ZE+education...
Kurikulum+sinaqlar...

Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2

Abad məclis aşığından bəllidir.

Atalar sözü ID - 3

Abadan kənd tüstüsündən bəlli olar.

Atalar sözü ID - 4

Abbas Abbasdan, Abbas da kor Abbasdan.

Atalar sözü ID - 5

Abbasını bəyənməyən beş şahı çıxardar.

Atalar sözü ID - 6

Abdal at mindi, özün bəy sandı.

Atalar sözü ID - 7

Abdal düyündən, uşaq oyundan usanmaz.

Atalar sözü ID - 8

Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.

Atalar sözü ID - 9

Abır harda, çörək orda.

Atalar sözü ID - 10

Abır-həya olan yerdə bərəkət də olar.

Atalar sözü ID - 11

Abırlı abrından qorxar, abırsız nədən qorxar?!

Atalar sözü ID - 12

Ac acı aldı, acdan ləlöyün törədi.

Atalar sözü ID - 13

Ac acı dalayar, tox toxu yalayar.

Atalar sözü ID - 14

Ac adam özünü oda vurar.

Atalar sözü ID - 15

Ac adamı qurd yeməz.

Atalar sözü ID - 16

Ac ayı oynamaz.

Atalar sözü ID - 17

Ac deyər doymaram, tox deyər acmaram.

Atalar sözü ID - 18

Ac doğrayar, tox yeyər.

Atalar sözü ID - 19

Ac donuz darıdan çıxmaz.

Atalar sözü ID - 20

Ac elə bilər hamı acdır, tox elə bilər hamı toxdur.

Atalar sözü ID - 21

Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.

Atalar sözü ID - 22

Ac hara, paxaç hara.

Atalar sözü ID - 23

Ac it gəlmiş, tox itin yanm yalıyır.

Atalar sözü ID - 24

Ac qarına bir nəfər, nəğmə oxurmu məgər?!

Atalar sözü ID - 25

Ac qatıq istəməz, yuxulu yastıq.

Atalar sözü ID - 26

Ac qılınca çapar.

Atalar sözü ID - 27

Ac qudurğan olar, çılpaq oynağan.

Atalar sözü ID - 28

Ac qurd sürünün ortasına girər.

Atalar sözü ID - 29

Ac nə yeməz? Tox nə deməz?

Atalar sözü ID - 30

Ac saxla, yalavac saxla, yaxşı saxla.

Atalar sözü ID - 31

Ac toyuq yuxusunda darı görər.

Atalar sözü ID - 32

Ac - yanından qaç!

Atalar sözü ID - 33

Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.

Atalar sözü ID - 34

Aca nə halal, nə haram?!

Atalar sözü ID - 35

Acam, quyruq acıyam, bağır-öpkə acı deyiləm.

Atalar sözü ID - 36

Acdan ummaq olmaz.

Atalar sözü ID - 37

Acı dindirmə, toxu tərpətmə.

Atalar sözü ID - 38

Acın andı and olmaz.

Atalar sözü ID - 39

Acın gözü çörək təknəsində olar.

Atalar sözü ID - 40

Acın imanı olmaz, toxun amanı.

Atalar sözü ID - 41

Acın qarnı doyar, gözü doymaz.

Atalar sözü ID - 42

Acın qursağında çörək dayanmaz.

Atalar sözü ID - 43

Acın zəhləsi sudan gedər.

Atalar sözü ID - 44

Acından dəyirmana baxır, kibirliyindən şahıd almır.

Atalar sözü ID - 45

Acla əcəli gələn söyləşər.

Atalar sözü ID - 46

Aclığında eldən yeyər, toxluğunda eldən deyər.

Atalar sözü ID - 47

Aclıq adama oyun öyrədər.

Atalar sözü ID - 48

Aclıq ayıya darayı oxudar.

Atalar sözü ID - 49

Aclıq bir il gedər, minnət min il.

Atalar sözü ID - 50

Aclıq sofiliyi pozar.

Atalar sözü ID - 51

Aclıq yavanlıq istəməz, yuxu da yastıq.

Bu səhifə dəfə baxılıb

Ugur MM
Language dom
Alsat.az - ən rahat aliş-veriş saytı
Elbite tibb kurslari
Tereggi 1
Yeni video
Babək. Xürrəmilər. Ərəb xilafətı. İslamın Azərbaycanda yayılması
Babək. Xürrəmilər. Ərəb xilafətı. İslamın Azərbaycanda yayılması
Yeni video
Qafqaz Albaniyası. Cavanşir. Qədim Azərbaycan dövlətləri.
Qafqaz Albaniyası. Cavanşir. Qədim Azərbaycan dövlətləri.
Yeni video
Azərbaycan xanlıqları. Qərb Xanlıqları. İrəvan xanlığı. Naxçıvan xanlığı.
Azərbaycan xanlıqları. Qərb Xanlıqları. İrəvan xanlığı. Naxçıvan xanlığı.
Yeni video
Azərbaycan dili. Bağlayıcılar. Bağlayıcılarda bəzi məqamlar. Dərs 46.
Azərbaycan dili. Bağlayıcılar. Bağlayıcılarda bəzi məqamlar. Dərs 46.
......
Bağla

Zərfin mənaca növləri. Azərbaycan dili. Dərs 39
Zərfin mənaca növləri. Azərbaycan dili. Dərs 39
Yeni video
ORFOEPİYA  NORMALARI (3-ci hissə). Q və K  hərflərinin tələffüzü.
ORFOEPİYA NORMALARI (3-ci hissə). Q və K hərflərinin tələffüzü.

İzahlı video testlərə keç