İzahlı lüğət

ÖLMÜŞ

f.sif 1. Həyatı tərk etmiş, vəfat etmiş, keçinmiş. Bu səslər kimin isə, ölmüş bir adamın minacatını çəkirdi. Mir Cəlal. // Is. mənasında (adətən cəm şəklində). Ölü. Ölmüşlər və dirilər. - Belə ölmüşlərə fəda dirimiz. S.Ə.Şirvani. Könül var ki, vulkan kimi alov saçar hər yana; Həq söyləyən ilhamları ölmüşlərə can verər... H.Cavid. Nəvazişlə məzəmmət məqamında işlənir. [Bəy:] Ay ölmüş, nökər olanda nə olar, dedik bir söz danış, söz olsun. Mir Cəlal. // Eyni mənada körpə uşaq və ya heyvan haqqında. [Nərgiz] toppuşu göstərib tövşüyətövşüyə dedi: - Ölmüş gör necə qəşəngdir, ana! Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed