İzahlı lüğət

RÖYA

is. [ər.] 1. Yuxu. [Xanəndə:] Röyadə mən keçən gecə eylərkən ahüzar; Sən vermədinmi bir əbədi vəsl için qərar?! H.Cavid. □ Röya görmək - yuxu görmək. Hər gün əğyarə nəsib oldu cəmalın, ey məh; Olmadı bir gecə kim, mən səni röyadə görüm. S.Ə.Şirvani. [Qüdrətin] gözünə yuxu gedəndə qarışıq röyalar görməyə başladı. M.Hüseyn.
Yuxuda görülən şey, vaqiə, hadisə. Bu sərv qamət, bu cazibəli gözlər, siyah danə... Bunlar röyamı? Çəmənzəminli. Bu, yuxu ilə oyaqlıq arasında elə bir hal idi ki, həqiqət, xəyal, röya bir-birinə qarışmışdı. M.Rzaquluzadə.
RU(Y) is. [fars.] klas. Üz, çöhrə. Həsrətindən zəfəranə dönsə ruyim, yox əcəb; Qoymuş hicranda məni, bir gülüzarım gəlməmiş. M.P.Vaqif. Düşübdür xəyalım yarın ruyinə; Can quşu bənd olub zülfü muyinə. M.V.Vidadi. Zülfün ki, tutub ruyunu, çox qorxuram ondan; Aləm toxunar bir-birinə zülmət olanda. Ə.Vahid. □ Ruyi-zəmin klas. - Yer üzü; dünya, aləm. Bu şəhri-Qəzvində bir nəfər nabəkarpeyda olubdur ki, cəmi-ruyi-zəmində ondan qətlə müstəhəq bir kimsənə tapılmaz. M.F.Axundzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed