İzahlı lüğət

ÖLGÜN

sif Canlılığı, təzəliyi, təravəti qalmamış; düşkün, solğun. İyirmi beş bahar görmüş bu adam altmış xəzan keçirmiş qoca kimi yorğun, xəstəhal və ölgün (z.) görünürdü. A.Şaiq. Aynada [Züleyxanın] sifləti çox ölgün (z.) görünürdü. S.Rəhimov. // məc. Cansız, ölmüş kimi görünən. Bir saat əvvəl səssizlikdən ölgün kimi görünən təbiət birdən-birə canlanır. A.Şaiq. // məc. Zəif, solğun, sönük. Kiçik bir lampanın ziyası evə xəstə və ölgün bir işıq nəşr edirdi. S.Hüseyn. Yolun kənarlarında qazma daxmalardan ölgün çıraq işığı gəlir, qapılarda ucadan itlər hürüşürdü. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Ö

44

ÖN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed