Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

HƏMİŞƏLİK (ID - 16371)

zərf Vaxtı məhdud olmadan, müddətsiz, əbədi, daim(i). Dağda meşəlik; Gül, bənövşəlik; Mən həmişəlik; Bu balama qurban. (Bayatı). [Qəmər:] Vaxtımız çox olacaq. Mən burada həmişəlik doktor işləyəcəyəm. S.Rəhman. [Sevinc...

HƏMİŞƏYAŞIL (ID - 16372)

sif bot. Bütün ili yarpaqla (və ya iynəyarpaqla) örtülü. Həmişəyaşıl ağaclar.

HƏMİYYƏT (ID - 16373)

is. [ər.] Vətən, ailə qeyrəti, namus, təəssüb. Min elm deməkdənsə həmiyyət gərək olsun; Sözdən nə bitər, işdə həqiqət gərək olsun. M.Ə.Sabir.

HƏMİYYƏTLİ (ID - 16374)

sif Həmiyyət sahibi olan; qeyrətli, namuslu, təəssübkeş. Bu kəndin adamları istəyiblər, .. özlərini Astaranın qeyrətli və həmiyyətli adamlarına oxşatsınlar. “Mol. Nəsr.”

HƏMKAR (ID - 16375)

is. [fars.] Biri ilə bir yerdə, bir sənətdə, bir peşədə işləyən adam; iş, sənət, ixtisas yoldaşı. Veys yanını stula təzəcə qoymuşdu ki, həmkarlarının yerdə bardaş qurduğunu görüb, özü də elə onların yanında çömbəlib...

HƏMKƏNDLİ (ID - 16376)

is. Bir kənddə doğulmuş, orada yaşamış və ya yaşayan (adam). Həmkəndliləri ilə görüşmək. Şəhərdə həmkəndlisinə rast gəldi. - ..Nəriman [Nərimanov] türkcə və rusca gözəlcəsinə yazıb-oxumaq bilirdi. Ona görə həmkəndlilərinin...

HƏML (ID - 16377)

is. [ər.] klas. Yük, ağırlıq.
□□ Həml etmək - 1) isnad etmək, izah etmək, yazmaq, aid etmək, səbəbini bir şeydə görmək. Minanın hərəkətini dəli olduğuna həml etdilər. Çəmənzəminli; 2) boynuna qoymaq, üzərinə yükləmək....

HƏMLƏ (ID - 16378)

is. [ər.] Hücum, üzərinə atılma. Həmlələr pozmuş, qoşun sındırmış, qala fəth etmiş əsgər sevinci ilə Durmuş .. yatağına girdi. Mir Cəlal. ..Qaraca çobanın cürətli müqaviməti, iki qardaşı ilə birgə hələ ilk həmlədə...

HƏMMƏCLİS (ID - 16379)

is. [fars. həm və ər. məclis] Bir yerdə oturub-duran, məclis yoldaşı olan; həmnişin. Hər kəs [Lütfəli bəylə] bir, ya iki dəfə həmməclis və həmsöhbət olsaydı, yəqin onu sevərdi.. İ.Musabəyov.

HƏMMƏHƏLLƏ (ID - 16380)

sif və is. [fars. həm və ər. məhəllə] Eyni məhəllədə doğulmuş, yaşamış və ya yaşayan. Həmməhəllə uşaqlar.

HƏMMƏNA (ID - 16381)

sif [fars. həm və ər. məna] Eynimənalı, birmənalı, mənası başqa sözün mənası ilə eyni olan. Həmməna söz.

HƏMMƏSLƏK (ID - 16382)

is. [fars. həm və ər. məslək] Məsləkdaş, eyni məsləkdən olan, məsləkləri, əqidələri eyni olan. Həmməslək adamlar. - Diqqətlə Kərimxana qulaq asan Hüseyn Məhbusi hədsiz bir sevinc və maraqla: - Məni də özünüzə bir yoldaş...

HƏMMƏZHƏB (ID - 16383)

is. [fars. həm və ər. məzhəb] köhn. Eyni bir məzhəbə mənsub olan, inanan; dindaş. [Molla İbrahimxəlil:] Həmi sənin təvəssütün həmməzhəblərin barəsində məqbul oldu, həmi mənim sözümpozulmadı. M.F.Axundzadə.

HƏMNİŞİN (ID - 16384)

is. [fars.] Bir yerdə oturubduran, dost, yoldaş, munis. Həmnişinin bab elə; Görən desin, ha belə! (Ata. sözü). Qəm mərhələsində qalmışam fərd; Nə yar, nə həmnişin, nə həmdərd. Füzuli.

HƏMPEŞƏ (ID - 16385)

is. [fars.] Eyni peşə sahibi olan, peşələri eyni olan. Danışdı teatrdan; aktyor sənətindən; həmpeşələrinin xidmətindən; bir az gileyləndi. R.Rza.

HƏMPİYALƏ (ID - 16386)

is. [fars.] Biri ilə həmişə bir yerdə içki içən, sərxoşluq edən adam. Mənimlə daim o kəslər ki, həmpiyalə idi; Nə cam lütf edir indi, nə cam alır məndən. Ə.Vahid.

HƏMRAH (ID - 16387)

is. [fars.] Yol yoldaşı, yoldaş. [Əmrah:] Həmrah bizlərdə yoldaşa deyirlər. “Əmrah”. [Alp Arslan:] Aydın gözünüz, cümlə səadət bizə həmrah. H.Cavid.

HƏMRAHLIQ (ID - 16388)

is. klas. Yoldaşlıq, yol yoldaşlığı. Ey bəxt, vəfasız olma sən həm! Həmrahlıq et, bizimlə bir dəm! Füzuli.

HƏMRAZ (ID - 16389)

is. [fars.] klas. Sirr yoldaşı, sirdaş. Həmrazim idin şikayətimdə; Dəmsazim idin hekayətimdə. Füzuli. Badi-səba, əgər düşsə güzarın; Söylə xəlvət o həmraza bir xəbər. M.P.Vaqif.

HƏMRƏNG (ID - 16390)

sif və is. [fars.] 1. Eyni rəngdə olan, eynirəngli. Atı at yanına bağlarsan, həmrəng olmasa, həmxasiyyət olar. (Ata. sözü).
2. məc. Uyğun, uyar, müvafiq, münasib, düz. □ Həmrəng olmaq - uyğunlaşmaq, uyğun olmaq, münasib...

HƏMRƏY (ID - 16391)

sif və is. [fars. həm və ər. rəy] Bir fikirdə, bir rəydə olan; həmfikir, yekdil. [Əmiraslan ağa:] Hansınız mənimlə həmrəydir, buyursun, gözüm üstə yeri var. S.S.Axundov. Görünür ki, [Şirin Rüstəmbəylə] bəzi nöqtələrdə...

HƏMRƏYLİK (ID - 16392)

is. Həmfikirlik, yekdillik. Görüşlərdə həmrəylik. Məsələ barəsində yoldaşlar arasında həmrəylik yoxdur. - ..Yoldaşlarının həmrəyliyi [Qəzənfəri] daha çox sevindirirdi. S.Vəliyev. // Hər hansı bir ictimai hərəkətə və ya...

HƏMSAYƏ (ID - 16393)

is. [fars.] köhn. Qonşu. Dedi: həmsayə, var nəyə meylin; Nə yeyirsən, nə istəyir könlün? M.Ə.Sabir. Anlar nə ata, nə ana, həmsayə bizim qız; Xan dostu! Düşübdür yeni sevdayə bizim qız. Ə.Nəzmi.

HƏMSAZ (ID - 16394)

sif və is. [fars.] Bir-birinə uyğun gələn, uyan, münasib olan; uyğun. Həmsaz olmaq - uyğun gəlmək. Demə ki, yaş ürəklə; Qanacaqla, hünərlə; Həmişə həmsaz olur. B.Vahabzadə.

HƏMSƏFƏR (ID - 16395)

is. [fars. həm və ər. səfər] Səfər yoldaşı, yol yoldaşı.

HƏMSƏNƏT (ID - 16396)

is. və sif [fars. həm və ər. sənət] Sənətləri, peşələri bir olan, sənət yoldaşı, iş yoldaşı. Qonşuluq bir yana, axı biz - Qara Canbalayevlə mən, demək olar ki, həmsənət idik. İ.Hüseynov.

HƏMSƏRHƏD (ID - 16397)

is. [fars. həm, sər və ər. hədd] Ümumi sərhədi olan; qonşu, həmhüdud. Həmsərhəd ölkələr.

HƏMSİN (ID - 16398)

sif və is. [fars. həm və ər. sinn] Həmyaş, yaşıd, bir yaşda olan. Fərman və Gövhərtac ikisi bir yerdə böyümüşdülər və həmsin idilər. Ə.Haqverdiyev.

HƏMSİNİF (ID - 16399)

sif və is. [fars. həm və ər. sinif 1. Məktəbdə eyni bir sinifdə oxuyan, sinif yoldaşı. Həmsinif rəfiqələr.
2. Eyni ictimai sinfə mənsub olan, eyni sinifdən olan. Zakir özü Qarabağın xass-xalis nücəbalarından ola-ola, öz həmsinfinin...

HƏMSİR (ID - 16400)

is. və sif. [fars. həm və ər. sir] Sirdaş. Həmsir yoldaşlar. - Qasım bəy Zakirə gəldikdə, o da Molla Pənah kimi durnalardan xahiş eləyir ki, ondan ehtiyat etməsinlər və onu özlərinə həmsir, yoldaş və rəfiq hesab etsinlər. F.Köçərli....

HƏMSÖHBƏT (ID - 16401)

is. [fars. həm və ər. söhbət] Birisi ilə söhbət edən, söhbət yoldaşı; müsahib. ..Bir az zamanda Sona özü üçün həmsöhbət tapıb, gününü gah bağlarda və gah meşələrdə keçirirdi. N.Nərimanov. [Bəhram:] [Pərini] çağırım,...

HƏMSÜFRƏ (ID - 16402)

is. və sif. [fars. həm və ər. süfrə] Bir süfrədə, bir masa arxasında, bir yerdə yeyib-içənlərdən hər biri; süfrə yoldaşı.

HƏMŞƏHƏRLİ (ID - 16403)

is. və sif. Bir şəhərdə anadan olmuş, yaşamış və ya yaşayan, eyni şəhər əhalisindən olan; həmyerli. Həmşəhərli dostlar. - [Odabaşı:] Bu şəxsi ki görürsən, mənim həmşəhərlilərimdəndir. Ə.Haqverdiyev. Həmşəhərlilər...

HƏMTA(Y) (ID - 16404)

is. [fars.] Həmyaş, yaşıd, yoldaş, tay. Nəçidir şeirdə Bixud sənə həmta olsun. S.Ə.Şirvani. Qəsəbədə [Nəcminin] uzun illər dostluq etdiyi bir neçə həmtayından bircə Ağasəfər qalırdı. Ə.Əbülhəsən.

HƏMTAYFA (ID - 16405)

is. və sif. [fars. həm və ər. taifa] Eyni tayfaya mənsub olan, eyni tayfadan olan. Amur çayı boyunca daurlar və onlarla həmtayfa olan adamlar yaşayırdılar.

HƏMVAXT (ID - 16406)

sif. [fars. həm və ər. vəqt] Bir vaxtda olan, bir vaxtda baş verən, vaxtca eyni olan.

HƏMVƏTƏN(Lİ) (ID - 16407)

sif. və is. [fars. həm və ər. vətən] Bir vətəndən olan; vətəndaş, yurddaş. Həmvətən dostlar. - Sanıram, ulduzlar həmvətənimdir; Demək, yer də mənim, göy də mənimdir. M.Müşfiq. Cavid həmişə xəlqimizin xatirindədir; Vahid,...

HƏMYAŞ(LI) (ID - 16408)

bax yaşıd. Qorxusuz Xacoyla hünərli Dadaş; Hər ikisi oğlan, özləri
həmyaş.. H.K.Sanılı. Idrisi də o biri həmyaşlıları kimi çox tez səfərbərliyə aldılar. M.Hüseyn.

HƏMYAŞLIQ, HƏMYAŞLILIQ (ID - 16409)

bax yaşıdlıq.

HƏMYERLİ (ID - 16410)

is. Biri ilə bir yerdə doğulmuş: yurddaş, həmvətən. [Qədir] Yevlaxda öz həmyerlilərinə rast gələndə onlar həmişə Qədiri kəndə dəvət edirdilər. Ə.Sadıq. [Professor] kəndlərinin yaşıllaşdırılması barədə bir-iki dəfə...

HƏMZAD (ID - 16411)

is. [fars.] 1. Yaşıd, eyniyaşlı.
2. İnsanla birlikdə doğulan ruh, can.

HƏMZADLI (ID - 16412)

is. məh. Doğandan sonra uşağı ölən qadın. Elə arvadlar olur ki, doğduğu uşaq qalmır, ölür. Onda deyirlər ki, bu arvad həmzaddı. (Rəvayət).

HƏMZƏ (ID - 16413)

is. [ər.] Ərəb əlifbasında boğazbağlı samit tələffüzünü göstərən işarə. Ayn və həmzə səslərinin interferensiyası. Daxilində ayn və həmzə səsləri olan ərəb sözlərinin yazılış qaydası. - Hələ orta əsr ərəb dilçiləri...

HƏMZƏBAN (ID - 16414)

is. [fars.] 1. Bir dildə danışan. Şıq geyimli bir cəvani-xoşnişan olsaydım, ah! Bu pərilərlə doyunca həmzəban olsaydım, ah. M.Ə.Sabir.
2. məc. Dilbir, həmfikir. O gül mənə bu gecə həmzəban olan gecədir; Deyib, gülüb, danışıb,...

HƏNA (ID - 16415)

is. [ər.] Xına. Dünən oğlanı göndərdim, gedib Məşədi Məhəmməd Nəcəfin dükanından bir az həna gətirdi. C.Məmmədquluzadə. [Gülnaz:] Mənim başım hələ ağarmayıbdır ki, hənaya ehtiyacım ola. Ü.Hacıbəyov.
□□ Heç...

HƏNALI (ID - 16416)

bax xınalı. Hənalı saç. - Səqfin yavıqlığındakı arvadyerlərində belə pərdələr qalxıb, hənalı əllər ustanı göstərirdi. Çəmənzəminli.

HƏNCAMA (ID - 16417)

bax rəzə. Qapınınhəncaması.

HƏNDBOL (ID - 16418)

is. [ing.] Əl topu oyunu. Bizi hara aparır; Bu “yenilik” ədası? Həndbolun; Futbolun; Hakimlik iddiası? B.Vahabzadə.

HƏNDƏSƏ (ID - 16419)

is. [ər. əsli fars. əndazə] Riyaziyyatın cisimlərin səth formalarından və onların münasibətlərindən bəhs edən şöbəsi. Həndəsə məsələləri. - Hər şəhrdə bir məktəbi-sənət açacaqdır; Oğlanlar alıb həndəsə, memar olacaqdır....

HƏNDƏSƏŞÜNAS (ID - 16420)

is. [ər. həndəsə və fars. ...şünas] Həndəsə alimi, həndəsə mütəxəssisi, həndəsəni yaxşı bilən adam.

Bu səhifə 88 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla