Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

Ə1 (ID - 12240)

Azərbaycan əlifbasının yeddinci hərfi və bu hərflə işarə olunan saitin adı.

Ə2 (ID - 12241)

nida. Müraciət, çağırış bildirir. [Nəbi] pristav Mehdi bəyi görcək deyir: - Ə, bu fağırı niyə qəhr edirsən? “Qaçaq Nəbi”. [Ələmdar Qoltuqçuya:] Ə, kişisən, mən ölüm, bu tufanda məni dara qısnama! S.Rəhimov. [Nəbi:]...

ƏBA (ID - 12242)

bax aba . ..Axund əbasını düzəldib dükandan çıxdı, getdi. C.Məmmədquluzadə. Şeyx Şaban .. otuz il bir əbayla gəzməyi, qırx il bir kürkə bürünməyi qəbul edərdi. Ə.Haqverdiyev. [Fərəc:] Səsim var, saqqalım var, farsca qəzəl...

ƏBALI (ID - 12243)

bax abalı. Görünür [Mirzə Poladın] Şuşadakı həkim atası - sarı əbalı Mirzə Həsən öz qızına çox əfsanəli, əsrarlı bir dərs demişdir. S.Rəhimov.

ƏBABİL (ID - 12244)

is. [ər.] Dağ qaranquşu, uzunquyruq.

ƏBCƏD (ID - 12245)

is. [ər.] köhn. 1. Qədim ərəb əlifbasında ilk dörd hərf. (hərfləri mexaniki olaraq əzbərləmək üçün işlədilirdi). Bular gərək hələ “əbcəd”də hıqqana “qərəşət”də; Kitabi-elmi oxurlar rəvan bu boyda, bu boyda! M.Ə.Sabir....

ƏBD (ID - 12246)

is. [ər.] köhn. Qul, kölə. Əbd olma, ey Nəsimi, fani cəhanə, çün kim; Imanü din içində sənsən əmirü sultan. Nəsimi.

ƏBƏ1 (ID - 12247)

is. məh. Uşaq oyununda: içərisinə qoz, fındıq və s. salınan çuxur.

ƏBƏ2 (ID - 12248)

is. dan. Mama, mamaça.

ƏBƏÇİ (ID - 12249)

sif məh. Mamaça, mama. Pis əbəçiyə arvad tapşıran övladsız qalar. (Ata. sözü).

ƏBƏÇİLİK (ID - 12250)

is. məh. Mamaçalıq, mamalıq. Əbəçilik etmək.

ƏBƏD (ID - 12251)

zərf [ər.] Sonsuz gələcək zaman (əzəl qarşılığı). // Əbədi, həmişəlik. Oxuyun, millətin nicatı olun; Ta əbəd baisi-həyatı olun. M.Ə.Sabir.

ƏBƏDA (ID - 12252)

[ər.] klas. 1. Bax əbədən.
2. Heç, qətiyyən. Əbəda yox bu işdə imkanım; Deyil onlar mütii-fərmanım. M.Ə.Sabir.

ƏBƏDƏN (ID - 12253)

zərf [ər.] Heç vaxt, heç bir zaman, əsla, qəti, qətiyyən. Mənim nə borcumdu ki, məvacibiniz az, zəhmətiniz həddən artıq və rahətliyiniz əbədən yoxdur. C.Məmmədquluzadə. Demək istəmiş ki, səbr edən insan; Dünyadan əbədən...

ƏBƏDİ (ID - 12254)

sif və zərf [ər.] 1. Daimi, həmişəlik. Şair könlüm rübabını eşq ilə çaldı; Biz əbədi qardaş olduq: ilk bahar və mən. S.Vurğun. Sübhün əbədi aşiqləri olan boz torağaylar havalanıb səhər nəğmələrini oxuyur.. M.Rzaquluzadə....

ƏBƏDİLƏŞDİRİLMƏ (ID - 12255)

“Əbədiləşdirilmək” dən f.is. Qarabağ müharibəsində həlak olan qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi.

ƏBƏDİLƏŞDİRİLMƏK (ID - 12256)

məch. Əbədi olaraq yaşadılmaq, yadda saxlanılmaq.

ƏBƏDİLƏŞDİRMƏ (ID - 12257)

“Əbədiləşdirmək” dən f.is.

ƏBƏDİLƏŞDİRMƏK (ID - 12258)

icb. 1. Əbədi olaraq nəsillərin xatirəsində yaşatmaq, həmişəlik xatirə qoymaq. Xalq öz qəhrəmanlarının xatirəsini əbədiləşdirmək üçün onlara abidə ucaldır.
2. Həmişəlik etmək, əbədi hala salmaq, daimi etmək. O sonsuz...

ƏBƏDİLƏŞMƏ (ID - 12259)

"Əbədiləşmək” dən fis.

ƏBƏDİLƏŞMƏK (ID - 12260)

f. Əbədi olmaq, həmişə yaşamaq. Eşqinə dəm tutub göylər mələşsin; Eşqin tarix olub əbədiləşsin. B.Vahabzadə.

ƏBƏDİLİK (ID - 12261)

is. Daimilik, sonsuzluq, həmişəlik, daim yaşama; heç vaxt bitməməzlik, qurtarmamazlıq. Bu səadət səhəri o qədər zəngin və işıqlıdır ki, başlanan günəşli gündüzün əbədiliyinə şübhə etmirsən. Mir Cəlal.

ƏBƏDİYYƏN (ID - 12262)

zərf [ər.] Həmişəlik, əbədi, daimi. [Qızın] gözləri ilk baxışdan əbədiyyən hafizəmdə nəqş olunmuşdu. Ə.Məmmədxanlı.

ƏBƏDİYYƏT (ID - 12263)

is. [ər.] 1. Əbədilik, daimilik; həmişə var olan şey. [İlyas:] İlin dəyişməsi qarşımızda, yel vurarkən sönüb dirilən bir şamı andırdığı kimi, insan həyatı da əbədiyyət qarşısında belə bir şeydir. Çəmənzəminli. Aç...

ƏBƏKÖMƏÇİ (ID - 12264)

b a x əməköməçi.

ƏBƏS (ID - 12265)

sif. [ər.] 1. Nahaq, bihudə, faydasız. // Zərf mənasında. Bəslərəm can kimi, ey sevgili sərmayə, səni; Etmərəm sərfəbəs məscidə, mollayə səni. M.Ə.Sabir. □ Əbəs yerə - 1) nahaq yerə, boş yerə; lüzumsuzcasına, faydasızcasına....

ƏBƏVEYN (ID - 12266)

is. [ər.] köhn. Ata-ana, valideyn. Hər gün əbəveyni şad edirlər; Hörmətlərini izdiyad edirlər. M.Ə.Sabir.

ƏBİR (ID - 12267)

is. [ər.] klas. bax ənbər. Gülzarə hava əbir tökdü; Səhrayə qübari-mişk çökdü. Füzuli.

ƏBLƏH (ID - 12268)

sif. [ər.] 1. Axmaq, səfeh, gic, sarsaq, başıboş. Əbləh köpək qaysavadan pay umar. (Məsəl). // İs. mənasında. Nola bir evdə qoyaydız qaravaş; Verməyəydiz məni bu əbləhə, kaş! M.Ə.Sabir.
2. Söyüş kimi işlədilir. [Xanım:]...

ƏBLƏHCƏSİNƏ (ID - 12269)

ƏBLƏHLİK (ID - 12270)

is. Axmaqlıq, səfehlik, giclik, sarsaqlıq. Əlbəttə, [Cuma] bu əbləhliyi üzündən düşmən əlinə keçərək xoşbəxt təsadüflə xilas olmuşdu. Ə.Əbülhəsən.

ƏBLƏQ (ID - 12271)

sif. [ər.] Ala, ala-bula, ala-bəzək, alaca. Əbləq at meydanda topla bərabər fırlandı. M.S.Ordubadi.

ƏBLƏQLİK (ID - 12272)

is. Alalıq, ala-bulalıq, alabəzəklik.

ƏBNA (ID - 12273)

is. [ər. “ibn” söz. cəmi] klas. Övladlar, oğullar (adətən izafət tərkiblərində işlənir). Əbnayi-vətən vəqf eləyir vəslinə canın; Həm ruhi-rəvanın. M.Ə.Sabir.

ƏBR (ID - 12274)

ƏBRƏŞ (ID - 12275)

sif 1. Xallı.
2. Əldə bəslənmiş. O, bu gün palıda düşmüş əbrəş qoçun kababından yemək üçün ayrı bir səy ilə hazırlaşırdı. S.Rəhimov.

ƏBRİŞİM (ID - 12276)

is. [fars.] 1. İpək, ipək iplik. Paşa, sənə nişan verim Qıratı; Əbrişim ipəkdən yalı gərəkdi. “Koroğlu”. Əlvan qanınla boyansın; Əbrişim tellərin sənin! Aşıq Hüseyn.
bot. Lələkli yarpağı və ətirli çiçəyi olan...

ƏBRU (ID - 12277)

is. [fars.] klas. Qaş. Göz doymaz vəsməli kəman, əbrudan; Can üzülmə, səmən iyli keysudan. M.P.Vaqif.

ƏBUCƏHL (ID - 12278)

is. [ər.] Çox tərs, inadcıl adam haqqında (bəzən söyüş kimi işlədilir). ..Ağa maşının qapısını açdı, dedi: - Düş aşağı, əbucəhl!.. M.İbrahimov.
□□ Əbucəhl qarpızı - qarpıza bənzər çox acı yabanı meyvə.

ƏBYƏZ (ID - 12279)

sif [ər.] klas. Bəyaz, ağ. Ey zülfi siyəh, sinəsi əbyəz, gözü alə; Nə türfə cavansan! M.P.Vaqif.

ƏCAİB (ID - 12280)

sif. [ər.] 1. Çox qəribə, çox təəccüblü, qeyri-adi, görünməmiş. [Kərəm:] Yolda bir əcaib milçək görmüşəm, onu sizə sazla deyəcəyəm. “Əsli və Kərəm”. Əcaib məxluqat görünürdü: kimi buynuzlu və at ayaqlı idi, bəzisi...

ƏCAİBXANA (ID - 12281)

is. [ər. əcaib və fars. ...xanə] köhn. Muzey. Bir sözlə, doqqaz kəndin əcaibxanası, qəzeti, telefon və teleqrafı idi. Mir Cəlal.

ƏCAİB-QƏRAİB (ID - 12282)

[ər.] bax əcaib 1-ci mənada. Sənin kəmalında, fikrin içində; Əcaib-qəraib hallar oynaşır. Aşıq Pəri. ..Hər kəs bunlardan əcaib-qəraib şeylər nağıl edərdi. S.S.Axundov. Əslini-nəslini bilmədiyi o qorxunc həyulalar, əcaibqəraib...

ƏCAİBLİK (ID - 12283)

is. Əcaib şeyin hal və keyfiyyəti.

ƏCDAD (ID - 12284)

is. [ər. “cədd” söz. cəmi] Atababalar, ulu babalar. Vətən - əcdadımızın mədfənidir; Vətən - övladımızın məskənidir. Səhhət. Böyük əcdadını gətirib yada; Oynat qılıncını göydə, havada. S.Rüstəm. Tariximizin, əcdadımızın...

ƏCƏB (ID - 12285)

sif. [ər.] 1. klas. Təəccüblü, qəribə. Oğlan, əcəb olmaz, olsa aşiq; Aşiqlik işi qıza nə layiq? Füzuli.
Gülməli, əyləncəli, məzəli, çox qəribə. Zahida, sən ki bilirsən özünü hal əhli; Bir öz əhvalını bilməzsən,...

ƏCƏBA (ID - 12286)

əd. [ər.] kit. Sual cümlələrində təəccüb, şübhə, tərəddüd bildirir - görəsən, aya. Əcəba, bu gün yağış yağacaqmı? Əcəba, onların gəlişindən məqsəd nədir? [Yaşlı kişi:] Əcəba, bu məzarda müalicəpəzir olmayan...

ƏCƏBCƏ (ID - 12287)

dan. bax əcəb 1, 2 və 6-cı mənalarda. ..Bunları mən çox yaxşıca görürəm, çox əcəbcə görürəm, çox qəşəngcə görürəm. C.Məmmədquluzadə. Əcəb halın var, ay molla; Əcəbcə ruzigarın var! Ə.Nəzmi.

ƏCƏL (ID - 12288)

is. [ər.] Hər bir canlının, xüsusən insanın qabaqcadan qədərlənmiş ölüm vaxtı. [Ağamurad bəy:] Dünyanın işi belə olur. Əcəli bilmək olmaz. Omürdür, biri az yaşayır, o biri çox yaşayır. T.Ş.Simurq. // Ümumiyyətlə, ölüm,...

ƏCƏLƏ (ID - 12289)

[ər.] 1. is. Tələsmə, bir işi teztələsik görməyə çalışma, səbirsizlik göstərmə. □ Əcələ etmək - tələsmək. Arıq atlı konka stansiyaya yaxınlaşmışdı, o minmək üçün əcələ edərkən ağır bir qol çiynindən yapışdı....

Bu səhifə 236 dəfə baxılıb