Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

CUQQULDAMAQ (ID - 6370)

f 1. Bax cikkildəmək.
2. məc. Ötmək, birnəfəsə danışmaq. Nə cuqquldayırsan?

CULFA (ID - 6371)

is. köhn. Əl hanasında pambıq parça toxuyan adam, toxucu. Culfa kəfənsiz ölər. (Ata. sözü). Atam əllaf babam dülgər idi; Qardaşım culfa, əmim kargər idi. M.Ə.Sabir.

CULFALIQ, CULFAÇILIQ (ID - 6372)

CUMBULU (ID - 6373)

sif. dan. Çox kiçik, çox balaca, bambalaca. Cumbulu uşaq.

CUMBULULUQ (ID - 6374)

is. dan. Balacalıq, kiçiklik.

CUMDURMA (ID - 6375)

“Cumdurmaq”dan f.is.

CUMDURMAQ (ID - 6376)

icb. 1. Sürətlə, tez, cəld qaçırtmaq.
2. Hücum etdirmək, hücuma təhrik etmək, məcbur etmək.

CUMMA (ID - 6377)

“Cummaq”dan f.is.

CUMMAQ (ID - 6378)

f 1. Sürətlə, cəld qaçmaq, cəld getmək, ayaq alıb gəlmək, ya getmək. Evə cummaq. Adamlara tərəf cummaq. - ..Pristav özü atdan düşüb, içəriyə cumdu. M.Hüseyn. Sənəm .. çuvallara tərəf cumdu. Ə.Əbülhəsən.
// məc. Üstünə...

CUMUXMAQ (ID - 6379)

CUNA, CUNAYI (ID - 6380)

bax tənzif. ..Yasəmən uşağı beşiyə qoyub, cuna ilə üzünü örtür. S.S.Axundov.
// Tül rübənd, qaz-qaz, qaz örtük. Gülpərinin üzünə, köhnə toylarda olduğu kimi, cuna çəkmişdilər. M.Hüseyn.

CUNALI (ID - 6381)

sif. Başına, ya üzünə cuna salmış.
// Rübəndli, tüllə örtülü. Atalı, analı gözəl; Ağ üzü cunalı gözəl; Əlləri xınalı gözəl; Gözəl, sənin vəfan yoxmuş. (Qoşma).

CUNQUŞ (ID - 6382)

bax cumbulu. Cunquş oğlan.

CUR (ID - 6383)

is. Özünə tay, bərabər; yoldaş, həmtay, bir yerdə oturub-duran yoldaşlardan hər biri. Qızxanım curları ilə duvaqqapmada şirin söhbətə məşğul ikən Vaqif də Mədinənin vüsalına qovuşurdu. Çəmənzəminli.
□ Cur olmaq -...

CUR-CUR (ID - 6384)

təql. Acından bağırsaqlarda əmələ gələn səs.
□ Cur-cur eləmək - curuldamaq. [Almaz:] Acından qarnımız curcur eyləyir. N.Vəzirov.

CURLAŞMA (ID - 6385)

“Curlaşmaq”dan f.is.

CURLAŞMAQ (ID - 6386)

f. Yoldaş olmaq, dost olmaq, həmtay olmaq.

CURULDAMA (ID - 6387)

“Curuldamaq”dan f.is.

CURULDAMAQ (ID - 6388)

f. Cur-cur eləmək, quruldamaq. Qarnı curuldamaq. - Öküz inildəməkdən qarnı curuldayır. Ə.Vəliyev.

CUŞ (ID - 6389)

is. [fars.] Coşma, qaynama; qələyan, həyəcan.
□ Cuş eyləmək - coşmaq, qələyana gəlmək, qaynamaq, cuşa gəlmək, qızışmaq. [Harun:] Eşqimiz cuş eyləyib artmaqdadır gündən-günə. Ü.Hacıbəyov. Cuşa gəlmək - coşmaq, qızışmaq,...

CUVAR (ID - 6390)

is. Suvarma suyunu bölüşdürən adam. Suçıxmaz arxa cuvar qaydalar, adımı da qoydular yarıtmaz. (Ata. sözü). Yeganə giriş yoluna [Əlləzoğlu] ..qəsdən su buraxıb, bir yaba tikan qoyubmuş ki, cuvar adlaya bilməsin. İ.Hüseynov.

CÜBBƏ (ID - 6391)

is. [ər.] Keçmişdə: üstdən geyilən uzun ətəkli, enli, düyməsiz geyim. Qocalarımız, cavanlarımız uzun börk qoyardılar, təpəçuxa və cübbə geyərdilər. Ə.Qəmküsar. [Vəzir Xacə Məsuda:] Buyur, tez mənim qırmızı cübbəmi...

CÜBBƏLİ (ID - 6392)

sif. Cübbə geymiş. Bir çılpağı min cübbəli soya bilməz. (Ata. sözü). Ayaq üstə dolaşan şal sarıqlı, qısa cübbəli gənc bir əxi Mirzə Əbdülvahaba yer göstərdi. Çəmənzəminli.

CÜCƏ (ID - 6393)

is. Toyuq balası. Əlimi hinə soxub, suyun içindən cücələrin cəmdəklərini bir-bir çıxartdım. A.Şaiq. [Hörmət] həmişə cücə və yumurta satmaqla da çörək pullarının bir qismini çıxarardı. Ə.Sadıq.
□□ Cücə kimi -...

CÜCƏGÖZ (ID - 6394)

sif. Xırdaca gözləri olan. Cücəgöz adam.

CÜCƏGÖZÜ (ID - 6395)

is. dan. Xal-xal. Cücəgözü parça. - Qərənfil xala keçən il tikdirdiyi cücəgözü çit döşlüyü ilə yapışıb qazanı yerə düşürdü. Ə.Vəliyev.

CÜCƏPLOV (ID - 6396)

CÜCƏRDİLMƏ (ID - 6397)

“Cücərdilmək”dən f.is.

CÜCƏRDİLMƏK (ID - 6398)

məch. Bəslənib yetişdirilmək, becərilmək.

CÜCƏRMƏ (ID - 6399)

“Cücərmək”dən f.is.

CÜCƏRMƏK (ID - 6400)

f. Yetişmək, boy atmaq, torpaqdan çıxmaq, görünməyə başlamaq (bitki haqqında). Havalar qızdıqca çiyid cücərirdi.
Yerdə göy otlar cücərdi; Geniş tarlalar göyərirdi. M.Dilbazi. Bayırda cücərib min gül, min çiçək; Əriyir...

CÜCƏRTİ (ID - 6401)

is. Torpaqdan görünən, başı çıxan bitki. Cücərti əmələ gələn gündən sahədə seyrəltmə işləri aparılır.

CÜCƏRTMƏ (ID - 6402)

“Cücərtmək”dən f.is.

CÜCƏRTMƏK (ID - 6403)

f. Becərərək, bəsləyərək yetişdirmək (toxumu, bitkini). Dəni cücərtmək.

CÜCÜ (ID - 6404)

is. zool. Milçək, arı, qarışqa kimi buğumayaqlılara verilən ümumi ad; böcək. Amma cücülərdən bir çoxu sübh açılmasından bixəbər idi. A.Divanbəyoğlu. [Nəzirə] başmağının bir tayında cücü görmüş, çimçəşdiyi üçün...

CÜCÜYEYƏN (ID - 6405)

sif. zool. Cücü ilə qidalanan, həşərat yeyən. Cücüyeyən quşlar.

CÜFT (ID - 6406)

CÜKKÜLDƏMƏ (ID - 6407)

“Cükküldəmək”dən f.is.

CÜKKÜLDƏMƏK (ID - 6408)

f Cük-cük eləmək, “cük-cük” səs çıxarmaq. [Tanya Toğrula:] Bura bax, indi də qurbağanın yerinə özün cükküldəyirsən. C.Cabbarlı.

CÜLGƏ (ID - 6409)

is. məh. Quraqlıq yerlərdə təbii nohur.

CÜLLÜT (ID - 6410)

is. zool. Uzundimdikli, nazikayaqlı, tükü naxışlı köçəri quş. Bir dəstə cüllüt qalxdı və “Qara güzgü ”nün üstündən keçdi. H.Seyidbəyli.

CÜLUS (ID - 6411)

is. [ər.] Hökmdarın taxta çıxması. 0ah Abbasın cülusundan altı il keçib, yeddinci il başlanmışdı ki, aşağıda zikr olunan qəziyyə vaqe oldu. M.F.Axundzadə. [Çopo:] Ərdicanın cülusu bir o qədər də təntənəli keçmədi, xalq...

CÜMƏ (ID - 6412)

is. [ər.] Həftənin beşinci günü; cümə axşamından sonra gələn gün. [Hacı:] Hazırla, ay xalaqızı, cümə günü gələcəyəm! Mir Cəlal.
□ Cümə axşamı - həftənin dördüncü günü. [Nənəxanım:] A kişi, .. bir yerdə yeyək,...

CÜMƏXATAN (ID - 6413)

is. Sandıq, yorğan-döşək, və s. qoymaq üçün evin iç divarında düzəldilən oyuq, boş yer. Otağın divarlarındakı cüməxatanda böyük sandıqların üstə ipək, zərzər üzlü əlvan yorğan-döşəklər qoyulardı. H.Sarabski.

CÜMHURİYYƏT (ID - 6414)

[ər.] bax respublika. Azərbaycan Xalq Cümhuriyyəti. - Meşinov bütün varlığı ilə etiraz etdi: - Yox, yox, cümhuriyyət yox, bu, bütün Şərq məsələsidir! S.Rəhman.

CÜMHURİYYƏTÇİ (ID - 6415)

b a x respublikaçı.

CÜMLƏ (ID - 6416)

is. 1. dilç. Bitmiş bir fikri ifadə edən söz birləşməsi və ya söz. Sadə cümlə. Sual cümləsi. Budaq cümlə.
Hamı, hamısı, bütün. Cümlə karvan əhli heyran qaldı, hamıdan da artıq bu sirrə təəccüb edən Məmməd oldu.. E.Sultanov,...

CÜMLƏQAYĞI (ID - 6417)

sif. və is. Hamının dərdini çəkən, hamıya qayğı göstərən, canyandıran, qayğıkeş. Cümləqayğı adam.

CÜMLƏQAYĞILIQ (ID - 6418)

is. Hamının dərdinə qalma, hamının qayğısını çəkmə. Əfruz bacı bir də özü Nənəqızı Balaxana tapşırmaq istədi. Çünki onda belə bir cümləqayğılıq xasiyyəti də vardı. S.Rəhimov. [Allahqulu Çimnaza:] Oğlunnan sən bəs...

CÜMLƏPƏRDAZ (ID - 6419)

is. [ər. cümlə və fars. ...pərdaz] Danışığında və yazısında qəliz, təmtəraqlı cümlələr, ibarələr işlətməyi sevən adam.

Bu səhifə 16 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif