İzahlı lüğət

CUŞ

is. [fars.] Coşma, qaynama; qələyan, həyəcan.
□ Cuş eyləmək - coşmaq, qələyana gəlmək, qaynamaq, cuşa gəlmək, qızışmaq. [Harun:] Eşqimiz cuş eyləyib artmaqdadır gündən-günə. Ü.Hacıbəyov. Cuşa gəlmək - coşmaq, qızışmaq, vəcdə gəlmək, şövqə gəlmək. Tahir ..daha da cuşa gəlib, sazın tellərini lap ürəkdən ehtizaza gətirirdi.
M.Hüseyn. [Aşıq:] Sinəm cuşa gəldi, mən sazı alıb “Xoş gəlib” rədifli sözümü ovşarı havası ilə oxudum. A.Şəmşir.
□□ Cuşa gətirmək - ruhlandırmaq, canlandırmaq, vəcdə gətirmək, şövqləndirmək. Şərqdən əsən nəsim güllərin, çiçəklərin və ağacların yarpaqlarının arasında aşiq və məşuqlar ürəklərini cuşa gətirən (f.sif.) bir məqamat bərpa etmiş idi. Ə.Haqverdiyev. Qanı cuşa gəlmək - bax qan qaynamaq (“qan”da). Zeynal oğlunu görcək qanı bədənində cuşa gəldi. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

C

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed