İzahlı lüğət

ƏBCƏD

is. [ər.] köhn. 1. Qədim ərəb əlifbasında ilk dörd hərf. (hərfləri mexaniki olaraq əzbərləmək üçün işlədilirdi). Bular gərək hələ “əbcəd”də hıqqana “qərəşət”də; Kitabi-elmi oxurlar rəvan bu boyda, bu boyda! M.Ə.Sabir. Bu qayda ilə molla əbcəd, həvvəz, hütti ləfzlərini “təhlil” edib, mənə bunları hazırlamağı əmr etdi. T.Ş.Simurq. Molla köməkçisi .. Əvəz xəlfəni çağırıb dedi: - Apar, buna əbcəd, həvvəzi öyrət. C.Cəbrayılbəyli.
2. Ümumiyyətlə, keçmişdə “əlifba” mənasında işlənmişdir. // məc. İbtidai bilik, savad. □ Əbcəd hesabı - müəyyən bir tarixi və ya rəqəmi ərəb hərfləri vasitəsilə ifadə etmək üsulu. Aşıqlıq elmində nədirpərgarın; Əbcəd hesabından varmı xəbərin? Şair Vəli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed