Bolməyə aid atalar sözləri
Atalar sözü ID - 52Aclıqda darı çörəyi halvadan şirin olar. |
Atalar sözü ID - 53Aclıqdan kimsə ölməz, ölən toxluqdan ölər. |
Atalar sözü ID - 54Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz. |
Atalar sözü ID - 55Acı danışan şirin söz eşitməz. |
Atalar sözü ID - 56Acını dadmayan şirini bilməz. |
Atalar sözü ID - 57Acıq gələr üz saralar, acıq gedər üz qaralar. |
Atalar sözü ID - 58Acıqla iş görən zərərin çəkər. |
Atalar sözü ID - 59Acıqlı başda ağıl olmaz. |
Atalar sözü ID - 60Acıqlı dilənçinin torbası boş qalar. |
Atalar sözü ID - 61Acıqlı qalxan ziyanlı oturar. |
Atalar sözü ID - 62Acıqnan dövlət yola getməz. |
Atalar sözü ID - 63Açaram sandığı, tökərəm pambığı. |
Atalar sözü ID - 64Açıq qaba it dəyər. |
Atalar sözü ID - 65Açılmamış süfTənin bir eybi var, açılmışın min. |
Atalar sözü ID - 66Ad adamı bəzəməz, adam adı bəzəyər. |
Atalar sözü ID - 67Adı gözəl olanın özü də gözəl olar. |
Atalar sözü ID - 68Adımı güvəc qoy, amma ocaq üstə qoyma. |
Atalar sözü ID - 69Adımı sənə qoyum, səni yana-yana qoyum. |
Atalar sözü ID - 70Adın nədir - Daşdəmir, yumşalısan, yumşalı. |
Atalar sözü ID - 71Adam adamdı olmasa da pulu, eşşək eşşəkdi olmasa da çulu. |
Atalar sözü ID - 72Adam adamın şeytanıdı. |
Atalar sözü ID - 73Adam adıyla tanınar. |
Atalar sözü ID - 74Adam aşını-işini bilməlidir. |
Atalar sözü ID - 75Adam ağzından söz, qazan altından köz. |
Atalar sözü ID - 76Adam hər düşməndən bir ağıl öyrənər. |
Atalar sözü ID - 77Adam min acını udar bir şirinin xatirinə. |
Atalar sözü ID - 78Adam olana bir söz yetər. |
Atalar sözü ID - 79Adam öz-özünə eliyəni el yığıla eliyə bilməz. |
Atalar sözü ID - 80Adam var - adamların naxşıdı, adam var - eşşək ondan yaxşıdı. |
Atalar sözü ID - 81Adam var gözdən qızar, adam var sözdən qızar. |
Atalar sözü ID - 82Adam yanıla-yanıla öyrənir. |
Atalar sözü ID - 83Adamı dindir, sonra qiymətin ver. |
Atalar sözü ID - 84Adamı qılınc öldürməz, tənəli söz öldürər. |
Atalar sözü ID - 85Adamı söz, kababı köz yandırar. |
Atalar sözü ID - 86Adamı tanıyan qurd yesin. |
Atalar sözü ID - 87Adamın adı çıxınca canı çıxsa yaxşıdır. |
Atalar sözü ID - 88Adamın axır günü gərək xoş olsun. |
Atalar sözü ID - 89Adamın ayağından çəkən çox olar. |
Atalar sözü ID - 90Adamın başına nə gəlsə dilindəndir. |
Atalar sözü ID - 91Adamın dəlisi daşa güc elər, öküzün dəlisi - başa. |
Atalar sözü ID - 92Adamın dinməzindən yaramaz koxa tikdilər. |
Atalar sözü ID - 93Adamın düşməni - öz dili. |
Atalar sözü ID - 94Adamın öz əli, öz kisəsi. |
Atalar sözü ID - 95Adamın üzünə baxarlar, halın xəbər alarlar. |
Atalar sözü ID - 96Adət qanun deyil, amma qanun qədər hökmü var. |
Atalar sözü ID - 97Adilin qəzəbindən qorxmaq gərək, zalımın sükutundan. |
Atalar sözü ID - 98Ağ ağça qara gün üçündü. |
Atalar sözü ID - 99Ağ atla cahil ağaya qulluq eləmə. |
Atalar sözü ID - 100Ağ divara hansı rəng çəksən tutar. |
Atalar sözü ID - 101Ağ evi görəndə qara evi yaddan çıxartma. |
Bu səhifə dəfə baxılıb