İzahlı lüğət

HƏRƏKƏTSİZ

sif 1. Hərəkət etməyən, tərpənməz halda olan, qımıldanmayan. Yayın orta aylarında gün otları yandırır; Hərəkətsiz o təbiət məzarlığı andırır. S.Vurğun. Işıq titrədikcə [Qaragünənin] qaya parçası kimi hərəkətsiz üzündə əcaib kölgələr oynaşır, .. sonra yenə donub qayaya dönürdü. M.Rzaquluzadə. // Zərf mənasında. Xəstə hərəkətsiz uzanmışdı. - Rüstəmbəy otağına girdikdə lampanı yandırmadı, .. otağın ortasında hərəkətsiz durdu. Çəmənzəminli. Ceyran xanım əli qoynunda, hərəkətsiz dayanaraq baxırdı. M.Hüseyn.
məc. Ağır, ağırtərpənən, ləng. ..Turac da kol topasında; hərəkətsiz qalıb. R.Rza. Benzin olmazsa bizim divlərimiz; Qalacaqdır hərəkətsiz, səssiz. M.Müşfiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed