Sizin hazırki nikiniz (ləğəbiniz)

Bölmə I

§5. Azərbaycan dili haqqında ümumi məlumat. Hissə 1.

Test ID - 51697
Müəllif: Admin (Əlavə edilib: 27.10.2011)

Azərbaycan dili haqqında verilən fikirlərdən biri səhvdir:

Azərbaycan dili Azərbaycanda millətlərarası ünsiyyət vasitəsidir
Morfoloji quruluşuna görə Azərbaycan dili aqqlütinativ ( iltisaqi ) dil tipinə aiddir
Dünyada ən çox Azərbaycan dilində danışan insanların yaşadığı ölkə Azərbaycan Respublikasıdır
Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu, qrammatik quruluşu ilk orta əsrlərdə təşəkkül tapmışdır

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Azərbaycan ədəbi dilinin hansı normasında dəyişmə gec olur?

Fonetik
Leksik
Qrammatik
Həm fonetik, həm leksik

Nitq haqqında fikirlərdən biri yanlışdır:

O nitq forması düzgün hesab olunur ki, orada dilin fonetik, leksik, qrammatik qayda – qanunları pozulmasın
Nitqin ifadəliliyi – fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsini tapmaqla müəyyən edilir
Mədəni nitq həm də dəqiq olmalıdır
Nitqin düzgünlüyü nitq mədəniyyətinin birinci şərtidir

Jest nədir?

əl – qol hərəkətləri
bədii natiqlik
üz əzələlərinin mənalı hərəkəti
nitq etiketləri

Hansı ədəbi dilin normalarına aid deyil?

leksik
qrammatik
orfoepik
fonetik

Yazının ən qədim forması:

Hərfi
Əşyavi
Fikri
Şəkli

Aşağıdakı fikirlərdən biri səhvdir:

Azərbaycan türkcəsində söz sonunda o, ö, e saitləri gəlməz
Fellərin hamısı türk mənşəli sözlərdir
Azərbaycan türkcəsində o, ö, e saitləri ilə şəkilçilər işlənməz
Daxilində təkrar olunan qoşa samitli sözlər alınmadır

Dialekt sözlər nəyə deyilir?

Hər hansı bir zonada yaşayan bir qrup əhalinin dilində işlənən söz və ifadələr
Müəyyən elm sahələrinə aid olan sözlər
Mənası hamı tərəfindən anlaşılan sözlərə
Hamı tərəfindən istifadə olunmayan və anlaşılmayan sözlər

Uyğun variantı seçin:

Ritorika - ədəbi dilin normaları
Mimika – nitqə uyğun əl – qol hərəkətləri
Nitq istisnaları - ədəbi dildəki qeyri – normativ hallar
Jest – üz əzələlərinin mənalı hərəkəti

Müraciət etiketlərini göstərin:

Salam, bağışlayın, gecəniz xeyrə qalsın
Buyurun, əyləşin, xanım, cənab
Oğlum, uğur olsun, sağ olun
Təbrik edirəm, qızım, cənab

Şəkilçi artırıldıqda vurğunu özündə saxlayan alınma sözləri göstərin:

Dünyagörünüşü, Ağdam, Ağdaş
Firma, ferma, kosmos
Fonetika, Afrika, ildırım
qıpqırmızı, əvvəl, lakin
alma, gəlin, lakin

Tarixizm sözlər olan sıranı seçin:

darğa, nazir, abbası
koxa, çuxa, batman
ərən, tanıq, əsən
varmaq, darğa, kolxoz

Azərbaycan – türk milli dili nə zaman formalaşmışdır?

XVI əsrin sonlarından
XIV əsrin axırlarında
XXəsrin əvvəllərində
Eramızdan əvvəl I minillikdə

Bu nitq normalarından hansında dəyişkənlik daha tez olur?

Qrammatik
Leksik
Fonetik
Həm fonetik, həm leksik

Bu fikirlərdən hansı səhvdir?

Nitq mədəniyyətinin ən mühüm şərti, ədəbi dilin normalarına əməl etməkdir
Nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır
Nitqin dəqiqliyi dedikdə üslub baxımından ən uğurlu bədii dil vahidinin işlədilməsi nəzərdə tutulur
Nitq mədəniyyəti nitqin ortaya çıxması üçün lazım olan ictimai, psixoloji və fizioloji proseslərin toplusudur

Dilin birinci funksiyası nədir?

Dil insanı əhatə edən əşya və hadisələrin adlarını bildirir
Dil fikri ifadə edir
Dil cəmiyyətdə ünsiyyət vasitəsidir
Dil ünsiyyət prosesidir

Vurğusu birinci hecaya düşən sözlər hansıdır?

Gözəl, sonra, yazıçı
Yazıçılıq, ana, nabələd
Kamera, lakin, Dante
Bəzi, gövdə, yamyaşıl

Verilənlərdən biri fonemə aid deyil:

Zaman – saman
Dağ – sağ
Kol – kos
Tələ - dələ

Türk dilləri haqqında aşağıdakılardan biri səhvdir:

Qohum dillərin hamısına birlikdə bir dil ailəsi deyilir
Dil şaxələrinə dil qrupları da deyilir
Bu gün dünyada 3.500 – dən çox dil var
Azərbaycan dili, qaqauz dili, Türkiyə türkcəsi qıpçaq qrupunu təşkil edir

Fəal danışıq üzvləri hansılardır?

ağız boşluğu, qırtlaq və səs telləri
dişlər, burun boşluğu, ağız
nəfəs borusu, ağ ciyər, dil
dodaqlar, dil, səs telləri
heç biri deyil

Biri natiqliyin sahəsi deyil:

Bədii natiqlik
Siyasi natiqlik
İşgüzar natiqlik
Publisistik natiqlik

"Irlandiya" sözü ilə "yazarkən" sözündə vurğu neçənci hecaya düşür?

1-ci hecaya düşür.
2-ci hecaya düşür.
3-cu hecaya düşür.
4-cu hecaya düşür.
5-ci hecaya düşür.

Rəsmi müraciət etiketi hansıdır?

Oğlum
Cənab
Xanım
Əzizim

Özləşmə meyli haqqında fikirlərdən biri səhvdir:

Müasir Azərbaycan dilinin lüğət tərkibində 60 – cı illərdən başlayaraq özləşmə meylləri müşahidə olunur
Dili tərk etmiş bir sıra türk mənşəli sözlərin yenidən qayıtması da özləşmə prosesinin təsiri ilə baş verir
Özləşmə dedikdə hər cür söz yaradıcılığı başa düşülür
Özləşmə üç yolla gedir

Vurğu haqqında deyilənlərdən biri yanlışdır:

Azərbaycan dilində vurğunun 3 növü var
Azərbaycan dilində söz kökünə şəkilçi artırılarkən, bir qayda olaraq vurğu sözün əvvəlinə doğru istiqamətlənir
Sözdəki hecalardan birinin digərinə nisbətən qüvvətli tələffüz olunması heca vurğusu adlanır
Dilimizdə elə şəkilçilər var ki, onlar vurğu qəbul etmir

Bu tip dillərdə sözün kökü içəridən dəyişir və şəkilçi sözün əvvəlində, axırında gəlir:

Flektiv
Həm iltisaqi, həm kök dillər
Kök dillər
İltisaqi dillər
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.