Bolməyə aid atalar sözləri
Atalar sözü ID - 2223Keçinin qoturu gedər bulağın gözündən su içər. |
Atalar sözü ID - 2224Keçən günə gün çatmaz, calasan günü günə. |
Atalar sözü ID - 2225Keçən xırmanları sovurma. |
Atalar sözü ID - 2226Keçən keçdi, gələn günün xeyir olsun. |
Atalar sözü ID - 2227Keçən keçdi, vay gələcək dərdinə. |
Atalar sözü ID - 2228Keçənə güzəşt deyərlər. |
Atalar sözü ID - 2229Keçər bu dövran, sənə də qalmaz. |
Atalar sözü ID - 2230Keçmə namərd körpüsündən, qoy aparsın su səni. |
Atalar sözü ID - 2232Keşiş, belə iş?! |
Atalar sözü ID - 2233Kəklik başın quylar, qara quyruğundan xəbəri olmaz. |
Atalar sözü ID - 2234Kələk ilə gələn küləklə gedər. |
Atalar sözü ID - 2235Kəndə molla gəlib, hər kim ölür ölsün. |
Atalar sözü ID - 2236Kəndi şortusuyla tanı, qamçını şoldusuyla. |
Atalar sözü ID - 2237Kəndxudalığa hesaba gedən evinə borclu gələr. |
Atalar sözü ID - 2238Kərki olub öz tərəfüvə yonma, mişar ol iki tərəfə yon. |
Atalar sözü ID - 2239Kərməni dadır alır. |
Atalar sözü ID - 2240Kəsək atana daş atarlar. |
Atalar sözü ID - 2241Kəsək oturub daş üçün gün ağlayır. |
Atalar sözü ID - 2242Kəsənin üzün tikən ağardar. |
Atalar sözü ID - 2243Kəsilən başın teli üçün ağlamazlar. |
Atalar sözü ID - 2244Kəsilsin iki əl ki, bir başı saxlamaya. |
Atalar sözü ID - 2245Kiçik daş da baş yarar. |
Atalar sözü ID - 2246Kiçik olmayan yerdə böyük də olmaz. |
Atalar sözü ID - 2247Kiçikdən xəta, böyükdən əta. |
Atalar sözü ID - 2248Kim eşşək olar, biz ona palan olarıq. |
Atalar sözü ID - 2249Kim əkdi, kim becərdi, kim dedi bağ mənimdi. |
Atalar sözü ID - 2250Kiminin başında tac, kiminin boynunda xərac. |
Atalar sözü ID - 2251Kiminin ələyi olar, kiminin sacı. |
Atalar sözü ID - 2252Kiminin əvvəli, kiminin axırı. |
Atalar sözü ID - 2253Kimiyə bir eşşək, kimiyə min köşək. |
Atalar sözü ID - 2254Kimiyə lov, kimiyə pilov. |
Atalar sözü ID - 2255Kimsə kimsənin nəsibin yeməz. |
Atalar sözü ID - 2256Kiş-kiş ilə donuz darıdan çıxmaz. |
Atalar sözü ID - 2257Kişi kişidən qorxmaz, amma utanar. |
Atalar sözü ID - 2258Kişi öz sözünün ağası olar. |
Atalar sözü ID - 2259Kişi seldir, arvad göl. |
Atalar sözü ID - 2260Kişini tez qocaldar axşamdan yatan arvad. |
Atalar sözü ID - 2261Kişinin hörməti öz əlindədir. |
Atalar sözü ID - 2262Kişinin malı göz qabağında gərək. |
Atalar sözü ID - 2263Kişinin sözü bir olar. |
Atalar sözü ID - 2264Kişinin üzünə baxma, sözünə bax. |
Atalar sözü ID - 2265Kor atı minən şahlıq iddiası elər. |
Atalar sözü ID - 2266Kor atı minib köndələn çapır. |
Atalar sözü ID - 2267Kor atın kor da nalbəndi olar. |
Atalar sözü ID - 2268Kor atlanar öz ölkəsini çapar. |
Atalar sözü ID - 2269Kor da bilir balıq şordu. |
Atalar sözü ID - 2270Kor dəyənəyini bir dəfə itirər. |
Atalar sözü ID - 2271Kor əlifə vav deməyib. |
Atalar sözü ID - 2272Kor gözdən yaş ummazlar. |
Atalar sözü ID - 2273Kor gözün sahibinə nə faydası?! |
Bu səhifə dəfə baxılıb