Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

CIRHACI (ID - 6070)

is. məh. Şirin qırmızı alma növü.

CIRHACIR (ID - 6071)

1. təql. Aramsız çıxan cırıltı səsi haqqında. Külək vurduqca quru ağac cırhacır səslənir. - [Zərrintac] tez-tez başını qaldırıb, axşamdan yola salınan meyvə arabalarının dolama yolla necə cırhacırla (z.) çıxdığına tamaşa...

CIRIQ (ID - 6072)

sif. 1. Bir və ya çox yerdən cırılmış, yırtılmış, parça-parça olmuş; yırtıq. Cırıq paltar. Cırıq çəkmə. Cırıq örpək. - [Nənəxanım] bir də geri qayıtdı, əsnəyə-əsnəyə dalına bir çirkli və cırıq yorğan salıb...

CIRIQ-CIRIQ (ID - 6073)

sif. Tamam cırıq, hər yeri cırıq. Cırıq-cırıq dəftərlər.
// Zərf mənasında. Kitabı cırıq-cırıq eləmək.

CIRILDAMA (ID - 6074)

“Cırıldamaq”dan f.is.

CIRILDAMAQ (ID - 6075)

f Cırıltı səsi çıxarmaq, cırcır eləmək. Arabanın yağlanmamış təkəri cırıldadığından Tərlan qabaqda gedən oğlanın cavabını eşidə bilmədi. M.Hüseyn. On beş gündü ki, Cəmilin kasıb daxmasının qapısı cırıldamırdı....

CIRILDAŞMA (ID - 6076)

“Cırıldaşmaq”dan f.is.

CIRILDAŞMAQ (ID - 6077)

qarş. Bir yerdə ağız-ağıza verib cır-cır səs çıxartmaq, cırıldamaq. Qarğa kimi çox da qığıldaşmayın! Ay cücələr, bəsdi, cırıldaşmayın! Ə.Nəzmi. ..Suyu qurumuş arxın üstündəki söyüd ağacında cırcıramalar cırıldaşırdı....

CIRILDATMA (ID - 6078)

“Cırıldatmaq”dan f.is.

CIRILDATMAQ (ID - 6079)

icb. Cırıldamasına səbəb olmaq, cır-cır səs çıxartdırmaq. Sübhanverdizadə eşələnərək məftilli krovatı cırıldatdı. S.Rəhimov. Seyid qamış qələmi cızıqlı kağız üzərində cırıldadaraq kəşidə xətlə Tahirzadəyə şəhadətnamə...

CIRILĞAN (ID - 6080)

sif. Tez cırılan, tez dağılan, davamsız. Cırılğan parça.

CIRILĞANLIQ (ID - 6081)

is. Cırılğan şeyin keyfiyyəti.

CIRILMA (ID - 6082)

“Cırılmaq”dan f.is.

CIRILMAQ (ID - 6083)

f. 1. Daralmaqdan, çəkilməkdən və ya çox işlənib köhnəlməkdən yıpranmaq, üzülmək, didilmək, kəsilmək. Paltarı cırılmaq. Köynəyin qolu cırılmışdır. Çürümüş parçanın dəxi faydası yoxdur. Bir yandan yamadın, o biri...

CIRILTI (ID - 6084)

is. Cır-cır səsi; qıcırtı. Çarpayının cırıltısı. - Furqon astaca cırıldayırdı. Bu cırıltı Quluya xoş gəlmirdi. M.İbrahimov. Zınqırovlu faytonda heç kəs dinib-danışmır, yer-yurdu bürüyən duman-çiskində ancaq Topuşun...

CIRILTILI (ID - 6085)

sif. Cırıltı səsi verən, cırıldayan. Cırıltılı səs.

CIRIM-CINDIR (ID - 6086)

b ax cır-cındır. Altımızda xalı deyil, cırım-cındır həsirdir; Ləmədəsə rəngi uçmuş beş-on nimçə, kasa var. S.Rüstəm. [Yəhya Kamal:] Paltarı desən, yaxşı, cırım-cındır gəzərəm. Yeməyi deyirsən, xəlvətdə! Ancaq ki...

CIRIM-CIRIM (ID - 6087)

bax cırıq-cırıq.

CIRINQ-CIRINQ (ID - 6088)

təql. Saxsı qab-qacaq sınarkən çıxan səs.

CIRINQHACIRINQ (ID - 6089)

zərf Cırınqıltı ilə, cırınq-cırınq səs çıxararaq. Cırınqhacırınq qablar yerə töküldü.

CIRINQILTI (ID - 6090)

b ax cınqıltı.

CIRQURSAQ (ID - 6091)

bax cırtqoz.

CIRQURSAQLIQ (ID - 6092)

bax cırtqozluq.

CIRLAMA (ID - 6093)

“Cırlamaq”dan f.is.

CIRLAMAQ (ID - 6094)

f. Bir şeydən, söhbətdən, zarafatdan və s.-dən tez inciyib pozulmaq, pərt olmaq, xoşlanmamaq.

CIRLAŞMA (ID - 6095)

“Cırlaşmaq”dan f.is.

CIRLAŞMAQ (ID - 6096)

f. Nəsli pozulmaq, cinsi pozulmaq, pisləşmək. Əməksiz, insansız bir iş görmədi; Ağaclar cırlaşdı, meyvə vermədi. M.Dilbazi. Təcrübə göstərir ki, zeytun ağaclarına pis baxıldıqda meyvələri cırlaşır. İ.Axundzadə.
// məc....

CIRLIQ (ID - 6097)

is. 1. Cır ağac və ya kollar basmış yer. Cırlıq, kör-kötük basmış yerləri [Rüstəm kişi] təmizləməyə girişdi. M.İbrahimov.
2. məc. Əvvəlki keyfiyyətini itirmə, əsli, cinsi pozulma, vəhşiləşmə.

CIRMA (ID - 6098)

“Cırmaq”dan f.is.

CIRMAQ1 (ID - 6099)

f. 1. Kağız, parça kimi şeyləri qıraqlarından dartaraq parça-parça, doğram-doğram etmək. [Banıxanım:] Oğul, bu nə gündür düşübsən, sənin üst-başını kim cırmışdır? “Aşıq Qərib”. Gəray deyilən sözü eşitmir, verilən...

CIRMAQ2 (ID - 6100)

CIRMAQLAMA (ID - 6101)

“Cırmaqlamaq”dan f.is.

CIRMAQLAMAQ (ID - 6102)

f. Cırmaq atmaq, dırnağı ilə dərisini qopartmaq. [Murtuz:] Axı pişiyi dara qısnarsan, qayıdıb adamın üzünü cırmaqlar. Ə.Abbasquluyev. Əbiş paketi görər-görməz vəhşi bir hərəkətlə onun əlini cırmaqlayıb paketi çaldı.....

CIRMAQLAŞMA (ID - 6103)

“Cırmaqlaşmaq”dan f.is.

CIRMAQLAŞMAQ (ID - 6104)

qarş. Bir-birinə cırmaq atmaq, bir-birini cırmaqlamaq. Uşaqlar cırmaqlaşdılar.

CIRNAQ (ID - 6105)

CIRNAMA (ID - 6106)

“Cırnamaq”dan f.is.

CIRNAMAQ (ID - 6107)

f Zarafat götürməyərək və ya başqa bir şeydən qızışmaq, hirslənmək, özündən çıxmaq. Zarafatdan cırnamaq. ..Elə ki birinin zarafatdan acığı gəldiyini, cırnadığını gördü, o adamın yaxasından əl çəkməzdi. V.Şıxlı.
...

CIRNATMA (ID - 6108)

“Cırnatmaq”dan f.is.

CIRNATMAQ (ID - 6109)

f Qəsdən hirsləndirmək, acıqlandırmaq; özündən çıxartmaq.

CIRT1 (ID - 6110)

is. Quru ağacı sındırdıqda çıxan səs.

CIRT2 (ID - 6111)

CIRTDAN (ID - 6112)

is. 1. Çox xırda adam. Telli də boy atmayır; Cırtdandan balacadır; Yaşıdı Sənəm ondan; Həm sağlam, həm ucadır. M.Dilbazi. Bir də görürsən ki, dağ boyda insan; Bir cırtdan önündə cücədir, cücə. B.Vahabzadə. [Güllü xanım:]...

CIRTDANBOYLU (ID - 6113)

sif. Boyu çox balaca, kiçik, xırda. Cırtdanboylu uşaq.

CIRTDANLIQ (ID - 6114)

is. Həddən artıq balacalıq, kiçiklik, xırdalıq.

CIRTQOZ (ID - 6115)

is. dan. zar. Tez hirslənən, tez özündən çıxan, yüngül və qeyri-ciddi adam haqqında. Cırtqozun biridir.

CIRTQOZLUQ (ID - 6116)

is. dan. zar. Tez hirslənmə, tez özündən çıxma; cırtqoz adamın xasiyyəti.

CIVILDAMA (ID - 6117)

“Cıvıldamaq”dan f.is.

CIVILDAMAQ (ID - 6118)

f Cıv-cıv, civilti səsi çıxarmaq (kiçik quşlar, cücələr haqqında).

CIVILDAŞMA (ID - 6119)

“Cıvıldaşmaq”dan f.is.

Bu səhifə 16 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif