü olan, bünövrəli.

ÖZÜLSÜZ (ID - 32209)

sif. Özülü, bünövrəsi olmayan; bünövrəsiz, təməlsiz. Bina tez uçular özülsüz olsa; Əməl də düz olar şüur düz olsa. B.Vahabzadə.

ÖZÜMÜNKÜ, ÖZÜMÜZÜNKÜ (ID - 32210)

1. əvəz. Özüm(üz)ə aid olan, özüm(üz)ə məxsus olan; mənimki, bizimki. Kitablar özümü(zü)nküdür.
2. Is. mənasında adətən cəm şəklində: özüm(üz)ünkülər - mənə, bizə yaxın olan adamlar, yoldaşlarım(ız). Özümü(zü)nkülər...

ÖZÜNDƏNBƏY (ID - 32211)

is. zar. Özünü böyük göstərməyə çalışan adam. Özündənbəyin biridir.

ÖZÜNDƏNGETMƏ (ID - 32212)

is. Hissini, huşunu itirmə; qəşş etmə, ürəkkeçmə.

ÖZÜNƏBƏY (ID - 32213)

b a x özündənbəy.

ÖZÜNƏXİDMƏT (ID - 32214)

is. Özü-özünə xidmət etmə, öz məişət və s. ehtiyaclarını özü təmin etmə. Özünəxidmət mağazası.

ÖZÜNƏNƏZARƏT (ID - 32215)

is. Öz hərəkətinə, işinə, səhhətinə nəzarət etmə. Özünənəzarət həkim nəzarətini tamamlayan mühüm vasitədir.

ÖZÜNÜÇƏKƏN (ID - 32216)

sif Özünü başqalarından yüksək tutan; lovğa, təkəbbürlü, özünü dartan. Əsədüddövlə təkəbbürlü, özünüçəkən, ağızdan cəfəng bir adam idi. P.Makulu.

ÖZÜNÜDARTAN (ID - 32217)

bax özünüçəkən.

ÖZÜNÜİDARƏ (ID - 32218)

is. 1. Hər hansı bir təşkilatın, cəmiyyətin, təsərrüfat, yaxud inzibat vahidinin və s. öz daxili işlərini yerli qüvvələrlə həll etmə hüququ. [Mürtəcelər] 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin Təbrizdə yaratdığı demokratik...

ÖZÜNÜQORUMA (ID - 32219)

f Özünü təhlükədən, zərbədən və s.-dən mühafizə etmə, qoruma. Zədələnmənin qarşısını almaq üçün qoruma və özünüqoruma tədbirlərinin çox böyük əhəmiyyəti vardır.

ÖZÜNÜMÜDAFİƏ (ID - 32220)

is. Özünü hər hansı bir təhlükədən, hücumdan, düşmən hərəkətlərindən öz qüvvəsi ilə müdafiə etmə. Özünümüdafiə tədbirləri. Özünümüdafiəyə hazır olmaq.

ÖZÜNÜMÜŞAHİDƏ (ID - 32221)

is. Öz üzərində müşahidə aparma, öz-özünü müşahidə etmə; öz hərəkətləri, hissləri, fikirləri üzərində müşahidə aparma.

ÖZÜNÜNKÜ (ID - 32222)

1. əvəz. Özünə məxsus olan, özünə aid olan. Paltar özününküdür.
2. Is. mənasında. Öz adamı, öz qohumu, öz yaxını, yaxud öz şeyi, öz fikri və s. [Tutubəyim ağa:] Qızım, bir özününkülərdən də oxu, .. qulaq assın....

ÖZÜNÜTƏNQİD (ID - 32223)

is. Öz işindəki nöqsanları aradan qaldırmaq üçün öz səhvlərini göstərərək tənqid etmə. Tənqidi və özünütənqidi genişləndirmək.

ÖZÜNÜTƏRBİYƏ (ID - 32224)

is. Özünü tərbiyə etmə.

ÖZÜYAZAN (ID - 32225)

sif Hər hansı göstəriciləri avtomatik surətdə qeyd edən. Özüyazan cihaz.

ÖZÜYERİYƏN (ID - 32226)

sif Öz dartı qüvvəsi ilə hərəkət edən. Özüyeriyən kombayn.

Bu səhifə 121 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla
<