Bolməyə aid atalar sözləri
Atalar sözü ID - 302Ana kimi yar olmaz - vətən kimi dövlət-var. |
Atalar sözü ID - 303Ana uşağa aş gətirər, analıq yaş. |
Atalar sözü ID - 304Anadan əziz yenə anadır. |
Atalar sözü ID - 305Analı qızın özü böyüyər, anasız qızın sözü. |
Atalar sözü ID - 306Analı quzu - xınalı quzu. |
Atalar sözü ID - 307Anam doğub, bacıma güc düşüb. |
Atalar sözü ID - 308Anam elə çox bilir, kündəni xırda tökür, Atam elə az bilir, ikisini birdən bükür. |
Atalar sözü ID - 309Ananın ərköyün oğlu hambal olar. |
Atalar sözü ID - 310Ananın səbri tükənməz olur. |
Atalar sözü ID - 311Anası çıxan ağacı qızı budaq-budaq gəzər. |
Atalar sözü ID - 312Anasına bax qızını al, qırağına bax bezini al. |
Atalar sözü ID - 313Anasından ayrı düşən quzunu qurd yeyər. |
Atalar sözü ID - 314Anasından qabaq düşən qulunu qurd yeyər. |
Atalar sözü ID - 315Anasızın gördüyü iş danlaqsız bitməz. |
Atalar sözü ID - 316Andın iki başı olur. |
Atalar sözü ID - 317Andına inanıram, xoruzun da quyruğu görünür. |
Atalar sözü ID - 318Anladıq - yel dəyirmanı, bəs bunun suyu hanı? |
Atalar sözü ID - 319Anlamaza hörmət elərsən, deyər: məndən qorxdu. |
Atalar sözü ID - 320Anlayan özü qanar, anlamayana yüz qandır. |
Atalar sözü ID - 321Anlayana da can qurban, anlamayana da, dad yarımçıq əlindən. |
Atalar sözü ID - 322Anlayana qul ol, anlamayana ağa da olma. |
Atalar sözü ID - 323Anlayana milçək sazdır, anlamayana zurna da azdır. |
Atalar sözü ID - 324Ara sözü ev yıxar. |
Atalar sözü ID - 325Arada ala çatı olmasa, qurd qoyunla otlayar. |
Atalar sözü ID - 326Aralıq atı, kor fatı. |
Atalar sözü ID - 327Aralıq malı arada yeyilər. |
Atalar sözü ID - 328Araba aşandan sonra yol göstərən çox olar. |
Atalar sözü ID - 329Arabaçı atı gözündən qocalar. |
Atalar sözü ID - 330Aranda tutdan oldum, dağda qurutdan. |
Atalar sözü ID - 331Aranın dağı sağ olsun, qarlı da olar, qarsız da. |
Atalar sözü ID - 332Araz axır, gözün baxır. |
Atalar sözü ID - 333Araz, altını da bilirəm, üstünü də. |
Atalar sözü ID - 334Araz aşığındandı, Kür topuğundan. |
Atalar sözü ID - 335Ardınca padşahın da söylərlər. |
Atalar sözü ID - 336Arx həmişə çınqıl gətirməz. |
Atalar sözü ID - 337Arxa su gələnəcən qurbağanın canı çıxar. |
Atalar sözü ID - 338Arxa su gəlib, umud var bir də gəlsin. |
Atalar sözü ID - 339Arxlar axır çay olur. |
Atalar sözü ID - 340Arxadan vuran namərddir. |
Atalar sözü ID - 341Arxalı köpək qurd basar. |
Atalar sözü ID - 342Arxalıya arxa olma - yamaq sayarlar, Arxasıza arxa ol - dayaq sayarlar. |
Atalar sözü ID - 343Arxanı kürkə öyrətmə. |
Atalar sözü ID - 344Arı qəhrin çəkməyən balın qədrini bilməz. |
Atalar sözü ID - 345Arı şirəyə dolanar. |
Atalar sözü ID - 346Arının tikanın gördüm, balından əl çəkdim. |
Atalar sözü ID - 347Arığa batman da yükdür. |
Atalar sözü ID - 348Arıq it öz kəndinin şiridir. |
Atalar sözü ID - 349Arif adam tərif istəməz. |
Atalar sözü ID - 350Arifə bircə işarə də bəsdir. |
Atalar sözü ID - 351Armud özgənin, eşşək kirayə. |
Bu səhifə dəfə baxılıb