Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

HƏRƏKƏLƏMƏ (ID - 16471)

“Hərəkələmək” dən f.is.

HƏRƏKƏLƏMƏK (ID - 16472)

f. dilç. Ərəb əlifbası ilə yazılmış sözdə saitləri necə oxumaq lazım gəldiyini göstərmək üçün hərflərin üstünə və ya altına hərəkə qoymaq.

HƏRƏKƏSİZ (ID - 16473)

sif. dilç. Hərəkəsi olmayan, hərəkə ilə oxunmayan.

HƏRƏKƏT (ID - 16474)

is. [ər.] 1. Bir şeyin və ya onun hissələrinin sabit bir nöqtəyə görə öz yerini və ya vəziyyətini dəyişməsi; hərəkətsizliyin, sükunətin ziddi olan vəziyyət. Ritmik hərəkət. Dairəvi hərəkət. - Cismin hərəkəti onun hissələrinin...

HƏRƏKƏTEDİCİ (ID - 16475)

sif Hərəkət edən, hərəkətdə olan, işləyən. Avtomobilin hərəkətedici hissələri. Refleksin əmələ gəlməsində iki neyron - hissedici və hərəkətedici neyronlar iştirak edir. - Sulu məhlullarda, ərintilərdə daim sərbəst hərəkət...

HƏRƏKƏTLİ (ID - 16476)

sif. 1. Hərəkət edən, dayanmaz, qərarsız, mütəhərrik. Maşının hərəkətli hissələri.
2. məc. Çox hərəkət edən, qərar tapmayan; diri, diribaş, qıvraq. [Rüstəm:] Necə xanımlar: şəhbaz baxışlı, ahu gözlü, şirin hərəkətli,...

HƏRƏKƏTÖTÜRÜCÜ (ID - 16477)

sif xüs. Hərəkəti bir yerdən başqa yerə ötürən. Hərəkətötürücü dişli çarx. Hərəkətötürücü qayış.

HƏRƏKƏTSİZ (ID - 16478)

sif 1. Hərəkət etməyən, tərpənməz halda olan, qımıldanmayan. Yayın orta aylarında gün otları yandırır; Hərəkətsiz o təbiət məzarlığı andırır. S.Vurğun. Işıq titrədikcə [Qaragünənin] qaya parçası kimi hərəkətsiz üzündə...

HƏRƏKƏTSİZLİK (ID - 16479)

is. 1. Hərəkət olmadığı hal, vəziyyət, tərpənməzlik. Cismin hərəkətdə olması və hərəkətsizliyi bir-birinə əks olan iki haldır. - Hərəkətsizlikdən bədəni həm dözülməz dərəcədə üşüyür, həm də gizildəyirdi. M.Rzaquluzadə....

HƏRƏKƏTVERİCİ (ID - 16480)

sif. 1. Aparıcı, yönəldici, istiqamətverici; əsas, baş. - Vətənpərvərlik quruluşumuzun hərəkətverici qüvvəsidir.
2. tex. Hərəkətə gətirən, hərəkəti idarə edən. Hərəkətverici çarx. - Ekskavatorun bütün hərəkətverici...

HƏRƏM (ID - 16481)

is. [ər.] köhn. 1. Arvad, zövcə. [Çopo:] Qəbir torpaqla örtülmədən əvvəl xaqan, onun hərəmi və dayə gəldi. Çəmənzəminli. [Həsən:] Ah .. mənim hərəmim. Qardaşlar, niyə gözləyirsiniz, bu qədər zülmə dayanmaqmı olar? Zor...

HƏRƏMAGASI, HƏRƏMBAŞI (ID - 16482)

is. köhn. Hərəmxanada xidmət edən, oraya girib-çıxmağa ixtiyarı olan saray xidmətçisi. [Cavan] hərəmbaşının rəyinin ziddinə olaraq, saraydakı qulluqçu qızlardan biri ilə sevişmişdi. P.Makulu.

HƏRƏMXANA (ID - 16483)

is. [ər. hərəm və fars. ...xanə] köhn. Sarayda hərəmlərin (2-ci mənada) yaşadığı otaqlar, bina. 0ah Səlməxatuna işarə etdi ki, hərəmxanaya getsin və xacəyə buyurdu ki: - Mirzə Sədrəddini çağır, gəlsin. M.F.Axundzadə. ..Əbdülhəmidin...

HƏRF (ID - 16484)

is. [ər.] 1. Hər hansı bir dilin əlifbasında adətən müəyyən səsə uyğun gələn yazı işarəsi; əlifbanı təşkil edən işarələrdən hər biri. “B” hərfi. Kiçik hərf. - Ismin üç hərf ilə eylərəm aşkar; Biri “kaf’dı,...

HƏRFBƏHƏRF (ID - 16485)

zərf[ər. hərf və fars. bə] Hərfi-hərfinə, hərfiyyən, əslindəki kimi, eynən, hərf-hərf. Hərfbəhərf köçürmək. Hərfbəhərf diktə etmək. Hərfbəhərf tərcümə etmək. - Yazılsa nöqtəbənöqtə, deyilsə hərfbəhərf Qutarmaz...

HƏRF-HƏRF (ID - 16486)

zərf [ər.] Hərflərlə, hər hərfi ayrıca olaraq. Hərf-hərf diktə etmək. Yusif köhnə əlifba ilə yazdığı adını hərf-hərf oxudu. B.Bayramov.

HƏRFİ (ID - 16487)

sif. [ər.] Hərfı-hərfınə, hərfbəhərf. □ Hərfi tərcümə - cümlədəki sözləri olduğu kimi bir dildən başqa dilə çevirməkdən ibarət olan tərcümə. Hərfi tərcümə dilin qayda-qanunlarını pozur. Hərfi tərcümə ən yanlış...

HƏRFİ-HƏRFİNƏ (ID - 16488)

zərf Heç bir şey artırıb-əskiltmədən, dəyişmədən, olduğu kimi, dəqiq. Gördüklərini hərfi-hərfinə danışmaq. Hadisəni hərfi-hərfinə yazmaq. - Əjdər, Məmmədəlinin sözlərini və özünün ona verdiyi cavabları hərfi-hərfinə...

HƏRGAH (ID - 16489)

[fars.] Xəbəri felin şərt şəkli ilə ifadə olunan budaq cümləsini baş cümləyə bağlayan və şərti qüvvətləndirən bağlayıcı - əgər. Hərgah vaxtın olsa, axşam bizə gəl. - [Süleyman:] Hərgah, Allah eləməmiş, Əsgər pis...

HƏRGİZ (ID - 16490)

zərf[fars.] Əsla, qətiyyən, heç vaxt. [Tarverdi:] Ağa, vallah, mən bundan əvvəl heç quldurluğa getməmişdim, dəxi bundan sonra hərgiz getmənəm. M.F.Axundzadə. [Xan əyanlara:] Ağalar, özünüz bilirsiniz ki, mənim hərgiz ovdan əliboş...

HƏRGÜNKÜ (ID - 16491)

sif. Hər gün olan, hər gün baş verən; hər gün görülən. Hərgünkü işdir. [Qızın] üzündə hərgünkü bu təlaş dolu sualı oxumağa ana vərdiş etmişdi. Ə.Məmmədxanlı.

HƏRGÜNLÜK (ID - 16492)

sif. Hər gün işlədilən, zər gün geyilən, adi, gündəlik. Hərgünlük paltar.

HƏRİ (ID - 16493)

əd. məh. Bəli, hə. [Qənbər:] Həri, keçin, durmayın. H.Nəzərli.

HƏRİF (ID - 16494)

is. [ər.[ 1. Gözə tanış gəlməyən, şübhəli görünən tip; subyekt. Bu hərif kimdir? O hərif haradan gəldi? - [Mehralı:[ Müxtəsər, bankdan bizim çeklərlə pul alanda hərifləri qamarlayıblar. S.Rəhman. [Yusif:[ Həriflər daşımağa...

HƏRİLKİ (ID - 16495)

sif. Hər il olan, hər il baş verən. Bahar gəlmiş Bakıya; Hərilkindən daha şən. Z.Xəlil.

HƏRİS (ID - 16496)

sifl. və zərf [ər.[ Bir şeyə həddindən artıq can atan, ona aludə olan, onun düşkünü olan, təəşşüqü olan; gözüdoymaz, düşkün. [Bayram:[ Amma çibin şirniyə həris olan kimi Tarverdi Pərzadə hərisdir.. M.F.Axundzadə. Bazar...

HƏRİSLƏŞMƏ (ID - 16497)

“Hərisləşmək” dən f.is.

HƏRİSLƏŞMƏK (ID - 16498)

f. Tamahı, acgözlüyü daha da artmaq. Hələ istismarın gündən günə artması, sahibkarların həddindən artıq hərisləşib həyasızlaşması ən avam fəhlələrdə belə yeni duyğu yaratmışdır. M.S.Ordubadi.

HƏRİSLİK (ID - 16499)

is. 1. Bir şeyi etməyə, yaxud öyrənməyə, bilməyə göstərilən hədsiz həvəs, meyil, maraq; aludəlik. Dükan qabağına toplaşanların əhvalatı öyrənmək hərisliyi daha da artırdı. Mir Cəlal. Qoşqarda hələ lap uşaqlıqdan soyuq...

HƏRKİ-HƏRKİLİK (ID - 16500)

is. Qayda-qanun, nizam-intizam olmadığı hal; özbaşınalıq, başlı-başınalıq, hərc-mərclik, qarışıqlıq. Kasıb kəndçilər firqəyə yazılardılar, fəqət işlər hələ yaxşı bir nizama düşməmişdi, hərkihərkilik idi. E.Sultanov....

HƏRLƏMƏ (ID - 16501)

1. “Hərləmək” dən f.is.
zərfi Dairəvi, dövrəvi, dövrə vuraraq. Hərləmə durub tamaşa etmək. - [Dəmirov və Mürşüdoğlu[ hərləmə oturub, kababın başına toplaşdılar. S.Rəhimov. // sifl Çevrə şəklində olan; dairəvi,...

HƏRLƏMƏK (ID - 16502)

f 1. Dairəvi şəkildə hərəkət etdirmək; fırlatmaq, dolandırmaq, hərləndirmək, aylandırmaq. Çarxı hərləmək. Gözləri sevinclə gülən bir qız və oğlan çiyin-ciyinə verərək qüvvətli əllərilə böyük bir təkəri hərləyir....

HƏRLƏNDİRMƏ (ID - 16503)

“Hərləndirmək” dən f.is.

HƏRLƏNDİRMƏK (ID - 16504)

bax hərləmək 1 və 2-ci mənalarda. Onun [faytonçunun] əli tərpənir, şallağı havada hərləndirirdi. S.Rəhimov.

HƏRLƏNMƏ (ID - 16505)

“Hərlənmək” dən f.is.

HƏRLƏNMƏK (ID - 16506)

f 1. Bir şeyin ətrafında dolanmaq, fırlanmaq, aylanmaq, dövrə vurmaq. Bağın ətrafına hərlənmək. - Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yan-yörəsinə hərlənib, özünə mehriban eləmişdi. “Koroğlu”....

HƏRLƏTMƏK (ID - 16507)

bax hərləmək 1-ci mənada.

HƏRRAC (ID - 16508)

is. [ər.] Bir mülkün, şeyin ən çox pul verənə verilmək üzrə açıq satışa qoyulması; auksion, müzaidə. Bir yerdə ki, millətin haqqı hərrac malıdır; O ölkədə Vətən də, el də satılmalıdır. B.Vahabzadə. Hərrac bazarı -...

HƏRTƏRƏFLİ (ID - 16509)

sif Bir şeyin bütün cəhətlərini qavrayan, onun hər tərəfini nəzərdə tutan; ətraflı, hərcəhətli. Məsələnin hərtərəfli müzakirəsi. Hərtərəfli inkişaf. Hərtərəfli bilik. - “Molla Nəsrəddin” çürümüş, köhnə, yaramaz,...

HƏRZƏ (ID - 16510)

[ər.] 1. is. Mənasız söz, boş söz, hədyan, söyüş. Bu hərzəvü hədyanlara kimlər qulaq asdı; Kim verdi bu axmaq sözə qiymət, uçitellər? M.Ə.Sabir.
sif Mənasız, boş, cəfəng, nalayiq. Hərzə sözün mərəzi gələr. (Ata....

HƏRZƏ-HƏRZƏ (ID - 16511)

zərf Mənasız, boş-boş. Hərzə-hərzə danışıb gülməz idim; Ər nə şey olduğunu bilməz idim. M.Ə.Sabir. // sif. Nalayiq, ədəbsiz, həyasız. Səlim ağa hiss etdi ki, bircə an ayaq saxlasa, söyüş qarışıq hərzə-hərzə sözlər...

HƏRZƏKAR, HƏRZƏGU (ID - 16512)

sif və is. [ər. hərzə və fars. ...kar, ...gu] Hərzə danışan, boşboğazlıq edən; boşboğaz. Hərzəkar adam. Hərzəkarın biridir. – Baxma firibinə hərzəguların; Aralıq vurmaqdı işi buların. Q.Zakir.

HƏRZƏLİK (ID - 16513)

is. Boşboğazlıq, naqqallıq, zəvzəklik; həyasızlıq, sırtıqlıq, ədəbsizlik, utanmazlıq, ağzıyavalıq, ağzıpərtövlük. Hərzəlik etmək - hərzə-hərzə danışmaq, ədəbsiz danışmaq, yava-yava sözlər danışmaq, heyvərə sözlər...

HƏS (ID - 16514)

təql. Minik və ya qoşqu heyvanını dala vermək üçün çıxarılan səs. “Həs “ deyib atın yüyənini dartdı.

HƏSB-HAL (ID - 16515)

is. [ər.] Baş-başa söhbət, hallaşma, dərdləşmə, bir-birinə öz halından danışma. Qocaların həsb-halı. - Arabir səssiz də danışır insan; Arabir sözsüz də keçir həsb-hal. S.Vurğun. Bu nömrədə jurnal axundun öz dili ilə...

HƏSƏD (ID - 16516)

is. [ər.] 1. Paxıllıq. Onun saf qəlbində nə qəzəb, nə kin; Nə həsəd, nə də ki, bir xəyanət var. S.Vurğun. Bu kəndin yeri, torpağının yetirdiyi məhsul qonum-qonşu kəndlərin həsədinə səbəb olardı. S.Rəhimov. Həsəd aparmaq...

HƏSİR (ID - 16517)

is. [ər.] Bəzi ağacların liflərindən, küləşdən, qamışdan və s.-dən toxunan məmulat (yerə sərmək və s. məqsədlər üçün işlədilir). Ustalar əllərini yuyub, gavalı ağacının altına salınmış həsirin üstə əyləşdilər....

HƏSİRÇİ (ID - 16518)

is. Həsir toxuyan adam, usta.

HƏSLƏMƏ (ID - 16519)

“Həsləmək” dən f.is.

HƏSLƏMƏK (ID - 16520)

f Geri çəkilmək (bəzən qorxudan, ehtiyat edərək). Qorxudan həsləmək. Hərif həslədi. - [Kazım:] Xan .. mənim zarafatımdan həslədi. Çəmənzəminli. [Pənah:] Haqqın qabağında həslədi xaqan. M.Rahim. // Atı-arabanı geri sürmək,...

Bu səhifə 2 dəfə baxılıb