İzahlı lüğət

RADİOTRANSLYASİYA (ID - 33589)

[lat. radiare və translatio] Radio proqramlarının məftilli rabitə xətti vasitəsilə verilməsi.

RADİOVERİCİ (ID - 33590)

is. xüs. Radio vasitəsilə rabitə, radiolokasiya və s. məqsədlə radiodalğaları vermək üçün qurğu, aparat.

RADİOVERİLİŞİ (ID - 33591)

is. 1. Radio dalğaları vasitəsilə danışıq, musiqi, şəkil və s.-nin məsafələrə verilməsi. Morze sistemi ilə radioverilişi. Radioverilişinin təkmilləşdirilməsi. Radio vasitəsilə xüsusi proqramla dinləyicilərə verilən musiqi,...

RADİOZOND (ID - 33592)

[lat. radiare və fr. sonde] Müxtəlif yüksəkliklərdə havanın təzyiqini, temperaturunu və rütubətini ölçmək üçün kiçik hava şarı vasitəsilə atmosferə qaldırılan və nəticəni avtomatik surətdə radio ilə yerə verən meteoroloji...

RADİST (ID - 33593)

[lat. radiare] Radiotexnika ilə məşğul olan şəxs, radioverilişləri mütəxəssisi. Qonaqlığın ən şirin yerində radist, Xəlilovdan radioqram gətirdi. M.Hüseyn.

RADİUM (ID - 33594)

[lat. radiare] Gümüşü-ağ metal şəklində radioaktiv kimyəvi element.

RADİUS (ID - 33595)

[lat. radius, hərfi mənası - təkər mili, şüa] 1. riyaz. Şarın çevrəsinin və ya səthinin hər hansı nöqtəsini mərkəzi ilə birləşdirən düz xətt. // Bu xəttin uzunluğu.
məc. Bir şeyin əhatə dairəsi, fəaliyyət sahəsi,...

RADON (ID - 33596)

[lat. rad(iare) və yun. ag(on)] kim. Radiumun parçalanması nəticəsində hasil olan radioaktiv kimyəvi element - qaz.

RATİFİKASİYA (ID - 33597)

is. [lat.] Dövlətin ali hakimiyyət orqanının dövlət və ya hökumət nümayəndəsi tərəfindən bağlanmış beynəlxalq sənədləri (müqavilə, saziş) təsdiq etməsi.

RAH (ID - 33598)

is. [fars.] klas. Yol. Bu rahdan etmək olmaz ikrah; Xoş rahdurur sənə gedən rah. Füzuli.

RAHAT (ID - 33599)

sif və zərf [ər.] 1. Əziyyətsiz, əziyyət verməyən, narahat etməyən. Yarım saata qədər yenə rahat uçuruq. M.İbrahimov. Maşın təzə olduğundan çox rahat idi. Ə.Vəliyev. □ Rahat durmaq - nadinclik etməmək, sakit durmaq, əl-qol...

RAHATCA(SINA) (ID - 33600)

zərf Rahat halda; narahat olmadan, rahat-rahat, xatircəmliklə. [Məcid] [Nadirin] iztirabını görməyib, rahatca öz söhbətinə davam edirdi. B.Talıblı. Rahatca xeyli göyərçin vurmaq mümkün idi. M.Rzaquluzadə.

RAHATLAMA (ID - 33601)

"Rahatlamaq” dan f.is.

RAHATLAMAQ (ID - 33602)

f 1. Yerini düzəltmək, rahat etmək, istifadə üçün münasib şəklə salmaq. Stulun yerini rahatlamaq. - [Yusif] gah sabunu köpüklədir, gah ülgücü əlinin tilinə çəkib itiləyir, .. güzgünün yerini rahatlayırdı. B.Bayramov. Rahat...

RAHATLANDIRMA (ID - 33603)

“Rahatlandırmaq” dan f.is.

RAHATLANDIRMAQ (ID - 33604)

b a x rahatlamaq.

RAHATLANMA (ID - 33605)

“Rahatlanmaq” dan f.is.

RAHATLANMAQ (ID - 33606)

f 1. Rahatlıq tapmaq, rahat olmaq, istirahət etmək, rahat nəfəs almağa başlamaq, özünü rahat hiss etmək. Sadıq dalbadal bir neçə stəkan tünd çay içib qızışdı, rahatlandı. Mir Cəlal.
2. Oturaraq və ya uzanaraq dincəlmək, dincini...

RAHATLAŞDIRMA (ID - 33607)

“Rahatlaşdırmaq” dan f.is.

RAHATLAŞDIRMAQ (ID - 33608)

bax rahatlandırmaq. Xəstəni rahatlaşdırmaq. Uşağı rahatlaşdırmaq.

RAHATLAŞMA (ID - 33609)

“Rahatlaşmaq” dan f.is.

RAHATLAŞMAQ (ID - 33610)

f Rahat olmaq, sakitləşmək, narahatlığı keçmək.

RAHATLIQ (ID - 33611)

is. 1. Qayğı, üzüntü, həyəcan, şübhə və s. olmadığı hal; asudəlik, dinclik, qayğısızlıq. Bu sözlərdən sonra Bəyim sanki öz qəlbində bir rahatlıq hiss etdi. I.Əfəndiyev. [Hacı Murad:] Bu zalım uşaqlarının əlindən bir...

RAHATSIZ (ID - 33612)

bax narahat. □ Rahatsız etmək - narahat etmək. Bu acı düşüncələr [Poladı] rahatsız edirdi. A.Şaiq.

RAHATSIZLIQ (ID - 33613)

bax narahatlıq. [Nəbi:] Vallah, mən nökər belə rahatsızlığa davam edə bilmərəm. S.S.Axundov. Daxilən bir intizar, bir rahatsızlıq duyan Firidun axşam sərinində şəhəri gəzməyi qərara aldı. M.İbrahimov.

RAHƏTÜLHÜLQUM (ID - 33614)

is. [ər.] Şəkər və nişastadan (bəzən də içinə badam, fındıq və s. qoyularaq) hazırlanan Şərq şimiyyatı.

RAHƏVİ (ID - 33615)

is. mus. Orta əsrlərdə Yaxın Şərqdə geniş yayılmış 12 əsas muğamdan biri.

RAHİB (ID - 33616)

is. [ər.] Monastırda yaşayıb rahibliyə girmə (saç kəsdirmə) mərasimindən keçərək monastır nizamnaməsinin tələblərinə uyğun olaraq tərki-dünya həyat keçirməyi əhd etmiş şəxs (kişi). Katolik rahiblər. // dan. Tənha tərki-dünya...

RAHİBƏ (ID - 33617)

is. [ər.] Qadın rahib (bax rahib).

RAHİBLİK (ID - 33618)

is. Rahibin yaşayış tərzi, rahib olma.

RAHLAMA (ID - 33619)

“Rahlamaq” dan f.is.

RAHLAMAQ (ID - 33620)

bax rahatlamaq. Rövşən qabaqca atasını rahladı, sonra qulunların yerini sahmanlayıb, tövləni hazırlamağa başladı “Koroğlu” .

RAXİT (ID - 33621)

[yun. rhachis - bel sümüyü] Böyüməkdə olan orqanizmdə duzların çatışmaması nəticəsində sümüklərin qeyri-normal inkişafı, maddələr mübadiləsinin pozulması şəklində təzahür edən uşaq xəstəliyi.

RAXİTİZM (ID - 33622)

[yun.] Raxit xəstəliyi əlamətlərinin məcmusu; raxit xüsusiyyətləri.

RAXİTLİ (ID - 33623)

sif dan. Raxit xəstəliyinə tutulmuş. Raxitli uşaq.

RAKET (ID - 33624)

[alm.] 1. Atəşfəşanlıq, habelə işıq siqnalları vermək üçün işlədilən içi barıt tərkibli maddələrlə doldurulmuş gilizdən ibarət mərmi. Siqnal raketi. Işıqlandırıcı raket.
2. Reaktiv mühərrikli uçucu aparat. Kosmik raket....

RAKETÇİ (ID - 33625)

is. 1. Raketlə siqnal verən adam (bax raket 1-ci mənada).
2. Raketə xidmət edən əsgər (b ax raket 2-ci mənada). Raketçi bölməsi.

RAKETKA (ID - 33626)

[rus., əsli fr.] 1. Tennis oyununda: topu vurmaq üçün oval torlu kürəkcik. Tennis raketkası.
2. Stolüstü tennis oynamaq üçün dairəvi kiçik kürəkcik. Stolüstü tennis raketkası.

RAKETQAYIRMA (ID - 33627)

is. Raket istehsalı, raket qayrılması. Raketqayırma sənayesi.

RAKETODROM (ID - 33628)

[alm. raketa və yun. dromos] Raketləri təcrübədən keçirmək və buraxmaq üçün xüsusi yer, meydança.

RAKURS (ID - 33629)

is. [fr.] Baxım nöqtəsi, bucağı.

RAQA (ID - 33630)

is. [sanskr.] mus. Qədim Hind klassik musiqisi növlərindən biri.

RALLİ (ID - 33631)

is. [ing.] Avtomobil idmanı üzrə 1000-2000 km məsafədə keçirilən yarışlar kompleksi.

RAM (ID - 33632)

[fars. ]: ram etmək - özünə tabe etmək, özünə alışdırmaq, baş əydirmək, özünə lazım olan şəkildə dəyişmək; əhliləşdirmək. Kərəm bir neçə ildən sonra atı tutub öyrətdi, özünə ram elədi. M.Hüseyn. Ram olmaq tabe...

RAMA (ID - 33633)

[rus.] xüs. Hər hansı bir maşının, qurğunun, mexanizmin aparıcı hissəsi. Avtomobilin (vaqonun, velosipedin) raması.

RAMAZAN (ID - 33634)

is. [ər. rəməzan] Hicri qəməri ərəb təqviminin 9-cu ayı; orucluq ayı. [Cahan:] Bu ramazan yox, gələn ramazan gəlib ötəndən sonra [Əsgərin] iyirmi səkkiz yaşı tamam olacaqdır. Ü.Hacıbəyov.

RAMPA (ID - 33635)

[fr.] Səhnəyə yönəldilmiş işıqlandırıcı cihazları tamaşaçıdan gizlədən, səhnə boyu uzanan yastı sipər.

RANET (ID - 33636)

[fr.] Qiymətli alma növlərindən birinin adı.

RANQ (ID - 33637)

is. [fr.] Fərqlənmə dərəcəsi; kateqoriya, rütbə.

RAPİRA (ID - 33638)

[fr.] Dördüzlü uzun elastik tiyəsi olan itiuclu silah (indi ancaq təlim və qılıncoynatma idmanında işlədilir). Rapira üzrə dünya çempionatının qalibləri.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed