Sizin hazırki nikiniz (ləğəbiniz)

Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2274

Kor ilə çörək yeyəndə Allahı arada gör.

Atalar sözü ID - 2275

Kor keçəli bitləyər ay qaranlıq gecədə.

Atalar sözü ID - 2276

Kor kimdir? - Nabələd.

Atalar sözü ID - 2277

Kor kora dedi: cırt bu yandakı gözünə.

Atalar sözü ID - 2278

Kor kora kor deməsə bağrı çatlar.

Atalar sözü ID - 2279

Kor kora necə baxar, Allah ikisinə də elə baxar.

Atalar sözü ID - 2280

Kor qız toyda donunu tanıdı.

Atalar sözü ID - 2281

Kor leyləyin yuvasın Allah öz əliylə yapar.

Atalar sözü ID - 2282

Kor nə istər? - İki göz! biri əyri, biri düz!

Atalar sözü ID - 2283

Kor odu ki, düşdüyü quyuya bir də düşə.

Atalar sözü ID - 2284

Kor ölər, adı qalar badamgöz.

Atalar sözü ID - 2285

Kor tutduğun əldən qoymaz.

Atalar sözü ID - 2286

Kor tutduğundan kəsər.

Atalar sözü ID - 2287

Kor ya burda, ya Bağdadda.

Atalar sözü ID - 2288

Kora gecə də, gündüz də birdir.

Atalar sözü ID - 2289

Kora verirsən - mənə ver, şilə verirsən - mənə ver.

Atalar sözü ID - 2290

Korlar ölkəsində çaşlar padşah olar.

Atalar sözü ID - 2291

Koru kor yanında həyan üçün qoyarlar.

Atalar sözü ID - 2292

Korun qabağını əliağaclı kəsməzlər.

Atalar sözü ID - 2293

Korun nə borcu ki, şam bahalanıb!?

Atalar sözü ID - 2294

Koroğlu deyibdi: "basılanı kəsmə".

Atalar sözü ID - 2295

Koroğlu bir gəlib, bir gedib.

Atalar sözü ID - 2296

Koroğlunu tutmağa bir keçəl Həmzə gərək.

Atalar sözü ID - 2297

Kosa getmişdi saqqal gətirməyə, bığını da üstəlik qoydu.

Atalar sözü ID - 2298

Kosa kəndə girməmiş illisini başladı.

Atalar sözü ID - 2299

Kosaya lağ eləyənin top qara saqqalı gərək.

Atalar sözü ID - 2300

Kotan nə bilir ki, qayış nə çəkir?!

Atalar sözü ID - 2301

Kovxa atlanar, öz kəndini çapar.

Atalar sözü ID - 2302

Kovxa ilə hesaba oturan borclu qalar.

Atalar sözü ID - 2303

Kovxa mənəm, - növbət sənindir.

Atalar sözü ID - 2304

Kovxası gülüm olanın başına külüm olar.

Atalar sözü ID - 2305

Köç dala qayıdanda axsaq keçi qabağa düşər.

Atalar sözü ID - 2306

Köç köçər, it yüyürər, ikisi bir mənzilə çatar.

Atalar sözü ID - 2307

Köçdən azan qarıya bundan da bədtər gərək!

Atalar sözü ID - 2308

Köçəköçdə malını saxla, qaçaqaçda başını.

Atalar sözü ID - 2309

Köçən yurdun qədrini qonan yurdda bilərlər.

Atalar sözü ID - 2310

Köçün yaraşığı dananın soncuqlamağıdır.

Atalar sözü ID - 2311

Köhlən atın çulu cırıq olar.

Atalar sözü ID - 2312

Köhnə bazara təzə nırx qoyma.

Atalar sözü ID - 2313

Köhnə dost düşmən olmaz.

Atalar sözü ID - 2314

Köhnə hamam, köhnə tas.

Atalar sözü ID - 2315

Köhnə qar sovruq verməz.

Atalar sözü ID - 2316

Köhnə pambıq bez olmaz.

Atalar sözü ID - 2317

Köhnə sevgi köhnəlməz.

Atalar sözü ID - 2318

Köhnə tülkü hiyləbaz olar.

Atalar sözü ID - 2319

Köhnə un çuvalıdı, vurduqca toz qopar.

Atalar sözü ID - 2320

Köksüz ağac tez yıxılar.

Atalar sözü ID - 2321

Kölgədə bitən ağacın meyvəsi olmaz.

Atalar sözü ID - 2322

Kölgədə olanın kölgəsi olmaz.

Atalar sözü ID - 2323

Kölgəsində yatdığın ağacı budama.

Bu səhifə 15 dəfə baxılıb