Sizin hazırki nikiniz (ləğəbiniz)

Bölmə III

§27. Leksik norma. Hissə 1.

Test ID - 44694
Müəllif: Qonaq__585456 (Əlavə edilib: 27.04.2013)

Milli 1-cur yazılan şəkilçilərimiz hansılardır?

-lov, -sov, -ey, -gər, -daş, -gil
-keş, -xana, -lıq, -lov
-lov, -sov, -ey, -liq, -dan
-siniz, -ış, -daki, -ki
-imtil, -araq, -madan

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Leksik normanın pozulduğu cümləni göstərin:

Qulağıma hardansa bir səs toxundu
Hər şey unudulmuşdur
Şagirdlərin ikisi dərsə hazır gəlməmişdilər
Qüdrətin böyükdür, çünki insansan

Müraciət etiketlərini göstərin:

Salam, bağışlayın, gecəniz xeyrə qalsın
Buyurun, əyləşin, xanım, cənab
Oğlum, uğur olsun, sağ olun
Təbrik edirəm, qızım, cənab

Özləşmə meyli haqqında fikirlərdən biri səhvdir:

Müasir Azərbaycan dilinin lüğət tərkibində 60 – cı illərdən başlayaraq özləşmə meylləri müşahidə olunur
Dili tərk etmiş bir sıra türk mənşəli sözlərin yenidən qayıtması da özləşmə prosesinin təsiri ilə baş verir
Özləşmə dedikdə hər cür söz yaradıcılığı başa düşülür
Özləşmə üç yolla gedir

Aşağıdakı fikirlərdən biri səhvdir:

Azərbaycan dilindəki leksik şəkilçilər işlənmə yerinə görə ön və son şəkilçilər qrupuna bölünür
Bəzən bir sözə bir deyil, iki və daha artıq şəkilçi artırıla bilir
Morfoloji yolla söz yaratmaq prosesi söz köklərinə qrammatik şəkilçilər yaratmaqla yaranır
Dildə sözlərin öz əvvəlki mənasından fərqli olan yeni məna kəsb etməsinə leksik yolla söz yaratmaq deyilir

Nitq istisnaları hansı şəraitdə meydana çıxır?

Öz dövrünü keçirmiş nitq vahidləri bu və ya digər üslubda “ ilişib ” qalanda
Cümlədə durğu işarələri düzgün qoyulmadıqda
Orfoepiya qaydalarına əməl edilmədikdə
Qrammatik normalara etinasızlıq göstərildikdə

« O, ömrünü boş – boşuna keçirdi » cümləsində nitqin hansı şərti pozulmuşdur?

İfadəlik
Düzgünlük
Dəqiqlik
Həm düzgünlük, həm dəqiqlik

Müasir Azərbaycan ədəbi dilinin normaları haqqında fikirlərdən biri düzgündür:

Dilin xarici quruluşunu onun fonetikası, leksikası və qrammatikası təşkil edir
Müasir Azərbaycan ədəbi dilinin normaları bu dilin dialekt, yaxud şivələrinə məxsus normalardan və xalq danışıq dilindəki qeyri – sabit normalardan fərqlənmir
Ədəbi dilin normaları bir sistem olsa da, onların müstəqilliyi də vardır
Fonetik normada dəyişmə tez olur

Dialekt sözü müəyyən edin:

Qarğıdalı
Doqqaz
Dəsmal
Çörək

Nitqin aydınlığı dedikdə nə başa düşülür?

Üslubi kateqoriyadır, nitqin keyfiyyətidir
Nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğudur
Heç bir çətinlik çəkmədən izah və şərhə, əlavə vasitələrə tələb yaranmadan başa düşülməsidir
Nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji və fizioloji aktların sistemidir

Yazı ilə bağlı fikirlərdən hansı düzgündür?

Şəkli və fikri yazılardan bu gün istifadə olunmur
Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir
Yazının ən qədim forması ideoqrafik yazıdır
Yazının ən mükəmməl, ən çevik forması sillabik yazıdır

Sözlərin mənşəyini dilçiliyin hansı sahəsi öyrənir

Morfologiya
Fonetika
Orfoepiya
Etimologiya
Leksikologiya

1964-1987 ci illərdə nəşr olunmuş “Azərbaycan dilinin izahlı lüğəti” kitabının müəllifi və rəhbəri kim olmuşdur?

Əliheydər Orucov
Heydər Hüseynov
Mirzə Kazımbəy
Üzeyir Hacıbəyov
Əliağa Şıxlinski

Qeyd olunan fikirlərdən biri səhvdir:

Dil əsasdır, nitq ondan törəmədir
Dil tarixən az dəyişkəndir, nitq isə çox dəyişkəndir
Dil və nitq ünsiyyət vasitələridir
Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi çox mürəkkəb bir hadisədir

Dil haqqında fikirlərdən biri səhvdir:

Dil sırf bioloji hadisədir
Dil cəmiyyətdə ünsiyyət vasitəsi kimi işlənir
Dil ictimai hadisədir
Dil orqanizmdə ikinci siqnal sisteminin nəticəsidir ki, bu da canlılardan ancaq insana aiddir

Azərbaycan dövləti beynəlxalq münasibətlərdə hansı dildə təmsil olunur?

Türk dilində
Rus dilində
İngilis dilində
Azərbaycan dilində

Aşağıdakılardan biri Azərbaycan xalqının varlığı üçün əsas amillərdəndir:

Azərbaycan dili
Dövlət rəmzləri
Azərbaycan nefti
Azərbaycan əlifbası

Azərbaycan – türk milli dili nə zaman formalaşmışdır?

XVI əsrin sonlarından
XIV əsrin axırlarında
XXəsrin əvvəllərində
Eramızdan əvvəl I minillikdə

Hansı nitq təmiz nitq hesab olunur?

Terminlərlə zənginləşdirilən
Neologizmlərdən ibarət olan
Qısa, yığcam nitq
Dialekt və şivə elementləri olmayan

Biri alınma söz deyil.

hiss
ana
mədəniyyət
Allah
futbol

Bu nitq normalarından hansında dəyişkənlik daha tez olur?

Qrammatik
Leksik
Fonetik
Həm fonetik, həm leksik

Nitq etiketləri haqqında səhv fikri göstərin:

Nitq etiketlərindən yerli – yerində istifadə olunması ünsiyyətin normal gedişinə, anlaşmaya kömək edir
Elə nitq etiketləri vardır ki, əsrlər, minilliklər boyu sabit qalır
Elə nitq etiketləri vardır ki, müəyyən dövrdə, mərhələdə işlənib, sonra ünsiyyətdən çıxır
Yoldaş! Vətəndaş! müraciət formaları fəal işlənən nitq etiketləridir

Çoxmənalılıq yaradan sözlər hansı nitq hissəsinə aid olur?

Həmişə eyni nitq hissəsinə aid olur
Yalnız əsas nitq hissəsinə aid olurlar
Yalnız köməkçi nitq hissəsinə aid olurlar
Heç bir nitq hissəsinə aid olmurlar

Azərbaycan nümayəndə heyətinin üzvünün Avropa Şurasındakı çıxışı natiqliyin hansı sahəsinə aiddir?

Siyasi natiqlik
İşgüzar natiqlik
İnzibati – idarə natiqliyi
Akademik natiqlik

Azərbaycan ədəbi dilinin hansı normasında dəyişmə gec olur?

Fonetik
Leksik
Qrammatik
Həm fonetik, həm leksik

Şəkilçi artırıldıqda vurğunu özündə saxlayan alınma sözləri göstərin:

Dünyagörünüşü, Ağdam, Ağdaş
Firma, ferma, kosmos
Fonetika, Afrika, ildırım
qıpqırmızı, əvvəl, lakin
alma, gəlin, lakin
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.