
|
Bölmə III
§24. Azərbaycan ədəbi dili. Hissə 1.
Test ID - 52837
Müəllif: Admin
(Əlavə edilib: 11.12.2011)
Ədəbi dil haqqındakı fikirlərdən biri yanlışdır:
CAVAB DÜZDÜR! Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın. CAVAB SƏHVDİR Paylaşın - Hamı bilsin
|
Azərbaycan Respublikasında bütövlükdə latın qrafikasına keçilməsi nə vaxta qədər təmin edilmişdir?
12 noyabr 1995 – ci ildə
22 dekabr 1992 – ci ilə qədər
1 avqust 2001 – ci ilə qədər
28 may 1918 – ci ilə qədər
“ Yarpaqlar yerə tökülürlər ” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
Leksik
Qrammatik
Fonetik
Həm fonetik, həm qrammatik
Müasir Azərbaycan ədəbi dilinin normaları haqqında fikirlərdən biri düzgündür:
Dilin xarici quruluşunu onun fonetikası, leksikası və qrammatikası təşkil edir
Müasir Azərbaycan ədəbi dilinin normaları bu dilin dialekt, yaxud şivələrinə məxsus normalardan və xalq danışıq dilindəki qeyri – sabit normalardan fərqlənmir
Ədəbi dilin normaları bir sistem olsa da, onların müstəqilliyi də vardır
Fonetik normada dəyişmə tez olur
Azərbaycan – türk milli dili neçənci əsrdə formalaşmışdır?
XVII əsrdə
XVI əsrin sonlarında
XV əsrin sonlarında
XVIII əsrdə
“ Yazın əvvəlində yola çıxan karvan Miyanəyə yaxınnaşanda aləmi gül – çiçək bürümüşdü ” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
Qrammatik
Leksik
Fonetik
Həm fonetik, həm qrammatik
Uyğun variantı seçin:
Ritorika - ədəbi dilin normaları
Mimika – nitqə uyğun əl – qol hərəkətləri
Nitq istisnaları - ədəbi dildəki qeyri – normativ hallar
Jest – üz əzələlərinin mənalı hərəkəti
Dil haqqındakı fikirlərdən biri səhvdir:
Ünsiyyət vasitəsidir
Dil tarixən çox dəyişkəndir
İctimai hadisədir
Dil yalnız insana məxsusdur, heyvanlarda səs dili olmur
« O, ömrünü boş – boşuna keçirdi » cümləsində nitqin hansı şərti pozulmuşdur?
İfadəlik
Düzgünlük
Dəqiqlik
Həm düzgünlük, həm dəqiqlik
Özləşmə meyli haqqında aşağıdakılardan biri səhvdir:
Dili tərk etmiş bir sıra türk mənşəli sözlərin yenidən qayıtması da özləşmə prosesinin təsiri ilə baş verir
Özləşmə üç yolla gedir
Azərbaycanda milli türk sözlərinin yaranması prosesi əvvəllər baş verməmişdir
Son zamanlar da bir sıra leksik vahidlər meydana çıxmışdır
Azərbaycan dilində ərəb və fars sözlərinin işlənməsi nə ilə bağlıdır?
Səfəvilərin hakimiyyətə gəlməsi ilə
Azərbaycanda elmə marağın artması ilə
Azərbaycanda islam dinin qəbul olunması ilə
Azərbaycan dilinin təsir dairəsinin genişlənməsi ilə
Hansı fikir səhvdir?
Dilin inkişafı xalqın tarixi ilə bilavasitə bağlıdır
Dil faktları xalqın mədəni – tarixi səviyyəsi haqqında təsəvvür yaradır
Qohum tayfaların dili birləşərək həmin xalqın dilinə çevrilir
Dil müstəqil inkişaf qanunlarına malik olduğundan cəmiyyətdəki dəyişikliklərə reaksiya vermir
İntonasiya cümlədə hansı mənanın ifadəsinə xidmət edir?
Sintaktik mənaların
Leksik mənaların
Qrammatik mənaların
Həm leksik, həm də qrammatik mənaların
Aşağıdakılardan biri səhvdir:
O nitq forması düzgün hesab olunur ki, orada dilin fonetik, leksik, qrammatik qayda – qanunları pozulmasın
Mədəni nitq həm də dəqiq olmalıdır
Nitqin düzgünlüyü özlüyündə nə qədər mühüm olsa da, bu nitq mədəniyyəti üçün hələ hər şey demək deyildir
Nitqin düzgünlüyü hamıdan tələb olunmur
Verilənlərdən biri şifahi ədəbi dilin orfoepik normalarına tabe deyil:
Nitqlər
Çıxışlar
Mühazirələr
Elmi əsərlər
Fonetik normanın pozulduğu cümləni tapın:
Gələnlər birazdan kor - peşman dağılışdılar
İşi dayandırmağı əmr buyurublar
Bilənlər bilməyənlərə desinnər
Daldan atılan daş topuğa dəyər
Aşağıdakı fikirlərdən biri səhvdir:
Azərbaycan dilindəki leksik şəkilçilər işlənmə yerinə görə ön və son şəkilçilər qrupuna bölünür
Bəzən bir sözə bir deyil, iki və daha artıq şəkilçi artırıla bilir
Morfoloji yolla söz yaratmaq prosesi söz köklərinə qrammatik şəkilçilər yaratmaqla yaranır
Dildə sözlərin öz əvvəlki mənasından fərqli olan yeni məna kəsb etməsinə leksik yolla söz yaratmaq deyilir
Baş həkimin xəstəxana işçiləri və həkimlərlə keçirdiyi iclasdakı çıxışı natiqliyin hansı növünə aiddir?
Bədii
İnzibati – idarə
İşgüzar
Akademik
Aşağıdakılardan biri nitq istisnası ola bilər:
Arxaizmlər
Dialektizmlər
Milli mənşəli terminlər
Sinonimlər
Dil haqqında fikirlərdən biri düzgündür:
Dil bioloji hadisədir
Dili bioloji hadisə sayanlar da var
Dilin birinci funksiyası fikir ifadə etməkdir
İnsanlara qulluq göstərən başqa ictimai hadisələr yoxdur
Norma nəyə deyilir?
Sözün fonetik tərkibinin, leksik mənasının və cümlənin qrammatik quruluşunun hamı tərəfindən qəbul olunan şəkildə fəaliyyətinə
Ədəbi dilin tabe olduğu qayda – qanunlar sisteminə
Milli dilin müəyyən qayda – qanunlara tabe olan nitq formasıdır
Xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normalar əsasında fəaliyyət göstərən formasıdır
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı
"Testin izahını yazın" bölməsinə yazın.