Sizin hazırki nikiniz (ləğəbiniz)

Bölmə I

§9. Dil və mədəniyyət. Dil və xalqın tarixi. Hissə 1.

Test ID - 51717
Müəllif: Admin (Əlavə edilib: 27.10.2011)

Hansı fikir səhvdir?

Dilin inkişafı xalqın tarixi ilə bilavasitə bağlıdır
Dil faktları xalqın mədəni – tarixi səviyyəsi haqqında təsəvvür yaradır
Qohum tayfaların dili birləşərək həmin xalqın dilinə çevrilir
Dil müstəqil inkişaf qanunlarına malik olduğundan cəmiyyətdəki dəyişikliklərə reaksiya vermir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Dilçilik elminin sahələri hansılardır?

Etimologiya, lüğətçilik, fonetika
Etimologiya, lüğətçilik, dialektologiya
Lüğətçilik, sintaksis, morfologiya
Dialektologiya, fonetika, lüğətçilik

Fonetik normanın pozulmadığı cümləni seçin:

Leyli və Məcnun poeması Füzuli yaradıcılığının zirvəsidir
Kim nə bilir gələ, gəlməyə
Kərim kədərli vəziyyətdə dalğalara baxırdı
Mən ölüm qoy çalsınlar, mən istəyirəm, oynuyum

Nitqin dəqiqliyi dedikdə nə nəzərdə tutulur?

Fikrin ifadəsi üçün birbaşa tələb olunan sözün, ifadənin və ya cümlənin seçilməsi
Mücərrəd anlayışlardan istifadə edilməsi
Qrammatik normalara əməl olunması
Orfoqrafiya qaydalarına düzgün əməl edilməsi

Sözün törəmə mənası adlanır:

Leksik məna
Məcazi məna
Həqiqi məna
Qrammatik məna

Mahmud kaşğari hansı əsəri ilə məşhurlaşıb

Divanü lüğa-tit-türk
Türk dili
Türkcə ərəbcə
Divan
Türkiyəli

Biri alınma söz deyil.

hiss
ana
mədəniyyət
Allah
futbol

Dilin lüğət fonduna daxil olan sözlərin hamısı sayılır:

Fəal leksika
Qeyri – fəal leksika
Köhnəlmiş sözlər
Neologizmlər

Nitq istisnaları nədir?

Ədəbi dil normasının pozulması
Ədəbi dildəki qeyri – normativ hallar
Müəyyən ədəbi dil normasının qeyri – məhdud işlənməsi
Ayrı – ayrı müəlliflərin nitqində köhnəlmiş sözlərdən istifadə

Uyğunsuzluğu tapın:

Ağzına su almaq – ağzını qıfıllamaq
Dil – dil ötmək – dilotu yemək
Burnunun ucu göynəmək – ürəyi istəmək
Dil – dil ötmək – ağzına su almaq

“ Dil – dil ötmək ” Frazeoloji birləşməsinin sinonimini tapın:

Ağzına su almaq
Dilotu yemək
Ağzını qıfıllamaq
Ürəyi axmaq

Aşağıdakılardan hansı nitqə müəyyən emosionallıq verir:

Ritorika, mimika
Jest, poetizm
Mimika, jest
Etiket, poetizm

Fikirlərdən hansı yanlışdır?

Ədəbi dilin tabe olduğu qayda – qanunlar sisteminə nitq normaları deyilir
Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normalar əsasında fəaliyyət göstərən formasıdır
Ədəbi dil - milli dilin müəyyən qayda – qanunlara tabe olan və xalqın nümunəvi ünsiyyətinə xidmət edən nitq formasıdır
Nitq ünsiyyət vasitəsidir

Özləşmə meyli haqqında aşağıdakılardan biri səhvdir:

Dili tərk etmiş bir sıra türk mənşəli sözlərin yenidən qayıtması da özləşmə prosesinin təsiri ilə baş verir
Özləşmə üç yolla gedir
Azərbaycanda milli türk sözlərinin yaranması prosesi əvvəllər baş verməmişdir
Son zamanlar da bir sıra leksik vahidlər meydana çıxmışdır

Azərbaycan Respublikasında bütövlükdə latın qrafikasına keçilməsi nə vaxta qədər təmin edilmişdir?

12 noyabr 1995 – ci ildə
22 dekabr 1992 – ci ilə qədər
1 avqust 2001 – ci ilə qədər
28 may 1918 – ci ilə qədər

Vurğu haqqında aşağıdakı fikirlərdən biri düzgündür:

Sözlərdə hecalardan birinin və cümlələrdə sözlərdən birinin digərlərinə nisbətən qüvvətli tələffüz olunmasına vurğu deyilir
Azərbaycan dilində vurğunun iki növü var
Türk mənşəli sözlərdə vurğulu heca sözün əvvəlində gəlir
Dilimizdəki bütün şəkilçilər vurğu qəbul edir

Müasir Azərbaycan ədəbi dilinin normaları haqqında deyilənlərdən biri səhvdir:

Orfoepik və orfoqrafik normalar dilimizin fonetik və qrammatik normaları əsasında yaranır
Türk dillərinin iltisaqi quruluşa malik olması onların ədəbi normalarının xarakterini, tipologiyasını müəyyən edir
İltisaqilik ədəbi dildə əsas şərt kimi gözlənilir
Ədəbi dilin normaları bir sistem olsa da, onların müstəqilliyi yoxdur

Vurğu haqqında deyilənlərdən biri yanlışdır:

Azərbaycan dilində vurğunun 3 növü var
Azərbaycan dilində söz kökünə şəkilçi artırılarkən, bir qayda olaraq vurğu sözün əvvəlinə doğru istiqamətlənir
Sözdəki hecalardan birinin digərinə nisbətən qüvvətli tələffüz olunması heca vurğusu adlanır
Dilimizdə elə şəkilçilər var ki, onlar vurğu qəbul etmir

XIX əsrdə Azərbaycan dilinin dövlət dili olmaması nə ilə bağlı idi?

Azərbaycan xanlıqlarının ləğv edilməsi ilə
Mətbuatın geniş yayılmaması ilə
Müstəqil dövlətimizin olmaması ilə
Məktəblərin az olması ilə

Sözün ədəbi dildəki yazılış qaydası adlanır:

Orfoqrafik norma
Orfoepik norma
Qrammatik norma
Leksik norma

Rəsmi müraciət etiketi hansıdır?

Oğlum
Cənab
Xanım
Əzizim

Azərbaycan dilindən sayca daha çox insanın istifadə etdiyi yer haradır?

Cənubi Azərbaycan
Türkiyə
Azərbaycan Respublikası
Zaqafqaziya

Leksik normanın pozulduğu cümləni göstərin:

Qulağıma hardansa bir səs toxundu
Hər şey unudulmuşdur
Şagirdlərin ikisi dərsə hazır gəlməmişdilər
Qüdrətin böyükdür, çünki insansan

Nitq mədəniyyəti haqqında fikirlərdən biri səhvdir:

Natiqliklə nitq mədəniyyətini eyniləşdirmək olmaz
Hər kəs nitqini tərbiyə edə bilər
Ədəbi dilə yiyələnməyin özü nitq mədəniyyətinə sahib olmağa çalışmaqdır
Hər kəs natiq ola bilər

Nitqə aid edilə bilməz:

Nitqin gözəlliyi normalara formal əməl olunmasında da deyil
Nitqin məzmunu gözəl olmalı, dinləyənlərin səviyyəsinə uyğun gəlməli, anlaşılmalıdır
Nitq ünsiyyət vasitəsidir
Hər kəsin cəmiyyətdə ümumi davranış normalarına tabe olan hərəkət mədəniyyəti olduğu kimi, ünsiyyət səliqəsi, danışıq mədəniyyəti də olmalıdır

Nitqin düzgünlüyünün pozulması nədən yaranır? Ən tam olanı seçin

Nitqdə uzunçuluğa, təkrara yol verməkdən
Orfoqrafiya qaydalarına əməl etməməkdən
Sözün leksik mənasını bilməməkdən
orfoepiya qaydalarına əməl etməməkdən
Dilin fonetik, leksik və qrammatik quruluşunu bilməməkdən

Aşağıdakılardan biri nitq istisnası ola bilər:

Arxaizmlər
Dialektizmlər
Milli mənşəli terminlər
Sinonimlər
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.
ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif