Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

CÜMLƏPƏRDAZLIQ (ID - 6420)

is. Qəliz və təmtəraqlı cümlələr, ibarələr işlətməyi sevmə. Politexnik təlim haqqında ümumi mülahizələr yeritməkdən, cümləpərdazlıqdan və doqmatizmdən əl çəkərək, müasir həyatın, xalq təsərrüfatının qarşıya qoyduğu...

CÜMLƏSİ (ID - 6421)

bax cümlətani. Tutub cümləsini, çatın qol-qola. H.K.Sanılı.

CÜMLƏTANİ (ID - 6422)

zərf [ər.] Hamılıqla, hamısı bir yerdə, yekunu. Cümlətani on beş kişi idi: hamısı əsgər geyimli, dəri papaqlı idi. Çəmənzəminli. [Həsən:] Cümlətani eləyir iki manat on dörd şahı üç qəpik. Ə.Haqverdiyev. [Mazandaranski:]...

CÜNB (ID - 6423)

is. [ər.] köhn. Yan, yan tərəf, nəzd. 1879-cu ildə .. Qori şəhərində xristian darülmüəlliminin cünbündə müsəlman şöbəsi açıldı.. F.Köçərli. Xatırımdadır, qardaşım “mollaxanada” məhəlləmizdə Qasımbəy məscidi cünbündəki...

CÜNG (ID - 6424)

is. [fars.] Şairlərin seçmə əsərləri, yaxud beytlərin əlyazma toplusu. Fars dilində yazılmış cüng.

CÜR (ID - 6425)

is. [bəzən “cürə” şəklində də işlənir]
Növ, çeşid, qisim. Mağazada yüz cür şey var.
□ Hər cür - hər növ, ürəyin istəyən, ən müxtəlif. [Rəsul] hər cür yeməkdən araya gətirdi. “Aşıq Qərib”. Qızın qohuməqrəbaları...

CÜRBƏCÜR (ID - 6426)

sif. Müxtəlif. Cürbəcür kitablar almaq. Cürbəcür tamaşalara baxmaq. Cürbəcür şəhərlər gəzmək. - Məmmədbağırın başına cürbəcür planlar gəlirdi. S.Hüseyn. Cürbəcür bioloqlar cinsiyyət və irsiyyət haqqında cild-cild elmi...

CÜRBƏCÜRLÜK (ID - 6427)

is. Cürbəcür olma, müxtəliflik, başqa-başqalıq.

CÜRDƏK (ID - 6428)

is. Gildən, saxsıdan, şüşədən və s. materialdan qayrılan darboğazlı su qabı. [Çoban:] Çox uzaq getmə, elə oradan mənim cürdəyimi götür, bəri gəl. Ə.Haqverdiyev. [Cəmil] ..balaca saxsı cürdəyi götürüb su gətirdi. Xanıma...

CÜRƏ1 (ID - 6429)

is. Bir qurtum içki, su; bir udumda içiləcək maye. [Kişi:] Bir cürə mənə su ver. Ə.Haqverdiyev.

CÜRƏ2 (ID - 6430)

sif. Çox balaca, çox kiçik, xırdaca, boy atmamış, sısqa. Cürə uşaq.

CÜRƏ3 (ID - 6431)

is. zool. Qızılquş növündən alıcı kiçik quş.

CÜRƏ-CÜRƏ (ID - 6432)

bax cürbəcür.

CÜRƏLƏŞMƏ (ID - 6433)

“Cürələşmək”dən f.is.

CÜRƏLƏŞMƏK (ID - 6434)

f Balacalaşmaq, kiçikləşmək, sısqalaşmaq. Uşaq getdikcə cürələşir.

CÜRƏT (ID - 6435)

is. [ər.] Cəsarət, igidlik, hünər, ciyərlilik, ürəklilik, qorxmazlıq. [Nüşabə:] Bir bu gəncdə hünərə, cürətə bax! A.Şaiq. Buna daha artıq qüvvə, daha böyük cürət lazım idi. T.Ş.Simurq.
□ Cürət etmək (eləmək) -...

CÜRƏTLƏ (ID - 6436)

zərf Qorxmadan, cəsarətlə, igidcəsinə. Cürətlə irəli yerimək. Cürətlə soruşmaq.

CÜRƏTLƏNDİRMƏ (ID - 6437)

“Cürətləndirmək”dən f.is.

CÜRƏTLƏNDİRMƏK (ID - 6438)

f. Cəsarətləndirmək, ürəkləndirmək, cəsarətə gətirmək. Bu adamın çox da bənd olmaması, özünü sakit və soyuqqanlı göstərməsi Zoranı cürətləndirdi. S.Vəliyev.

CÜRƏTLƏNMƏ (ID - 6439)

“Cürətlənmək”dən f.is.

CÜRƏTLƏNMƏK (ID - 6440)

f. Cəsarətlənmək, cürətə gəlmək, cəsarətə gəlmək, ürəklənmək. Bürcü Sultan bu sözü ondan eşidib, bir az da cürətləndi. “Koroğlu”. Feyzulla evində bir şey tapılmadığını görüb, cürətləndi və birdən səsləndi....

CÜRƏTLİ (ID - 6441)

sif. Heç şeydən qorxmayan, çəkinməyən; cəsarətli, ürəkli, qoçaq, cəsur, igid. Cürətli oğlan. - [Gülbadam] belə bir cürətli (z.) olmağına özü də təəccüb edərdi. N.Nərimanov. ..Qaraca çobanın cürətli müqaviməti, iki qardaşı...

CÜRƏTLİLİK (ID - 6442)

is. Cəsarətlilik, cəsarət, qorxmazlıq, qoçaqlıq. Lakin bu qorxmazlığa və cürətliliyə baxmayaraq, Baxış oğlu Həsən çox da şəriət qoyan qanundan çıxmaz və dinin yolunu azmazdı. B.Talıblı.

CÜRƏTSİZ (ID - 6443)

sif. və zərf Cəsarətsiz, qorxaq, ürəksiz, ağciyər. Cürətsiz adam. Cürətsiz hərəkət etmək. - Cürət! Odur bizi güldürən hər an; Cürətsiz bir həyat məhv olur, inan! S.Vurğun.

CÜRƏTSİZLİK (ID - 6444)

is. Cəsarətsizlik, ürəksizlik, qorxaqlıq. Yenə də mən həmin səsdə cürətsizlik duyurdum. S.Rəhimov.

CÜRLƏMƏ (ID - 6445)

“Cürləmək”dən f.is.

CÜRLƏMƏK (ID - 6446)

f. Növlərə, çeşidlərə, sortlara ayırmaq.

CÜRM (ID - 6447)

is. [ər.] klas. Günah, təqsir, suç, qəbahət. İki şonqar dalaşanda, bir qarğaya cürm düşər. (Ata. sözü). [Vəzir:] Sultan Mahmud Qəznəvi bu günə cürm üçün müqərrəblərindən birisinin boynunu öz əlilə vurdu. M.F.Axundzadə....

CÜSSƏ (ID - 6448)

is. [ər.] Gövdə, bədən; bədən quruluşu, boy-buxun. Sədr [Qərənfilin] ardınca baxaraq, cüssəsinə uymayan nazik və mehriban bir ifadə ilə .. səsləndi. İ.Əfəndiyev. Bahadır ilkiydi Rüstəm kişinin, qamətdə, cüssədə sanki özüydü....

CÜSSƏLİ (ID - 6449)

sif. Boy-buxunlu, gövdəli, cəsamətli, qamətli. Cüssəli kişi. - Rüstəm kişi atın üstündə çox şad oturmuşdu və olduqca cüssəli (z.) görünürdü. M.İbrahimov. Siz sağa baxdıqca müxtəlif cüssəli, cürbəcür boybuxunlu kişilər...

CÜT1 (ID - 6450)

zərf 1. Bir yerdə işlənən və bir bütövü təşkil edən iki eyni şey. Bir cüt əlcək. Bir cüt çəkmə. - [Tələbə:] Usta Ağabala .. bir imperial və iki cüt başmaq verdi. Başmağın bir cütü ağa üçün, bir cütü külfəti üçündür....

CÜT2 (ID - 6451)

bax xış. Bahar açılan kimi Xudayarbəy zəmilərə cüt göndərib başladı sürdürməyi. C.Məmmədquluzadə. [Cütçü] .. ahəstə-ahəstə cütünü sürüb, öz nəğməsini oxudu. S.S.Axundov.
cüt-cüt zərf İki-iki, qoşa-qoşa. Kasıbın...

CÜTBAŞ(LI) (ID - 6452)

bax ikibaşlı. Alay-alay hücum çəkin; O cütbaşlı qartal üstə. S.Vurğun.

CÜTBUYNUZ(LU) (ID - 6453)

bax qoşabuynuz(lu). Cütbuynuzlu keçi. Cütbuynuzlu öküz.

CÜTÇƏYİRDƏK(Lİ) (ID - 6454)

sif. İki çəyirdəyi olan. Cütçəyirdəkli meyvə.

CÜTÇÜ (ID - 6455)

is. köhn. Cüt sürən əkinçi. Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir. Kəndin yaxınlığındakı çaylaqlarda çəltik üçün yer əkən cütçülərin holavar səsi yüksəlirdi. Ə.Abasov.

CÜTDIRNAQ(LI) (ID - 6456)

bax qoşadırnaqlı.

CÜTDIRNAQLILAR (ID - 6457)

bax qoşadırnaqlılar.

CÜTQANAD(LI) (ID - 6458)

bax qoşaqanadlı.

CÜTLƏLƏKLİ (ID - 6459)

sif. Cüt lələyi olan, qoşalələkli. Cütlələkli bitkilər.

CÜTLƏMƏ (ID - 6460)

“Cütləmək”dən f.is.

CÜTLƏMƏK (ID - 6461)

f Eyni qəbildən olan iki şeyi bir-birinin yanına qoymaq, cüt eləmək, cüt qoymaq, qoşalamaq. [Koroğlu:] Barmaqlarını cütləyib tellərə elə vurdu ki, meydan səsə gəldi. “Koroğlu”. [Şirzad] ayaqlarını cütləyərək xalçanın...

CÜTLƏŞDİRİLMƏ (ID - 6462)

“Cütləşdirilmək”dən f.is.

CÜTLƏŞDİRİLMƏK (ID - 6463)

məch. Cüt edilmək, ikiləşdirilmək, qoşalaşdırılmaq.

CÜTLƏŞDİRMƏ (ID - 6464)

“Cütləşdirmək”dən f.is.

CÜTLƏŞDİRMƏK (ID - 6465)

f 1. Cüt etmək, ikiləşdirmək, qoşalaşdırmaq. Çoxları bu payızda oğlunun toyunu eləmək, qızına cehiz almaq, inəyini cütləşdirmək həsrətilə yaşayırdı. M.İbrahimov.
// Bax cütləmək. Ayaqlarını cütləşdirmək.
2....

CÜTLƏŞMƏ (ID - 6466)

“Cütləşmək”dən f.is.

CÜTLƏŞMƏK (ID - 6467)

f 1. Cüt olmaq, ikiləşmək, qoşalaşmaq.
// Bir-birinə yanaşı olmaq, bir-birinin yanında durmaq. Qızlar cütləşib oyuna girdilər.
2. k.t. Cinsi əlaqədə olmaq (heyvanlar haqqında).

CÜTLƏYİCİ (ID - 6468)

is. xüs. Bir şeyi cütləyən, cüt-cüt bağlayan, yaxud cüt-cüt ayıran işçi. Güləngiz təkcə ipəkaçanların yox, yeri gələndə burucuların və cütləyicilərin də köməyinə çatır. (Qəzetlərdən).

CÜTLÜK1 (ID - 6469)

is. Cüt olma; ikilik, qoşalıq; cüt şeyin halı.

Bu səhifə 16 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif