İzahlı lüğət

RÖVNƏQ

is. [ər.] klas. Parlaqlıq, gözəllik, zinət; lətafət, təravət; işıq. Gülşənin rövnəqisən, zinəti bağü çəmənin. M.P.Vaqif. Nədən qəhrəmanım çıxmayır düzə? Rövnəq deyilmidir günəş gündüzə? M.Rahim. □ Rövnəq tapmaq - daha da gözəlləşmək, təravətlənmək, parlaq olmaq. Omür rövnəq tapır könül güləndə; Insanın qədrini insan biləndə. S.Vurğun. Yarandı qardaşlıq, bir də məhəbbət; Könül rövnəq tapdı, qəlb işıqlandı. Aşıq Şakir. Rövnəq vermək - 1) bir şeyin gözəlliyini, parlaqlığını, yaraşıq və lətafətini artırmaq; gözəlləşdirmək, zinətləndirmək. Oxuyur hər biri beş-altı vərəq; Sonradan saqqala verir rövnəq. S.Ə.Şirvani. Ömrümə rövnəq verən, minnətsiz minnət çəkən, ağrıma dözən Ruqiyyə idi, Ruqiyyə... A.Divanbəyoğlu. Eşqin qüdrətlidir... Bu eşq ilə sən; Qara torpağa da rövnəq verərsən. B.Vahabzadə;
qüvvət vermək, rəvac vermək, daha da inkişaf etdirmək. Ibrahim günü-gündən ticarətinə rövnəq verib böyük bir tacir oldu. (Nağıl). Rövnəqdən düşmək - gözəlliyini itirmək, təravətdən düşmək, əvvəlki gözəlliyini, təravətini, lətafətini, parlaqlığını itirmək. Buradan nə qədər gül-çiçək dərsəydilər, yenə də gülşən rövnəqdən düşməzdi. M.Hüseyn. Eyşü işrət məclisi, əlbəttə, rövnəqdən düşər; Naleyi-ney, şuri-mütrüb, nəğmeyi-tar olmasa. Ə.Vahid. Rövnəqdən salmaq - 1) təravətini, gözəlliyini pozmaq;
məc. yayılmağa, inkişaf etməyə qoymamaq. Təziyə məclislərini rövnəqdən salmaq məqsədilə kinolar və sair ictimai əyləncələr təşkil edilsin. M.S.Ordubadi. Rövnəqi pozulmaq - b a x rövnəqdən düşmək. Rövnəqi pozulub otağımızın; Ziyası qalmayıb çırağımızın. Q.Zakir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ROL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed