Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

H (ID - 15871)

Azərbaycan əlifbasının on birinci hərfi. bax he.

HA1 (ID - 15872)

Nida kimi aşağıdakı mənalarda işlənir:
saqındırma, xəbərdarlıq və ya əmr, tapşırıq bildirir, habelə diqqəti cəlb etmək üçün işlədilir. Ona bir söz demə ha! Özünü gözlə ha! Ora getmə ha! - [Minnət xanım:] Ancaq...

HA2 (ID - 15873)

Ziddiyyət bildirən ədat - ki. Nə olsun, adımız olubdur qoçaq; Ceyran ha deyilik ovçudan qaçaq. H.K.Sanılı.

HA3 (ID - 15874)

əvəz. 1. Qeyri-müəyyən zaman və ya yer bildirir; hansı. Məşədi Əsgər dinməz-söyləməz qapıdan çıxıb yola düşdü. Ha tərəfə getmək lazım olduğunu özü də bilmirdi. S.M.Qənizadə. Ha zamandansa Məsmə eşitmişdi ki, dərmanların...

HABELƏ (ID - 15875)

zərfi Bunun kimi, bu cür, belə; həmçinin. Irəvanda iyirmi min müsəlman uşağı var, bunların bir-iki yüzü ancaq dərsə gedir. Bakı, Tiflis, Naxçıvan, Şamaxı və qeyri şəhərlər də habelə. C.Məmmədquluzadə. Yağı, pendiri dəyər-dəyməzinə,...

HACƏT (ID - 15876)

is. [ər.] 1. Ehtiyac, lüzum. Bu qədər söhbətə nə hacət. Təfərrüata hacət yoxdur. - Yox, yazmaram! Amma hələ qoy yazım; Hacət olsa, bundan beləyazmaram. M.Ə.Sabir. Uzün gördü şeyda könül məst oldu; Nə hacət ki, həşr olunca...

HACI (ID - 15877)

is. [ər.] din. Məkkəni ziyarət etmiş müsəlmanlara verilən ad. Hacısan, məşhədisən, sahibimizsən, ağasan; Istəyirsən həmi qırxıb bizi, həm də sağasan? Ə.Nəzmi.
□□ Hacılar yolu - b a x kəhkəşan. Hacılar yolunda böyük...

HACIBƏRİBAX, HACIMƏNƏ (ID - 15878)

BAX is. köhn. Qadın paltarı tikilən bahalı əlvan bir parçanın xalq dilində adı. [Minayə] bir neçə il əvvəl hacıbəribax deyilib arvadlar arasında çox modda olan, əlvan parçadan geydiyi qırçınlı uzun tumanda.. çox yaraşıqlı...

HACIYATMAZ (ID - 15879)

is. Aşağı tərəfi ağır olduğu üçün həmişə dik duran uşaq oyuncağının adı: gəlincik.

HACILEYLƏK (ID - 15880)

1. B ax leylək. Bahar çağı hacıleyləklər; Qaranquşlar gələrmiş. R.Rza.
2. zar. Uzundraz, boyu həddindən artıq uzun adam haqqında. [Səkinə Rüstəmə:] Yuxuma qara-qura gətirən sənin bu uçulmuş dayaqlarındır, bu hacıleylək...

HAÇA (ID - 15881)

is. və sif. Ağacın bucaq şəklində ayrılmış gövdəsi və ya budağı, habelə haçalanmanın başlandığı yer. Alçaq əncir ağacının əyri haçasında oturan iki nəfər qara, yanıq oğlan uşağı bir-birinə püstə qabığı atırdı....

HAÇABAŞ(LI) (ID - 15882)

sif Başı haça şəklində olan. Haçabaş dağ. Haçabaş dəyənək. - Əllərində haçabaşlı, uzun çomaq tutmuş uşaqlar sağım yerindən xeyli aşağıda duran qoyun sürüsünə doğru yüyürdülər, bir dəstə sağmal qoyun ayırıb yuxarı...

HAÇABUYNUZ(LU) (ID - 15883)

sif Buynuzu haça şəklində olan. Haçabuynuz qoç. Haçabuynuz buğa.

HAÇADIRNAQ(LI) (ID - 15884)

sif Dırnağı haça olan, qoşadımaq (inək, qoyun və s. heyvanlar haqqında). Yanında balası o haçadırnaq; Əlvan çiçəkləri ipçin yolardı; Məmələri dadlı südlə dolardı. H.K.Sanılı.

HAÇADİL(Lİ) (ID - 15885)

sif Dili haça şəklində olan, dilinin ucu yarıq olan (ilan, kərtənkələ, qurbağa və s. haqqında). Qədimdən bizim eldə sınanmış bir məsəl var; “Ulduz görməsə ölməz haçadilli ilanlar “. R.Rza.

HAÇAQ (ID - 15886)

b a x havaxt. Haçaq yola düşürsən? Qatar haçaq gəlir? - Əlimdən bıçaq düşdü; Bilmədim haçaq düşdü; Viran qalsın qəriblik; Yar məndən qaçaq düşdü. (Bayatı).

HAÇAQUYRUQ (ID - 15887)

is. bot. Çoxillik sünbüllü ot. b ax kornet.

HAÇAQUYRUQ(LU) (ID - 15888)

sif Quyruğu haça şəklində olan. Nə üçtelli durna, nə də; haçaquyruq qaranquşam; Bütün qışı cikkildəyib; Yem axtaran hansı quşam? M.Dilbazi.

HAÇALAMA (ID - 15889)

“Haçalamaq” dan f.is.

HAÇALAMAQ (ID - 15890)

f Haça kimi iki yerə ayırmaq. ..Sözünü qurtarıb yenə saqqalını haçaladı. S.M.Qənizadə.

HAÇALANMAQ (ID - 15891)

1. məch. İki yerə ayrılmaq, bucaq şəklində iki istiqamətdə uzanmaq (yol, çay və s. haqqında). Kəndə çatanda yol haçalandı.
t-siz. Haça şəklində olmaq, iki tərəfə ayrılmaq, haça əmələ gətirmək. [Rza:] Qayanın haçalandığı...

HAÇALAŞMA (ID - 15892)

“Haçalaşmaq” dan f.is.

HAÇALAŞMAQ (ID - 15893)

bax haçalanmaq. 0iddətli küləklərin nəticəsində qayalar get-gedə sivriləşir, haçalaşırdı. S.Vəliyev. Yol haçalaşanda Muxtar əlini sağ tərəfə tuşlayıb 0ahinə göstəriş verdi.. B.Bayramov.

HAÇALI (ID - 15894)

sif Haça şəklində olan, haçası olan. Haçalı yol. - [Uşaq] qarşıdakı zirvəsi haçalı qayalar başında qara qanadlarını açıb yüksəlmək istəyər.. buludu görərkən cəld nənəsinin qolundan tutdu.. Ə.Məmmədxanlı. Mövzularım...

HAÇAN (ID - 15895)

“Haçaq”ın deyiliş forması. [Rza bəy:] Söylə görüm, toy haçandır? Ü.Hacıbəyov. Nur zülmətsiz haçan oldu? Zülmətdən nur içən oldu! M.Araz.

HAÇANDAN-HAÇANA (ID - 15896)

zərf Nəhayət, axırda, çox vaxt keçəndən sonra. Haçandan-haçana gəlib çıxdı. - [Gülnaz] haçandan-haçana xatırladı ki, bu gəncə parkda iki-üç dəfə rast gəlmişdir. İlkin. Həsrət haçandan-haçana gözlərini kağızdan ayırıb...

HAÇASAQQAL(LI) (ID - 15897)

sif Saqqalı haça şəklində olan. Haçasaqqal qoca. - Haçasaqqal bir kişi üçüncü zəngi çalan kimi salondakı neft lampalarının işığını azaltdı, zal qaranlıqlaşdı. S.Rəhman.

HADİSƏ (ID - 15898)

is. [ər.] 1. İctimai və ya şəxsi həyatda vaqe olan, baş verən hal; əhvalat, vaqiə, vəqə. Bütün bu hadisələr yanaşı oturan adamların təsəvvürlərində canlanır.. S.Rəhimov. Kənddə olmuş hər bir hadisənin, salınan hər bağın,...

HAF (ID - 15899)

is. zool. Gecələr çox iti uçan, işığa gələn uzunxortumlu kəpənək.
□□ Haf kimi - gözlənilmədən, cəld, özünü birdən çarparaq. Qasid gəldi haf kimi; İncəlmişdi sap kimi; Gözlə, yarın qəlbini; Qırma çini qab kimi....

HAİL1 (ID - 15900)

is. [ər.] köhn. 1. Dəyişmiş, dəyişilmiş, dəyişdirilmiş.
Maneə.
Çəpər, hasar.
məc. Əngəl.

HAİL2 (ID - 15901)

sif [ər.] köhn. 1. Qorxunc.
2. Azman, nəhəng.

HAİZ (ID - 15902)

sif [ər.] köhn. 1. Sahib, yiyə.
2. Əhatə edən.

HAFİZ (ID - 15903)

is. [ər.] köhn. 1. Qoruyan, saxlayan, mühafizə edən.
2. Quranı əzbər bilən adam.

HAFİZƏ (ID - 15904)

is. [ər.] Bir şeyi zehnində, yadında saxlama və yenidən təsəvvüründə canlandırma qabiliyyəti; yaddaş. [Yusif:] O günlər hamısı bir-bir mənim hafizəmdədir. S.Rəhman. [Qədirin] çox qəribə hafizəsi var idi. Ə.Sadıq.

HAFİZƏLİ (ID - 15905)

sif. Yaxşı hafizəsi, yaddaşı olan; yaddaşlı. Salmanın verdiyi məlumatlardan Maya onun gözəl hafizəli və ayıq fikirli adam olduğunu görürdü. M.Ibrahimov.

HAFİZƏSİZ (ID - 15906)

sif. Hafizəsi, yaddaşı olmayan və ya zəif olan; yaddaşsız, unutqan, huşsuz. Hafizəsiz qoca.

HAFİZƏSİZLİK (ID - 15907)

is. Hafizəsi, yaddaşı olmayan və ya zəif olan adamın halı; yaddaşsızlıq, unutqanlıq, huşsuzluq. [Cinayətov:] Bay sənin... - deyə donquldandı. Öz hafizəsizliyini söydü. Mir Cəlal.

HAKƏZA (ID - 15908)

zərfi [ər.] köhn. Beləcə, bu surətdə.

HAKİM (ID - 15909)

is. [ər.] 1. hüq. Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Xalq hakimi. - Elə bil Zeynal çox xətrini istədiyi bir adamın yox, hakimin suallarına cavab verirdi. B.Bayramov.
idm. Oyunda,...

HAKİMİYYƏT (ID - 15910)

is. Idarə etmək hüququ, siyasi hökmranlıq. Hakimiyyətin ilk illəri. Hakimiyyəti ələ keçirmə. Hakimiyyət başına gəlmək. - [Abbas:] Mən də buna qarşı üsyan elədim, ey Afşin, çünki gördüm ki, hakimiyyətin məhvəri türk qoşun...

HAKİMLİK (ID - 15911)

is. 1. B a x hakimiyyət.
2. idm. Hakimin (2-ci mənada) öz vəzifəsini ifa etməsi. O, dəfələrlə beynəlxalq yarışların hakimliyində iştirak etmişdir.

HAQQ1 (ID - 15912)

[ər.] 1. sif Doğru, düz, düzgün, həqiqi. Haqq iş. - Nahaq söz od vurar qəlbə, fiəqət haqq söz keçər daşdan. S.Vurğun. Bu haqdır, ağladıqca; Kişi qeyrətsiz olur. B.Vahabzadə. // is. Ədalət, doğruluq, düzgünlük, düzlük, insaf....

HAQQ2 (ID - 15913)

is. [ər.] 1. Allah, Tanrı. Tək-tək ayılan varsa da, haqq dadıma çatsın; Mən salim olum, cümlə cahan batsa da, batsın. M.Ə.Sabir. [Qurban:] Nə deyim, haqqın kərəminə şükür. Ə.Haqverdiyev. Haqqı şəklində - and olsun, and içirəm....

HAQQ-ƏDALƏT (ID - 15914)

is. [ər.] Ədalət, insaf. Səninləyəm, haqq-ədalət, səninləyəm; Milli qürur, milli qeyrət, səninləyəm! M.Araz.

HAQQ-HESAB (ID - 15915)

is. [ər.] 1. Hər hansı hesablamanın nəticəsi; hesablama, hesab. Hamı işdən çəkilib çıxdığı halda, mühasib çıxmaq istəmir və əlindəki haqq-hesabı başa çatdırmağa çalışırdı. S.Rəhimov. Zülfüqar çox tutqun idi. Haqq-hesab...

HAQQ-NAHAQ (ID - 15916)

zərf[ər. həqq və fars. na] Haqlı olub-olmadığından asılı olmayaraq; istər haqlı olsun, istər haqsız. [Zeynəb] hər hansı bir məsələ olursa olsun, haqq-nahaq yoldaşlarının tərəfin saxlardı. Qantəmir. // Yerli-yersiz. Haqq-nahaq...

HAQQ-SAY (ID - 15917)

is. [ər.] Zəhmət, əmək. Bu mədəndə saç ağartmış ustanın, düzü; Otuz illik haqqı-sayı, əməyi vardı. Ə.Cəmil. // Çəkilən zəhmət, edilən yaxşılıq. Valideynlərin haqq-sayı. - Ey qəm, yolun uğurlu, fəqət haqqsay qalır;...

HAQLAMA (ID - 15918)

"Haqlamaq” dan f.is.

HAQLAMAQ (ID - 15919)

f Yüyürüb çatmaq, dalınca qaçıb yaxalamaq, başının üstünü almaq. Bazarçaydan gələn dəstə banditləri haqlamışdı. Ə.Vəliyev. Elə bu anda ağacdan bir başqasının da atılıb qaçmaq istədiyini və “Qoçağ”ın onu haqladığını...

HAQLAŞMA (ID - 15920)

“Haqlaşmaq” dan f.is.

Bu səhifə 213 dəfə baxılıb