Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

HƏRƏKƏT

is. [ər.] 1. Bir şeyin və ya onun hissələrinin sabit bir nöqtəyə görə öz yerini və ya vəziyyətini dəyişməsi; hərəkətsizliyin, sükunətin ziddi olan vəziyyət. Ritmik hərəkət. Dairəvi hərəkət. - Cismin hərəkəti onun hissələrinin hərəkətilə təyin olunur. “Nəzəri mexanikanın əsasları”.
fəls. Materiyanın varlıq forması, onun ayrılmaz xassəsi; maddi aləmin fasiləsiz dəyişmə və inkişaf prosesi. - Milyon il, milyard il bir yol, bir cığır; Nə geriyə dönür; nə sona çıxır; Hərəkət əbədi; Sürət əbədi. M.Araz.
Yola düşmə, hər hansı bir istiqamətə getmə; yürüş. “Yaşasın bağırtısı; Qopunca hər bir yandan; Hərəkət əmri verdi; Lələkli baş komandan. Ə.Cavad. Paroxodun hərəkətinə yarım saat qalmış [Sarıköynəyi] evdən alıb iskələyə gətirdim. S.Hüseyn. Hərəkət etmək - 1) yola düşmək, hərəkətə başlamaq. Qatar saat 3-də hərəkət edir. - Bağdaddan hərəkət etdiyiniz zaman Həmədana getməyin məsləhət deyil, şəhərin iki fərsəngliyində olan Köşki-baği-müəzzəmdə qalmalısan. M.S.Ordubadi; 2) getməyə başlamaq, yerimək, yerindən tərpənmək. ..Ağlamaqlıqnan və sızıldamaqlıqnan oğlan bərk-bərk ulağın quyruğundan yapışıb qoymur heyvan hərəkət eləsin. C.Məmmədquluzadə. Irəli hərəkət etmək mümkün deyildi. M.S.Ordubadi. // Hər hansı nəqliyyat növünün işi. Qatarların hərəkət cədvəli. // Müxtəlif istiqamətlərdə (küçələrdə, yollarda və s.-də) piyada və ya miniklə gedibgəlmə; gediş-gəliş. Küçədə hərəkət azalır.
Çoxaldı get-gedə, artdı hərəkət; Artıq keçinmişdi gecənin qəlbi. S.Vurğun. Yürüşçülərin keçəcəkləri küçələrdə hərəkət dayandırılmışdı. H.Seyidbəyli. □ Hərəkət etmək (eləmək) - getmək, gəlmək, gedibgəlmək. Xidmətçilər əcələ ilə o tərəf-bu tərəfə hərəkət edirdilər. M.İbrahimov.
İş, əməl, davranış. Başlı-başına hərəkət. Nalayiq hərəkət. Gözəl hərəkət. - [Şərifzadə] Mehribanı boşadığı üçün olduqca darılmış, [Zeynalın] belə yersiz hərəkətindən dolayı acıqlanmışdı. S.Hüseyn. Teymur Cahangirovun hərəkətlərindəki məntiqsizliyi qabarıq surətdə təhlil edib dedi. H.Seyidbəyli.
hərb. Əməliyyat. Düşmənin hərəkətini dayandırmaq. Hərəkət planı. Cəbhədə hərəkət sahəsi.
məc. Kəmiyyət və ya keyfiyyətcə dəyişiklik; irəliləmə, irəliləyiş, inkişaf, canlanma. Işdə irəliyə doğru böyük hərəkət var.
Min gecəni neylirəm; Mənə hərəkət dolu; Min səsli, min duyğulu; Təkcə bir gündüz verin! B.Vahabzadə. Hərəkətlə şəklində zərf- hərəkət edərək. Qaraş qəti hərəkətlə ayağa durdu. M.İbrahimov. Süsən birdən ayaq saxlayıb, sərt bir hərəkətlə üzünü Rəşidə sarı çevirdi. M.Hüseyn.
□□ Hərəkət etmək məc. - davranmaq. Hatəm xanın ortancıl oğlu Aqil də böyük qardaşı Adil kimi hərəkət edirdi. S.Rəhimov. Necə hərəkət edəcəyini ürəyində ölçübbiçən Baxış bəy ata bir şallaq vurdu. Ə.Abasov. Hərəkət ordusu - ordunun, müharibə vaxtı cəbhədə vuruşan hissəsi. Hərəkətdən düşmək - daha hərəkət edə bilməmək, işdən qalmaq, hərəkət etmək qabiliyyətini itirmək. Əlləri hərəkətdən düşmək. - [Sürəyya] hələ ayaq açıb yeriməyə başlamamış, rütubətli, qaranlıq bir zirzəmidə şikəst olmuş, ayaqları hərəkətdən düşmüşdü. Ə.Məmmədxanlı. Hərəkətə gəlmək - müəyyən iş görmək, fəaliyyətə başlamaq, fəaliyyət göstərmək, ayağa qalxmaq. Oğruları tutmaq üçün inzibati orqanlar hərəkətə gəldilər. - Bütün kənd hərəkətə gəldi. Ə.Məmmədxanlı. Avtomobil müfəttişliyi hərəkətə gəldi. H.Seyidbəyli. Hərəkətə gətirmək - 1) işlətmək, idarə etmək, işə salmaq. Ekskavatoru hərəkətə gətirməyi öyrənmək. - Gənclər maşınla bərabər bu mürəkkəb mexanizmi hərəkətə gətirən cavan oğlanı da diqqətlə seyr edirdilər. Ə.Sadıq; 2) dilə tutaraq, yaxud başa salaraq birinə bir işi gördürmək, şövqləndirmək. Uşaqları hərəkətə gətirmək. - [Nəcəf:]
Rüstəm dayı, arxayın ol, gənclər “Yeni həyat”ın adını batırmazlar. Sən qocaları hərəkətə gətir. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla