Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

CÜTLÜK2 (ID - 6470)

is. Cüt sürülən yer. [Nərgiz] ata-anasından izin alıb, kəndin qırağındakı cütlüyə bənövşə yığmağa .. getdi. “Məktəb”.

CÜTLÜKDƏ (ID - 6471)

zərf İkisi bir yerdə, üçüncünün iştirakı olmadan.

CÜTTOXUMLULAR (ID - 6472)

bax ikiləpəlilər.

CÜVƏLLAĞI (ID - 6473)

sif. Kələkbaz, fırıldaqçı, qeyri-ciddi. [Xəlil:] [Rövşən] hərçənd bir az cüvəllağı idi, amma yaxşı oğlanların biri idi. S.Rəhman.
// İs. mənasında. [Xan:] Sizin heç biriniz mənim mərhəmətimə layiq deyil! Bu cüvəllağını...

CÜVƏLLAĞILIQ (ID - 6474)

is. Kələkbazlıq, fırıldaqçılıq. Evimizə gedəndə anama Əhmədin cüvəllağılığını başladım nəql eləməgə. C.Məmmədquluzadə.

CÜYÜLDƏMƏ (ID - 6475)

“Cüyüldəmək”dən f.is.

CÜYÜLDƏMƏK (ID - 6476)

f Cikkildəmək, ciyildəmək. Fərli cücə yumurtada cüyüldər. (Ata. sözü).

CÜYÜLTÜ (ID - 6477)

is. Cikkilti, ciyilti, cük-cük. Quş balalarının cüyültüsü.

CÜYÜR (ID - 6478)

is. zool. Marallar fəsiləsindən ceyranabənzər cütdımaqlı, kövşəyən heyvan; əlik. Sıra dağlar, gen dərələr; Ürək açan mənzərələr; Ceyran qaçar, cüyür mələr.. S.Vurğun. Cüyürlərin cığırını axtarmışam qayalarda; “Oxqay!”...

CÜZ (ID - 6479)

is. [ər.] Küll halında olan bir şeyin hissələrindən biri; hissə, qisim, parça.
// din. Quranın bölündüyü otuz hissədən biri. [Durna:] Qoy 30 cüz Quran mənim ciyərimi parça-parça doğrasın! C.Cabbarlı. Xəlfə dib tərəfdə,...

CÜZAM (ID - 6480)

is. [ər.] tib. Əsasən dəri və toxumaların çürüməsi şəklində təzahür edən ağır xronik xəstəlik, lepra.

CÜZAMLI (ID - 6481)

sif. Cüzam xəstəliyinə tutulmuş. Bunların biri cüzamlı Abbas idi, qalanının qaranlıqda kim olduqları məlum deyil idi... Çəmənzəminli.

CÜZİ (ID - 6482)

zərf [ər.] 1. Az, azacıq, kiçik. Cüzi məbləğ. - Belədirsə, həmişəlik yetimlər üçün bir məktəb açın, aldığınız prosentlərin cüzi bir hissəsini bu xeyir işə vəqf ediniz. N.Nərimanov. Kərim baba naxırı saxladığı, otardığı...

CÜZİLİK (ID - 6483)

is. Kiçiklik, xırdalıq, əhəmiyyətsizlik; azlıq.

CÜZVİ (ID - 6484)

bax cüzi. [Ağa Kərim:] Mən bir cüzvi işdən ötrü onunla küsülüyəm. M.F.Axundzadə. Bəli, biz burada Mozalan kəndinin xəstəliyi olan sümük azarından yəni xəbərçilikdən hamısını yox, əsla küllisini yox, cüzvisiniyazmaq istərdik....

Bu səhifə 16 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif