ZE+education...
Kurikulum+sinaqlar...

İzahlı lüğət

ROMAN (ID - 34039)

is. [fr.] 1. Həcmcə böyük, adətən nəsrlə yazılmış böyük hekayə. M.S.Ordubadinin tarixi romanları. - “Bahadır və Sona” öz üslubu ilə də fərqlənir. Bu kiçik roman lirik səpkidə yazılmışdır. M.Arif. Bu iki nəfərlik balaca...

ROMANÇI (ID - 34040)

is. Roman yazan yazıçı. M.S.Ordubadi Azərbaycan ədəbiyyatında romançı kimi tanınır. - Dil məsələsi dramaturq üçün daha ciddi bir məsələdir. Onun dili romançının dilindən fərqlidir. C.Cabbarlı.

ROMANİST (ID - 34041)

is. [fr.] Roman filologiyası mütəxəssisi.

ROMANİSTİKA (ID - 34042)

[rus. əsli fr.] Roman dilləri və mədəniyyətini öyrənən elmlərin məcmusu; roman filologiyası.

ROMANİZM (ID - 34043)

[fr.] Roman dillərindən alınmış söz və ya ifadə.

ROMANS (ID - 34044)

[fr.] 1. Fortepiano və ya başqa musiqi alətinin müşayiətilə oxunmaq üçün hər hansı bir şairin sözlərinə yazılmış kiçik vokal əsəri. Indi bizim şöhrət qazanmış simfonik əsərlərimiz, romanslarımız, mahnılarımız vardır....

ROMANTİK (ID - 34045)

[fr.] 1. Romantizmin (1 və
ci mənalarda) tərəfdarı və davamçısı. Fransız romantikləri.
2. İnsanları və həyatı idealizə edən; xəyalpərəst, hissiyyatçı.

ROMANTIK (ID - 34046)

sif. [fr.] 1. Əsasında romantika olan, romantika ilə dolğun. Romantik poeziya. - C. Cabbarlı Elxanı romantik boyalarla təsvir etmişdir. M.Arif. [Salman] Muğanda ovçuluqdan, çöllü həyatının qəribə romantik macəralarından şirin-şirin...

ROMANTİKA (ID - 34047)

[fr.] 1. Bax romantizm
və 2-ci mənalarda. Hüseyn Cavidin romantikası. - Romantika Almazın enerjisində, yaradıcılıqpafosunda, onun cəsarət və fədakarlığında, onun nikbinliyində, gələcək gözəl həyata olan inam və ümidindədir....

ROMANTİKLƏŞDİRİLMƏ (ID - 34048)

“Romantikləşdirilmək” dən f.is.

ROMANTİKLƏŞDİRİLMƏK (ID - 34049)

məch. Romantik şəkildə təsvir edilmək, göstərilmək. Əsərin qəhrəmanı romantikləşdirilmişdir.

ROMANTİKLƏŞDİRMƏ (ID - 34050)

“Romantikləşdirmək” dən f.is.

ROMANTİKLƏŞDİRMƏK (ID - 34051)

f. Bir şeyi və ya adamı romantik, ideallaşdırılmış şəkildə göstərmək, təsvir etmək; ideallaşdırmaq. Keçmişi romantikləşdirmək. Qəhrəmanı romantikləşdirmək. - [Nizami, Xaqani, Nəsimi, Füzuli, Vaqif və Sabir] insan gözəlliyini...

ROMANTİZM (ID - 34052)

[fr. romantisme, lat. romanus - Romaya aid] 1. XIX əsrin birinci rübündə klassisizmin qanunları ilə mübarizə aparan, şəxsiyyət və hissiyyatı tarixi və xalq poetik mövzuları öz yaradıcılığı üçün əsas qəbul edən cərəyan.
Ədəbiyyat...

ROMB (ID - 34053)

[yun.] 1. Tərəfləri bərabər çəp paraleloqram.
2. tar. Sovet ordusunda ali komanda heyətinin fərqlənmə nişanı (1943-cü ildə poqon tətbiqinə qədər).

ROMBABƏNZƏR (ID - 34054)

bax rombşəkilli.

ROMBAOXŞAR (ID - 34055)

b ax rombvari.

ROMBOİD (ID - 34056)

[yun.] riyaz. bax paraleloqram.

ROMBŞƏKİLLİ (ID - 34057)

sif. Romba bənzəyən, romba oxşayan, romb kimi olan; paxlavaşəkilli. Rombşəkilli nişan. - Açdı, qoydu altıyeddi; romb şəkillipaxlavanı; 0am yandırdı, şölələri; necə parlaq, necə əziz. X.Rza.

ROMBVARİ (ID - 34058)

b a x rombşəkilli.

RONDO (ID - 34059)

is. [ital.] Əsas mövzunun dəfələrlə təkrarlanması və onların arasında müxtəlif məzmunlu epizodların növbələşməsinə əsaslanan musiqi forması.

ROTA (ID - 34060)

[pol. rota] Batalyon tərkibinə daxil olan qoşun bölgüsü. [Quliyev] gecə ikən rotalara, vzvodlara getdi. Ə.Vəliyev. Oz rotasından hələ heç kəsin sorağını almaması Tapdığı çox darıxdırırdı. Ə.Əbülhəsən.

ROTASİYA (ID - 34061)

[lat. rotatio - fırlanma] mətb.: rotasiya maşını - fırlanan silindrik mətbəə forması (qəlibi) olan çap maşını.

ROTMİSTR (ID - 34062)

ROTOR (ID - 34063)

[lat. rotare - fırlanma] Maşının (turbinin, motorun və s.-nin) fırlanan hissəsi. Göz qoydu fırlanan neçə rotora; Bu mədən ustası, mədən həkimi. S.Vurğun. Rotorun gurultusu bütün buruğu bürümüşdü. M.İbrahimov.

ROYAL (ID - 34064)

[fr.] Metal simləri üfüqi düzülmüş klavişli (dilli) musiqi aləti. Royal çalmaq.

ROYALİST (ID - 34065)

kit. Padşahpərəst, monarxist.

ROYALIZM (ID - 34066)

[fr.] Padşah hakimiyyəti tərəfdarlığı; padşahpərəstlik.

ROZMARIN (ID - 34067)

[lat.] 1. bot. Yarpaq və çiçəyindən ətirli yağ hasil edilən dodaqçiçəklilər fəsiləsindən həmişəyaşıl yarımkol.
2. İncə ətri olan turşməzə qış alma növü. Ağ rozmarin.

RÖVNƏQ (ID - 34068)

is. [ər.] klas. Parlaqlıq, gözəllik, zinət; lətafət, təravət; işıq. Gülşənin rövnəqisən, zinəti bağü çəmənin. M.P.Vaqif. Nədən qəhrəmanım çıxmayır düzə? Rövnəq deyilmidir günəş gündüzə? M.Rahim. □ Rövnəq tapmaq...

RÖVNƏQLƏNDİRMƏ (ID - 34069)

“Rövnəqləndirmək” dən f.is.

RÖVNƏQLƏNDİRMƏK (ID - 34070)

f bax rövnəq vermək (“rövnəq” də).

RÖVNƏQLƏNMƏ (ID - 34071)

“Rövnəqlənmək” dən f.is.

RÖVNƏQLƏNMƏK (ID - 34072)

f bax rövnəq tapmaq (“rövnəq” də).

RÖVNƏQLİ (ID - 34073)

sif Gözəl, parlaq, təntənəli. Rövnəqli məclis. - ..Şəhərin halını qubernatora rövnəqli (z.) surətdə göstərməyi hər kəs özünə müqəddəs bir vəzifə bilirdi. Çəmənzəminli.

RÖVŞƏN (ID - 34074)

sif [fars.] klas. İşıqlı, parlaq, aydın. Səninlə rövşən idi qəlbim, ey gözüm nuri! X.Natəvan. Ey çocuq ruhu qədər şən Göy göl; Köksü almas kimi rövşən Göy göl! M.Müşfiq. □ Rövşən etmək (qılmaq) klas. işıqlandırmaq....

RÖVŞƏNLİK (ID - 34075)

is. İşıqlıq, aydınlıq, parlaqlıq. Aləmin rövşənliyi gərçi günəşdəndir, vəli; Pərtovü mehri-cəmalın mahtab üstündədir. Xətayi.

RÖVZƏ1 (ID - 34076)

is. [ər.] din. Şiə imamlarının ölümü haqqında hekayə; mərsiyə. Mey gətir saqi, məni qurtar nəmazü rövzədən. Kişvəri. Iyirmi beş gün tamamdır ki, bəstdə oturanlar gündüzlər rövzə və nitq söyləyirdilər. P.Makulu. // Bu...

RÖVZƏ2 (ID - 34077)

is. [ər.] klas. 1. Axar suyu, çəməni olan bağça (adətən “rövzeyi-gülşən” , “rövzeyi-kuy” və s. tərkib halında işlənir). Rövzeyi-kuyində gəzəndə əğyar; Çeşmim girdabında sellər dolanır. M.P.Vaqif.
2. məc. Behişt,...

RÖVZƏXAN (ID - 34078)

is. [ər. rövzə və fars. xan] Rövzə oxuyan, mərsiyə deyən adam. Doğrudurmu ki, Bədəl də qoyub ağzın yabana; Danışır birpara sözlər ki, dəyir rövzəxana? M.Ə.Sabir.

RÖVZƏXANLIQ (ID - 34079)

RÖYA (ID - 34080)

is. [ər.] 1. Yuxu. [Xanəndə:] Röyadə mən keçən gecə eylərkən ahüzar; Sən vermədinmi bir əbədi vəsl için qərar?! H.Cavid. □ Röya görmək - yuxu görmək. Hər gün əğyarə nəsib oldu cəmalın, ey məh; Olmadı bir gecə kim,...

RUBA (ID - 34081)

is. Bir pud ağırlığında olan köhnə çəki ölçüsü. [Xeyransanın] Hacı Manafdan aldığı isəyalnız bir ruba taxıl olmuşdu. S.Hüseyn.

RUBƏRU (ID - 34082)

zərf [fars.] Üz-üzə, üzbəüz. Rubəru oturmaq. Rubəru dayanmaq. - Mirzə Rəhim ağa Böyükxanımın sözlərini eşidəndən sonra bir az da yaxınlaşıb rubəru əyləşmişdi. M.S.Ordubadi. [Rəşid:] Inanmayıram ki, bu iki ay qurtarsın...

RUH (ID - 34083)

is. [ər.] 1. İnsanın psixi aləmi, onun hiss və duyğuları, əhvali-ruhiyyəsi. [Xəlilin] bir an sıxılan ürəyi haman açıldı, səbəbsiz bir nəşə ruhuna hakim oldu. Çəmənzəminli. Torpağı bəzəsin bənövşə, nərgiz; Ruhuma doğmadır...

RUHANİ1 (ID - 34084)

[ər.] 1. is. Din xadimi. Əqdinikah mərasimi olduqca təntənəli keçdi, bütün Şuşa ruhanilərinə xələt verildi. Çəmənzəminli.
sif Din ilə bağlı olan, dinə aid olan; dini. ..Millətin ruhani ataları - mollalar millətin avamlıqda...

RUHANİ2 (ID - 34085)

sif [ər.] klas. Lətif, gözəl mənzərəli, ab-havası gözəl; ruhu oxşayan. Ruhani bir mənzərə. - Nə gözəl mənzəreyişəfqətza; Nə lətafətli, nə ruhani səfa. M.Hadi. Ən ruhani nəşələrdən qanadım; Çıxdım, səni buludlarda...

RUHANİLİK (ID - 34086)

is. Ruhani1 (1-ci mənada) olma, din xadimliyi, dini işlərlə məşğul olma. Peyğəmbərlik tam ruhanilikdir, çünki insanlıq dərəcəsində pəyğəmbərlikdən daha yüksək mövqe yoxdur. “Qabusnamə” .

RUHANİYYƏ(T) (ID - 34087)

[ər.] klas. bax ruhanilik.

RUHƏN (ID - 34088)

zərf [ər.] Mənən, mənəvi cəhətdən, ruhca. Ruhən bağlı olmaq. - Ruhən doğulan parıltı, rövnəq; Zahirdə verir büruzə, mütləq. Şəhriyar.

Bu səhifə dəfə baxılıb

Ugur MM
Language dom
Alsat.az - ən rahat aliş-veriş saytı
Elbite tibb kurslari
Tereggi 1
Yeni video
Babək. Xürrəmilər. Ərəb xilafətı. İslamın Azərbaycanda yayılması
Babək. Xürrəmilər. Ərəb xilafətı. İslamın Azərbaycanda yayılması
Yeni video
Qafqaz Albaniyası. Cavanşir. Qədim Azərbaycan dövlətləri.
Qafqaz Albaniyası. Cavanşir. Qədim Azərbaycan dövlətləri.
Yeni video
Azərbaycan xanlıqları. Qərb Xanlıqları. İrəvan xanlığı. Naxçıvan xanlığı.
Azərbaycan xanlıqları. Qərb Xanlıqları. İrəvan xanlığı. Naxçıvan xanlığı.
Yeni video
Azərbaycan dili. Bağlayıcılar. Bağlayıcılarda bəzi məqamlar. Dərs 46.
Azərbaycan dili. Bağlayıcılar. Bağlayıcılarda bəzi məqamlar. Dərs 46.
......
Bağla
Yeni video
Babək. Xürrəmilər. Ərəb xilafətı. İslamın Azərbaycanda yayılması
Babək. Xürrəmilər. Ərəb xilafətı. İslamın Azərbaycanda yayılması
Yeni video
Qafqaz Albaniyası. Cavanşir. Qədim Azərbaycan dövlətləri.
Qafqaz Albaniyası. Cavanşir. Qədim Azərbaycan dövlətləri.
Yeni video
Azərbaycan xanlıqları. Qərb Xanlıqları. İrəvan xanlığı. Naxçıvan xanlığı.
Azərbaycan xanlıqları. Qərb Xanlıqları. İrəvan xanlığı. Naxçıvan xanlığı.
Yeni video
Azərbaycan dili. Bağlayıcılar. Bağlayıcılarda bəzi məqamlar. Dərs 46.
Azərbaycan dili. Bağlayıcılar. Bağlayıcılarda bəzi məqamlar. Dərs 46.
Yeni video
Zərfin mənaca növləri. Azərbaycan dili. Dərs 39
Zərfin mənaca növləri. Azərbaycan dili. Dərs 39
Yeni video
ORFOEPİYA  NORMALARI (3-ci hissə). Q və K  hərflərinin tələffüzü.
ORFOEPİYA NORMALARI (3-ci hissə). Q və K hərflərinin tələffüzü.

İzahlı video testlərə keç