İzahlı lüğət

ÖRT-BASDIR (ID - 32057)

ört-basdır etmək (eləmək)
gizlətmək, üstünü malalamaq. [Gənc:] Oz tərəfdarlarının zəifliyini ört-basdır eləyən bir adam rəhbər ola bilərmi? M.Hüseyn.

ÖRTDÜRMƏ (ID - 32058)

“Örtdürmək” dən f.is.

ÖRTDÜRMƏK (ID - 32059)

icb. Örtmək işi gördürmək, örtməyə məcbur etmək.

ÖRTMƏ (ID - 32060)

“Örtmək” dən f.is.

ÖRTMƏK (ID - 32061)

f 1. Örtük salmaq, üzərinə bir şey salmaq. Kəlağayı örtmək. - Bu vaxt eşikdən Qulamxan səslənir: - Durun, başınızı örtün. M.S.Ordubadi. // Üzərinə bir şey çəkib görünməz etmək. Qızın başında çadrası olardı, lakin...

ÖRTÜ (ID - 32062)

is. 1. Başa örtülən hər hansı bir şey. Başındakı örtünü götürmək. - [Sevda] başındakı ağ ipək örtünü bir yana atar. Cavid. [Qətibə] baş örtüsünün qarşısına almaz, yaqut və incilərdən düzəlmiş bir cıqqa taxmışdı....

ÖRTÜB-BASDIRMA (ID - 32063)

“Örtüb-basdırmaq’dan f.is.

ÖRTÜB-BASDIRMAQ (ID - 32064)

f Üstünü örtmək, üstünü malalamaq, gizlətmək. Pis əməllərini örtüb-basdırmaq.

ÖRTÜCÜ (ID - 32065)

sif Bir şeyi örtən, pərdələyən, bir şeyin üzərinə çəkilən, üstünü örtən. Örtücü şüşə. Örtücü boya.

ÖRTÜK (ID - 32066)

is. 1. Hər hansı bir şeyin üzərinə çəkilən, salınan parça. Xonça örtüyü. - Pərinin anası ilə Əşrəf baba içəri girib ölünün üstünə bir örtük çəkdilər. Ə.Məmmədxanlı. Mən bir də gözlərimi dolandırıb baxdım, gördüm...

ÖRTÜKLÜ (ID - 32067)

sif Örtüyü olan, bir şeylə örtülmüş. Bunların qarşısında azca kənar; Yaşıl örtüklü bir böyük miz var. A.Səhhət. Hər iki divar uzunu ağ parusin örtüklü stullar düzülmüşdü. M.Hüseyn.

ÖRTÜLMƏ (ID - 32068)

“Örtülmək” dən f.is.

ÖRTÜLMƏK (ID - 32069)

f 1. Qapanmaq, bağlanmaq. Həyət qapısı örtüləndə sanki günəş də batdı. Tellinin sevinci yox olub getdi. Çəmənzəminli. ..Küçə qapısı açıldı, sonra da bərk örtüldü. Mir Cəlal.
Sarılmaq, qaplanmaq, çulğalanmaq. Göy üzü...

ÖRTÜLÜ (ID - 32070)

sif 1. Üzərinə qapaq qoyulmuş, ya örtü salınmış. Örtülü tabaqlarda paypay bölünmüş təzə qurbanlıq ət qonşulara paylanırdı. Mir Cəlal.
Örtülmüş, qapanmış. Örtülü qapı. Örtülü pəncərə.
məc. Gizli. Onunçun...

ÖRTÜLÜLÜK (ID - 32071)

is. Örtülü olma, qapalı olma, açıq olmama.

ÖRTÜLÜTOXUMLULAR (ID - 32072)

cəm, bot. Yumurtacıqları toxumluqla örtülü olan bitki dəstəsinin adı.

ÖRTÜNCƏK (ID - 32073)

is. Örtünməyə yarayan hər bir şey; bürüncək.

ÖRTÜNCƏKLİ (ID - 32074)

sif Örtüncəyi, bürüncəyi olan; bürüncəkli.

ÖRTÜNMƏ (ID - 32075)

"Örtünmək” dən f.is.

ÖRTÜNMƏK (ID - 32076)

qayıd. Öz üzünü, yaxud üstünü bir şeylə örtmək.

ÖRÜŞ (ID - 32077)

is. Mal-qara otarılan yer, geniş otlaq. Sürünü örüşə buraxmaq. - Bu zaman Nəbi örüşdə qoyun otarırdı. “Qaçaq Nəbi” . Səltənət camışı örüşə ötürüb qayıdırdı. B.Bayramov.

ÖSKÜRƏK (ID - 32078)

is. Adətən nəfəs yollarının xəstələnməsi və ya qıcıqlanması ilə əlaqədar olaraq qeyri-ixtiyari çıxarılan xırıltılı, xışıltılı səs; öskürtü. [0] cavab vermək istədi, lakin vərəm öskürəyi danışmağa macal vermədi....

ÖSKÜRƏKLİ (ID - 32079)

sif Öskürəklə birlikdə olan.

ÖSKÜRƏKOTU (ID - 32080)

is. bot. Gilli torpaqlarda, rütubətli dərələrdə, uçqunlarda və sahillərdə bitən çoxillik ot-bitki.

ÖSKÜRMƏ (ID - 32081)

“Öskürmək” dən f.is. Oskürmələr, asqırmalar, boğaz arıtmalar bir-birinə qarışdı. M.S.Ordubadi. Qaraltının öskürməsi Qüdrətəli üçün naməlumu aşkar etdi. T.Ş.Simurq.

ÖSKÜRTMƏ (ID - 32082)

“Öskürtmək” dən f.is.

ÖSKÜRTMƏK (ID - 32083)

icb. Öskürəyə səbəb olmaq, öskürək gətirmək. [Daşdəmir:] Başqa tütün çəkəndə məni öskürdür. M.Rzaquluzadə.

ÖSKÜRTÜ (ID - 32084)

b ax öskürək. Öskürtü səsi. Hava sakit, kənd səssiz olanda qonaqların öskürtüsü eşidilir. Ə.Vəliyev.

ÖSKÜRÜŞMƏ (ID - 32085)

“Öskürüşmək” dən f.is. Kolxoz tövlələrinin qabağında .. qoyun və keçilərin öskürüşməsi davam edirdi. Ə.Vəliyev.

ÖSKÜRÜŞMƏK (ID - 32086)

qarş. Birdən, bir-birinin dalınca öskürmək (çoxları haqqında). Qoyunlar gövşəyir, keçilər öskürüşür, itlər hürüşür, çobanlar səs eləyib bir-birinin yatmasına mane olurdular. Ə.Vəliyev.

ÖTƏ1 (ID - 32087)

əvəz. 1. Danışana görə əsas götürülən bir şeydən daha uzaq olan yeri, tərəfı bildirir (bəri müqabili). Otədə oturmaq. Otədən keçmək.
Bir şeyin dal tərəfi, dalı, arxası. Dağın ötə tərəfində. Stolun ötəsinə keçmək.
Sonrakı,...

ÖTƏ2 (ID - 32088)

sif Üstün, artıq, ötkün. Hazırcavablıqda bacı qardaşından ötədir. - İlyas Əsmər xalanın ərininkindən də ötə olan deyintilərinə dözə bilərdi. İ.Hüseynov.

ÖTƏ-BƏRİ (ID - 32089)

əvəz. Müxtəlif yerlər; orabura, o tərəf-bu tərəf. [Xəlil] xırda otağında bir-iki dəfə ötəyə-bəriyə gedib, sinirlərini yatırmaq üçün yazı masasına oturdu. Çəmənzəminli. [Molla Xəlil] ..qapının ötəsinibərisini yoxlamağa...

ÖTƏDƏKİ (ID - 32090)

sif O yandakı, o tərəfdəki. Bu aralıq fürsətdən istifadə edən Dövlət bəy və tapançası düşmüş Qurban ötədəki otağa atılıb içəridən qapını bağlayırlar. C.Cabbarlı.

ÖTƏKİ (ID - 32091)

sif O biri, digər, başqa. Bu kitabı yox, ötəki kitabı verin. Ötəki otaq bundan daha genişdir.

ÖTƏN (ID - 32092)

sif 1. Keçən, bundan əvvəlki, keçmiş. Ötən gün bizə gəlmişdi.
2. Ötənlərdə şəklində zərf - keçmişlərdə, keçmiş zamanda, keçmiş günlərdə, əvvəllərdə.

ÖTƏRGİ (ID - 32093)

bax ötəri1. Bəzən də ötərgi bir həyat qəmi; Ürəkdə böyüyüb bir dastan olur. S.Vurğun. [Oğlan] ötərgi Mustafanın kefini soruşdu. Mir Cəlal. ..Faytonçu bu mənzərəyə ötərgi baxıb atları qamçıladı. M.Hüseyn.

ÖTƏRİ1 (ID - 32094)

sif və zərf 1. Gözucu, tez, ani. Ötəri baxmaq. - Sərnişin qızın gizləndiyi kabinəyə ötəri nəzər salıb, aşağı endi. Q.İlkin.
məc. Səthi, dilucu, sözarası, könülsüz. Ötəri cavab. - [Yusif] Şahpərini Sərvnaz qarıgilin...

ÖTƏRİ2 (ID - 32095)

dan. b ax ötrü. Bir söyüşdən ötəri etmə əziyyət balama. M.Ə.Sabir. [Mehdi:] Xalqı incidirlər bizdən ötəri; Hünər meydanıdır igidin yeri. S.Rüstəm.

ÖTKƏM (ID - 32096)

sif. və zərf Dilli-dilavər, lovğa, dikbaş, təkəbbürlü. Ötkəm adam. - Biz görən deyil Abdulla paşa; Cürət bahəm edib, ötkəm olubdur. Q.Zakir. [Arazın] belə kəsərli və ötkəm sözləri podratçının xoşuna gəldi. A.Şaiq. Ötkəm-Ötkəm...

ÖTKƏMLİK (ID - 32097)

is. Lovğalıq, dikbaşlıq, təkəbbürlük.

ÖTKÜN (ID - 32098)

sif 1. Ötmüş, həddindən artıq yetişmiş (meyvə, taxıl haqqında). // Həddindən artıq bişmiş, vaxtından artıq od üstündə qalıb keyfiyyətini itirmiş (bişmiş haqqında).
Üstün. [Əlioğlu:] Hava açılır, bəlkə sən də getdin....

ÖTKÜNLÜK (ID - 32099)

is. Ötkün şeyin halı, keyfiyyəti.

ÖTMƏ1 (ID - 32100)

“Ötmək1’dən f.is

ÖTMƏ2 (ID - 32101)

“Ötmək2” dən f.is.

ÖTMƏK1 (ID - 32102)

f 1. Keçmək, keçib getmək, gəlib keçmək. Yoldan ötmək. - [Əsirlər] Aslanın, Uğurun və bir neçə partizanın köməyi ilə meşəni ötüb dağlara yetişdilər. S.Vəliyev. // Bir yerin, sahənin ortasından, içindən keçmək, keçib...

ÖTMƏK2 (ID - 32103)

f Oxumaq, cəh-cəh vurmaq, civildəşmək. Səhər açıldı, quşlar ötdü. Ə.Vəliyev. // məc. Tərənnüm etmək. Yaşıl yamacda qumru tək; Ötür yanıqlı bir tütək. Ə.Cəmil.

ÖTMÜŞ (ID - 32104)

f.sif 1. Ötüb-keçmiş, keçib-getmiş. Ötmüş günlər (hadisələr).
2. Aşmış, keçmiş, addamış. Üçüncü adam yaşı qırxı ötmüş bir kişi idi. Ə.Əbülhəsən. Ağayar ucaboylu, sifətcə çox yapışıqlı, yaşı təzəcə qırxı...

ÖTRÜ (ID - 32105)

1. qoş. Çıxışlıq halda olan sözlərdən sonra gələrək səbəb, ya məqsəd bildirir. Pəs rəfiqlərimi intizarçılıqdan çıxarmaqdan ötrü genə gərək bir neçə söz ərz edəm. Məmmədquluzadə. [Sevər] Qızları da göndərərəm...

ÖTÜB-KEÇMƏ (ID - 32106)

“Ötüb-keçmək” dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed