Sizin hazırki nikiniz (ləğəbiniz)

Fonetik norma

Fonetik norma. Hissə 1.

Test ID - 47523
Müəllif: Admin (Əlavə edilib: 01.04.2011)

“ Yazın əvvəlində yola çıxan karvan Miyanəyə yaxınnaşanda aləmi gül – çiçək bürümüşdü ” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

Qrammatik
Leksik
Fonetik
Həm fonetik, həm qrammatik

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Alınma sözlər cərgəsini göstərin

Vətən, ana, sait
Məktub, şəfəq, təbii
Səkkiz, uşaq yurd
Motor, torpaq, yeddi
Bacı, su, oxumaq

Azərbaycan dili hansı xüsusiyyətlərinə görə iltisaqi dillərə aiddir?

Morfoloji quruluşuna görə
Ahəng qanunun möhkəmliyinə görə
Alınma sözlərə görə
Türk dilləri ilə qohumluğuna görə

Aşağıdakı fikirlərdən biri səhvdir:

Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normalar əsasında fəaliyyət göstərən formasıdır
Ədəbi dil xalq dilinin cilalanmış təzahürüdür
Ədəbi dilin yazılı və şifahi formaları var
Şifahi ədəbi dilin ilk nümunələri dövlət sənədlərinin, dövlət başçılarının məktublarının dili olmuşdur

Uyğun variantı seçin:

Ritorika - ədəbi dilin normaları
Mimika – nitqə uyğun əl – qol hərəkətləri
Nitq istisnaları - ədəbi dildəki qeyri – normativ hallar
Jest – üz əzələlərinin mənalı hərəkəti

Azərbaycan nümayəndə heyətinin üzvünün Avropa Şurasındakı çıxışı natiqliyin hansı sahəsinə aiddir?

Siyasi natiqlik
İşgüzar natiqlik
İnzibati – idarə natiqliyi
Akademik natiqlik

Azərbaycan Respublikasında bütövlükdə latın qrafikasına keçilməsi nə vaxta qədər təmin edilmişdir?

12 noyabr 1995 – ci ildə
22 dekabr 1992 – ci ilə qədər
1 avqust 2001 – ci ilə qədər
28 may 1918 – ci ilə qədər

Terminlər nəyə deyilir?

Müxtəlif bölgələrdə işlənən sözlərə deyilir
Müxtəlif peşə sahələri aid olan sözlərə deyilir
İsimdir
Fonetikaya deyilir
sözbirləşmələrinə deyilir

İntonasiya cümlədə hansı mənanın ifadəsinə xidmət edir?

Sintaktik mənaların
Leksik mənaların
Qrammatik mənaların
Həm leksik, həm də qrammatik mənaların

Nitq istisnaları nədir?

ayrı – ayrı müəlliflərin nitqində köhnəlmiş sözlərdən istifadə
ədəbi dil normasının pozulması
üslublardan birinin ədəbi dildə aparıcı rol oynaması
ədəbi dildəki qeyri – normativ hallar

Nitq əsasdır, yoxsa dil?

Nitq
Hər ikisi
Dil
Nitq əsasdır dil ondan törəmədi
Heç biri

Vurğu haqqında aşağıdakı fikirlərdən biri düzgündür:

Sözlərdə hecalardan birinin və cümlələrdə sözlərdən birinin digərlərinə nisbətən qüvvətli tələffüz olunmasına vurğu deyilir
Azərbaycan dilində vurğunun iki növü var
Türk mənşəli sözlərdə vurğulu heca sözün əvvəlində gəlir
Dilimizdəki bütün şəkilçilər vurğu qəbul edir

Hansı nümunədə ədəbi dilin orfoepik norması pozulmuşdur:

[ mə:llim ]
[ otax ]
[ mənnən ]
[ şəfək ]

Azərbaycan dilindən sayca daha çox insanın istifadə etdiyi yer haradır?

Cənubi Azərbaycan
Türkiyə
Azərbaycan Respublikası
Zaqafqaziya

Şəkilçi artırıldıqda vurğunu özündə saxlayan alınma sözləri göstərin:

Dünyagörünüşü, Ağdam, Ağdaş
Firma, ferma, kosmos
Fonetika, Afrika, ildırım
qıpqırmızı, əvvəl, lakin
alma, gəlin, lakin

Fonetik normanın pozulmadığı cümləni seçin:

Leyli və Məcnun poeması Füzuli yaradıcılığının zirvəsidir
Kim nə bilir gələ, gəlməyə
Kərim kədərli vəziyyətdə dalğalara baxırdı
Mən ölüm qoy çalsınlar, mən istəyirəm, oynuyum

Biri müraciət etiketlərinə aid deyil:

Cənab
Qızım
Bağışlayın
Vətəndaş

Özləşmə meyli haqqında deyilənlərdən biri düzgündür:

Müasir Azərbaycan dilinin lüğət tərkibində 70 – cı illərdən başlayaraq özləşmə meylləri müşahidə olunur
Özləşmə dedikdə hər cür yeni söz yaradıcılığı başa düşülür
Azərbaycan xalqının müstəqillik qazanması Azərbaycan dilində özləşmə prosesi üçün sosial – ideoloji şərait yaratmamışdır
Dili tərk etmiş bir sıra türk mənşəli sözlərin yenidən qayıtması da özləşmə prosesinin təsiri ilə baş verir

Frazeoloji vahidlər haqqında aşağıdakılardan biri səhvdir:

Frazeoloji birləşmələr sintaktik baxımdan parçalanır
Frazeoloji birləşmələr bir cümlə üzvü olur
Frazeoloji birləşmələr omonimlik, sinonimlik, antonimlik yarada bilir
"Nənəsinin nəsihəti Arifin bir qulağından girib, o biri qulağından çıxdı" cümləsi frazeoloji birləşməyə  bir  nümunədir.

Fəal danışıq üzvləri hansılardır?

ağız boşluğu, qırtlaq və səs telləri
dişlər, burun boşluğu, ağız
nəfəs borusu, ağ ciyər, dil
dodaqlar, dil, səs telləri
heç biri deyil

Nitq mədəniyyətinin əsasını nə təşkil edir?

təbəssümlü, xoş rəftar olmaq
jestlərdən istifadə etmək
ədəbi dil normalarına əməl etmək
natiqlik sənətinə yiyələnmək

Vurğusu birinci hecaya düşən sözü göstərin

Maarif
Dovğa
Sonra
Yamyaşıl
Faciə

Leksik normanın pozulduğu cümləni göstərin:

Qulağıma hardansa bir səs toxundu
Hər şey unudulmuşdur
Şagirdlərin ikisi dərsə hazır gəlməmişdilər
Qüdrətin böyükdür, çünki insansan

Tarixizm sözlər olan sıranı seçin:

darğa, nazir, abbası
koxa, çuxa, batman
ərən, tanıq, əsən
varmaq, darğa, kolxoz

Dil normalarına uyğun gələn nitq:

Düzgün nitqdir
Aydın nitqdir
Yığcam nitqdir
Obrazlı nitqdir

Nitqin düzgün tərifini tapın:

Nitq – ünsiyyət vasitəsi olub, mücərrəd işarələr sistemindən ibarətdir
Nitq – ünsiyyət prosesidir, bu və ya digər məlumatın ifadə tələbinə uyğun olaraq dilin ifadə imkanları əsasında meydana çıxır
Nitq – nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji və fizioloji aktların sistemidir
Nitq ünsiyyət vasitəsidir
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.