Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 502

Ay gedən it, gəl məni tut.

Atalar sözü ID - 503

Ay qaynana, heç gəlin olmamısan?!

Atalar sözü ID - 504

Ay özünü bəyənmiş, qoy səni el bəyənsin.

Atalar sözü ID - 505

Ayağa düşməyən başa çıxmaz.

Atalar sözü ID - 506

Ayağı ilə gələnə ölüm olmaz.

Atalar sözü ID - 507

Ayağından yıxılan qalxar, dilindən yıxılan yox.

Atalar sözü ID - 508

Ayağını yorğanına görə uzat.

Atalar sözü ID - 509

Ayaqla gələn qonağı atla yola salarlar.

Atalar sözü ID - 510

Ayaq-ayaq nərdivana çıxarlar.

Atalar sözü ID - 511

Ayaz oldu, bulud oldu, keçən günlər unuduldu.

Atalar sözü ID - 512

Ayazda yatmayan eşşək töylənin qədrin bilməz.

Atalar sözü ID - 513

Ayı balasına "ağappağım" deyər, kirpi balasına - "yumşağım".

Atalar sözü ID - 514

Ayı meşədən küsüb, meşənin xəbəri yox.

Atalar sözü ID - 515

Ayı nədi, oynamaq nədi?!

Atalar sözü ID - 516

Ayının min bir oyunu var - hamısı bir armud üstədir.

Atalar sözü ID - 517

Ayıya dayı deyərlər körpünü keçincən.

Atalar sözü ID - 518

Ayıb söyləyənin ayıbını söylərlər.

Atalar sözü ID - 519

Ayıblı ayıbın bilsə, başına palaz örtər.

Atalar sözü ID - 520

Aynanın çatdağı calaq qəbul eləməz.

Atalar sözü ID - 521

Aynaya necə baxsan, özünü elə görərsən.

Atalar sözü ID - 522

Ayrana getməyə utanmır, sərnici dalında gizlədir.

Atalar sözü ID - 523

Ayrana gələn çanağı böyrünə sıxar.

Atalar sözü ID - 524

Az idi arıq-uruq, biri də gəldi dabanı cırıq.

Atalar sözü ID - 525

Az ilən çoxun oyunu olmaz.

Atalar sözü ID - 526

Az olur küsür, çox olur qusur.

Atalar sözü ID - 527

Az tamah çox bəla gətirər.

Atalar sözü ID - 528

Az vardı ac adam, biri də düşdü bacadan.

Atalar sözü ID - 529

Az yeyənin azarı da az olar.

Atalar sözü ID - 530

Aza qane olmayan çoxu tapammaz.

Atalar sözü ID - 531

Azacıq aşım, ağrımaz başım.

Atalar sözü ID - 532

Azca, hara gedirsən? Çoxca yanına.

Atalar sözü ID - 533

Azdan az deyiblər, çoxdan çox.

Atalar sözü ID - 534

Azı bilməyən çoxu heç bilməz.

Atalar sözü ID - 535

Azan quşun ömrü az olar.

Atalar sözü ID - 536

Azğın adam quzğun olar.

Atalar sözü ID - 537

Azar batmannan girər, misqalnan çıxar.

Atalar sözü ID - 538

Azarla mənimçün, ölüm səninçün.

Atalar sözü ID - 539

Azarladım ölmədim, üzüldüm öldüm.

Atalar sözü ID - 540

Azarlı tələsər, armud vaxtında yetişər.

Atalar sözü ID - 541

Azarlıq olsun, bezarlıq olmasın.

Atalar sözü ID - 3240

Aralığa çıxdı sərçə balası.

Atalar sözü ID - 3827

Atım atına barabar, tulam da səndən artıq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed