Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2173

Kabab qanlı, igid canlı.

Atalar sözü ID - 2174

Kababı köz öldürər, igidi söz.

Atalar sözü ID - 2175

Kamil insan kəlamından bəllidir.

Atalar sözü ID - 2176

Kamil kamili tanır.

Atalar sözü ID - 2177

Kar eşitdiyin, kor tutduğun buraxmaz.

Atalar sözü ID - 2178

Kar eşitməz - yaraşdırar, kor görməz - quraşdırar.

Atalar sözü ID - 2179

Kar iki dəfə gülər.

Atalar sözü ID - 2180

Kar iti qurd aparar.

Atalar sözü ID - 2181

Kar könlündəkini anlar.

Atalar sözü ID - 2182

Kar üçün iki dəfə azan verilməz.

Atalar sözü ID - 2183

Karın başına balta vurdular, dedi: bu nə taqqatuqdu.

Atalar sözü ID - 2184

Karvanın pusquda qalınca vurulmağı yaxşıdı.

Atalar sözü ID - 2185

Kasıb oğurluğa çıxdı, Ay da bir yandan çıxdı.

Atalar sözü ID - 2186

Kasıb öləndə molla xəstə olar.

Atalar sözü ID - 2187

Kasıba bazarın tulası da hürər.

Atalar sözü ID - 2188

Kasıbı dəvə üstə böv sancar.

Atalar sözü ID - 2189

Kasıbın bir oğlu oldu, o da boynu əyri.

Atalar sözü ID - 2190

Kasıbın danası dövlətlinin tayasına baxar.

Atalar sözü ID - 2191

Kasıbın əlində qoğal gülməli görsənir.

Atalar sözü ID - 2192

Kasıbın günü - itin günü.

Atalar sözü ID - 2193

Kasıbın malı başının altında gərək.

Atalar sözü ID - 2194

Kasıbın oğlu olunca dövlətlinin qulu ol.

Atalar sözü ID - 2195

Kasıbın sacı çörəyi qurtaranda qızar.

Atalar sözü ID - 2196

Kasıbın səxası şeytandandı.

Atalar sözü ID - 2197

Kasıbın sözü - yurğunun közü.

Atalar sözü ID - 2198

Kasıbın toyunda gecə qısa olar.

Atalar sözü ID - 2199

Keçəl baxar güzgüyə, adın qoyar özgəyə.

Atalar sözü ID - 2200

Keçəl başından qorxar, kor gözündən.

Atalar sözü ID - 2201

Keçəl, başını yudunmu? - Yudum da, daradım da.

Atalar sözü ID - 2202

Keçəl dərman bilsə, öz başına elər.

Atalar sözü ID - 2203

Keçəl düzün desə də, başına qapaz dəyər.

Atalar sözü ID - 2204

Keçəl gileyləndi ki, daraq bahalanıb.

Atalar sözü ID - 2205

Keçəl halva yeyər, puluna minnət.

Atalar sözü ID - 2206

Keçəl qız bəzənincə toy əldən getdi.

Atalar sözü ID - 2207

Keçəl qızım saçlı deyib ağlar.

Atalar sözü ID - 2208

Keçəl qızın nəyi var? Dəmirdən bir darağı.

Atalar sözü ID - 2209

Keçəli börkünün yanından tanıyarlar.

Atalar sözü ID - 2210

Keçəlimə baxma, baxtıma bax.

Atalar sözü ID - 2211

Keçəlin adın qoyarlar Zülfəli.

Atalar sözü ID - 2212

Keçəlin börkü düşənə qədərdir.

Atalar sözü ID - 2213

Keçəlin keçəlliyilə nə işin var, işinin keçərliyilə ol.

Atalar sözü ID - 2214

Keçəlin qazandığı başının qartmağına gedər.

Atalar sözü ID - 2215

Keçəlin tükdən acığı gələr.

Atalar sözü ID - 2216

Keçi can hayında, qəssab da piy axtarır.

Atalar sözü ID - 2217

Keçi ha yanda? Qaya ha yanda?

Atalar sözü ID - 2218

Keçi öldü, qoturu da kəsildi.

Atalar sözü ID - 2219

Keçi suyu bağıra-bağıra keçər.

Atalar sözü ID - 2220

Keçi sürünün qabağında gəlsə də, "qoyun gəldi" deyirlər.

Atalar sözü ID - 2221

Keçini keçi ayağından asarlar, qoyunu qoyun.

Atalar sözü ID - 2222

Keçinin əcəli çatanda çobanın dəyənəyinə sürtüşər.

Bu səhifə dəfə baxılıb

......